KİV: Nyu Yorkda Trampın Milli Qvardiyanı şəhərə yeritmək cəhdinin qarşısını almağa çalışırlar
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Nyu-York ABŞ Milli Qvardiyasının şəhərə yeridilməsinə hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
Məqalədə bildirilib ki, şəhərin tanınmış və nüfuzlu şəxslərindən ibarət geniş bir qrup bir neçə həftə ərzində pərdəarxası görüşlər keçirərək ABŞ Prezidenti Donald Trampın Nyu-Yorka Milli Qvardiya əsgərləri və ya federal agentlər göndərmək ehtimalını planlaşdırıblar.
Nəşr qeyd edib ki, Nyu-York ştatının qubernatoru Keti Hokul Zohran Mamdaninin şəhər meri seçilməsinə cavab olaraq Amerika liderinin mümkün hərəkətlərindən narahat olaraq virtual hərbi otaq yaradıb. O burada hüquq-mühafizə orqanlarının nümayəndələri, məmurlar, iş adamları və aparıcı fəallarla bir sıra danışıqlar aparıb. Hokul bu yolla federal müdaxiləni dayandırmaq və ya heç olmasa, onun təsirini azaltmaq istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 09 Noyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















