Icma.az
close
up
RU
Azərbaycanda bir ildə 4 kanal cəzalandırılıb SƏBƏBLƏR (SİYAHI)

Azərbaycanda bir ildə 4 kanal cəzalandırılıb SƏBƏBLƏR (SİYAHI)

Icma.az bildirir, Modern.az portalına istinadən.

Yanvar-aprel ayları ərzində Azərbaycanda fəaliyyət göstərən bəzi televiziya kanalları yayımlanan məzmunlara görə Audiovizual Şura tərəfindən cəzalandırılıb.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev məlumt verib.

Qanun pozuntularına yol verildiyinə görə kanallardan üçü müvəqqəti yayım dayandırılması, biri isə xəbərdarlıqla üzləşib. Qanun pozuntuları əsasən haqsız reklam, səhiyyə sahəsində şəffaflığın pozulması və cinayətkarların müsbət kontekstdə təqdim edilməsi ilə bağlı olub.

Məlumatda qeyd edilib ki, "MTV" televiziya kanalının efirində 03 fevral 2025-ci il tarixdə yayımlanan reklam çarxında tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adının göstərilməməsinə və "Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir" ifadəsindən istifadə edərək haqsız reklama yol verilməsinə görə Audiovizual Şura tərəfindən kanalın yayımı 07 fevral 2025-ci il tarixində 3 saatlıq müddətə dayandırılıb.

Həmçinin "Dünya TV" televiziya kanalının efirində 03 fevral 2025-cü il tarixdə yayımlanan reklam çarxında tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adının göstərilməməsinə görə Audiovizual Şura tərəfindən kanalın yayımı 07 fevral 2025-ci il tarixində 3 saatlıq müddətə dayandırılıb.

"Kanal S" televiziya kanalının efirində 28 mart 2025-ci il tarixində yayımlanan "Sözün bitdiyi an" proqramında ayrıseçkiliyi təbliğ edən informasiyaya yol verildiyinə görə Audiovizual Şura tərəfindən kanalın yayımı 24 saatlıq müddətə dayandırılıb.

“Space TV” kanalının efirində 21.04.2025-ci tarixində yayımlanan “Tarixin bir günü” proqramında ağır cinayət törətməkdə (qəsdən adam öldürmədə) təqsirli bilinərək məhkəmə qərarı ilə həbs edilmiş meyxanaçının ad günü münasibətilə övladları və bir sıra meyxanaçıların iştirakı ilə aparıcı Tarix Əliyev tərəfindən ağır cinayət törətmiş şəxsi müsbət obraz kimi təqdim etməsi və bu istiqamətdə səsləndirilmiş bəzi fikirlərə görə Audiovizual Şura tərəfindən kanala xəbərdarlıq edilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 May 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri