Icma.az
close
up
RU
4 mindən çox diplom tanınmayıb SƏBƏBLƏR

4 mindən çox diplom tanınmayıb SƏBƏBLƏR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Xaricdə təhsil alan vətəndaşların əldə etdikləri kvalifikasiyaların ölkə daxilində tanınması məsələsi son illərdə aktuallığını qoruyub saxlayır. Qloballaşma, beynəlxalq tələbə mobilliyinin artması və xarici ali məktəblərə marağın yüksəlməsi diplomların tanınması prosesini təhsil siyasətinin mühüm istiqamətlərindən birinə çevirib.

Son beş il ərzində diplomların tanınması ilə bağlı müraciətlərin statistik göstəriciləri necə olub? Bu dövr ərzində neçə diplomun tanınmasından imtina edilib və neçə diploma müsbət rəy verilib? Diplomların tanınmaması hallarının əsas səbəbləri hansılardır?

Modern.az xəbər verir ki, AzEdu.az-ın sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, 01.01.2021-16.02.2026-cı il tarixlərində xarici kvalifikasiyaların tanınması ilə bağlı ümumilikdə 25145 müraciət üzrə ekspertiza həyata keçirilib:

“Belə ki, Keçirilmiş ekspertizanın nəticələrinə əsasən, 20 855 müraciət üzrə müsbət rəy verilib və müraciət sahiblərinə xaricdə əldə etdikləri kvalifikasiyaların tanınmasına dair müvafiq şəhadətnamələr təqdim olunub. Digər 4 290 müraciət üzrə isə mənfi rəy çıxarılaraq həmin şəxslərin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması barədə qərar qəbul edilib.

Agentlik bildirib ki, imtina hallarının əsas səbəbləri aşağıdakılardır:

"Tədris yükünün təhsil alınan ölkədə müəyyən edilmiş normativdən az olması; tədris dilinin qeyri-qənaətbəxş səviyyədə olması; həm tədris yükünün normativdən az olması, həm də tədris dili ilə bağlı uyğunsuzluq; ixtisas üzrə əhəmiyyətli fərqin mövcudluğu; diplomun autentikliyinin təsdiqlənməməsi və s.

Ölkələr üzrə müraciət sayına nəzər yetirdikdə Rusiya Federasiyası, Türkiyə Respublikası, Ukrayna, Gürcüstan və Birləşmiş Krallıq ön sıralarda yer alır. Ən çox müraciət edilən ixtisaslar isə hüquqşünaslıq, iqtisadiyyat, maliyyə, tibb və biznesin idarə edilməsidir”.

Açıqlanan statistik göstəricilər göstərir ki, son beş ildə diplomların böyük əksəriyyəti üzrə müsbət qərar verilsə də, müəyyən hissə üzrə imtina halları da kifayət qədərdir. Bu isə xaricdə təhsil almağı planlaşdıran şəxslər üçün seçilən ali təhsil müəssisəsinin, proqramın akkreditasiyasının, tədris yükünün vacibliyini bir daha təsdiqləyir. Diplomların tanınması prosesində şəffaflıq və normativ tələblərə uyğunluq həm təhsilin keyfiyyətinin qorunmasına, həm də əmək bazarında ədalətli rəqabət mühitinin formalaşmasına xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Fevral 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri