Icma.az
close
up
RU
4 mindən çox diplom kartona ÇEVRİLDİ

4 mindən çox diplom kartona ÇEVRİLDİ

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Təhsildə Keyfiyyət Təminatı Agentliyindən 01.01.2021-16.02.2026-cı il tarixlərində xarici kvalifikasiyaların tanınması ilə bağlı ümumilikdə 25145 müraciət üzrə ekspertiza həyata keçirildiyi bildirilib.

Bakupost.az Hafta.az saytına istinadla xəbər verir ki, keçirilmiş ekspertizanın nəticələrinə əsasən, 20 855 müraciət üzrə müsbət rəy verilib və müraciət sahiblərinə xaricdə əldə etdikləri kvalifikasiyaların tanınmasına dair müvafiq şəhadətnamələr təqdim olunub. Digər 4 290 müraciət üzrə isə mənfi rəy çıxarılaraq həmin şəxslərin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması barədə qərar qəbul edilib.

Beləliklə, 4 mindən çox məzunun diplomu tanınmayıb.

Son beş il ərzində diplomların tanınması ilə bağlı müraciətlərin statistik göstəriciləri necə olub? Bu dövr ərzində neçə diplomun tanınmasından imtina edilib və neçə diploma müsbət rəy verilib? Diplomların tanınmaması hallarının əsas səbəbləri hansılardır?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirərək deyib ki, açıqlanan informasiyadan hər 6 müraciət edəndən birinin diplomunun Azərbaycanda tanınmadığının məlum olduğunu qeyd edib:

“Bu, kifayət qədər yüksək göstəricidir və sistemin "keyfiyyət filtri" kimi işlədiyini sübut edir".

Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 508 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları" Azərbaycanın təhsil tarixində inqilabi dönüş nöqtəsi hesab olunur. Bu qərar əvvəlki (2003-cü il) "nostrifikasiya" sistemini tamamilə ləğv edərək, Avropa standartlarına uyğun yeni mexanizm gətirdi”.

İlqar Orucov əlavə edib ki, bu qərarın gətirdiyi ən vacib yeniliklərdən biri nostrifikasiyadan tanınmaya keçidlə bağlıdır:

“Əvvəllər sadəcə sənədin ekvivalentliyi yoxlanılırdısa, yeni qərarla proses iki hissəyə bölünüb. Akademik tanınma - şəxsə Azərbaycanda təhsilini növbəti pillədə (məsələn, magistratura) davam etdirmək hüququ verir.

Peşə tanınması - şəxsə aldığı ixtisas üzrə Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq (işləmək) hüququ verir. Bu, ən böyük yenilikdir, çünki diplomu olan hər kəs artıq birbaşa "mütəxəssis" sayılmır.

Qərarın ən sərt tərəfi peşə tanınması üçün tətbiq edilən müsahibədir. Əgər tələbə təhsil aldığı dildə (məsələn, rus, ingilis, türk) danışa bilmirsə və ya öz ixtisasına dair fundamental biliklərə sahib deyilsə, onun diplomu işləmək üçün tanınmır. Bu, "oxumadan diplom alanlar" üçün ən böyük baryerdir.

Qərara əsasən, TKTA tələbənin xaricdə olduğu müddəti Dövlət Sərhəd Xidməti vasitəsilə yoxlayır. Tələbə tədris müddətinin (semestrlərin) ən azı 2/3 hissəsində həmin ölkədə fiziki olaraq iştirak etməlidir. Əgər tələbə "əyani oxuyuram" deyib, amma semestr boyu Azərbaycanda qalıbsa, onun diplomu birmənalı olaraq tanınmır.

Qaydalarda qeyd olunur ki, Azərbaycanın dövlət standartlarında qiyabi və ya distant forması nəzərdə tutulmayan ixtisaslar (məsələn, tibb sahəsi) üzrə xaricdə alınmış bu növ diplomlar tanınmır. Bu, vasitəçi şirkətlərin "onlayn oxu, diplomun tanınacaq" yalanını hüquqi olaraq ifşa edir.

Beləliklə, 4 mindən çox imtinanın kökündə dayanan səbəbləri akademik davamiyyətin olmaması, Azərbaycan tərəfindən tanınmayan tam distant və ya qeyri-qanuni qiyabi modellər, ali məktəbin öz ölkəsində lisenziyasının (akkreditasiya problemi) olmaması, məzunun diplom aldığı dildə hətta elementar səviyyədə danışa bilməməsi və məzmun uyğunsuzluğu.

Lissabon konvensiyasına əsasən, xarici proqramın məzmunu və kredit sayı Azərbaycanın dövlət standartlarından kəskin aşağı olduqda tanınma mümkün olmur”.

Mütəxəssis qeyd edir ki, 2026-cı ilin əvvəlində (yanvar ayında) edilən əlavələr prosesi daha da rəqəmsallaşdırdı. İndi bütün sənəd dövriyyəsi və müsahibə təyinatları vahid elektron portal üzərindən aparılır. Həmçinin, bəzi ixtisaslar üzrə (məsələn, müəllimlik) tanınma prosesinə Dövlət İmtahan Mərkəzinin nəticələrinin də inteqrasiyası müzakirə olunur.

"Beş illik nəticələrin analizi və 4 290 imtina halı göstərir ki, xaricdə təhsil almaq istəyənlər universitet seçərkən təkcə qiymətə deyil, həm də təhsilin formasına və müəssisənin reytinqinə diqqət yetirməlidirlər. Sonuncu toxunduğumuz məqam ictimai təhlükəsizlik və maarifləndirmə üçün ən vacib detallardan biridir. "Xaricdə təhsil" adı altında fəaliyyət göstərən bəzi vasitəçi şirkətlərin vədləri ilə real qanunvericilik arasındakı kəskin fərqlər minlərlə gəncin həm vaxtını, həm də maliyyə vəsaitini itirməsinə səbəb olur. Bəzi şirkətlər tələbələrə ölkədən çıxmadan və ya dərslərdə iştirak etmədən xaricdən diplom alacaqlarını vəd edirlər. Lakin Nazirlər Kabinetinin 508 nömrəli qərarı və Lissabon konvensiyası fiziki davamiyyəti (sərhədkeçmə sənədlərini) əsas şərt kimi qoyur.

Həmçinin heç bir özəl şirkət diplomun tanınmasına zəmanət verə bilməz. Tanınma yalnız TKTA tərəfindən aparılan ekspertizadan sonra bəlli olur. Şirkətlər bəzən xaricdə "kağız üzərində" mövcud olan, lakin həmin ölkənin Təhsil Nazirliyi tərəfindən tanınmayan müəssisələrə tələbə qəbulu aparırlar. Əslində imtina cavabı almış 4 290 nəfərin əksəriyyəti məhz bu cür şirkətlərin qurbanıdır. Bir çox vasitəçi şirkət rəsmi müqavilə bağlamadan və ya qeyri-şəffaf ödənişlərlə fəaliyyət göstərir ki, bu da gələcəkdə məhkəmə çəkişmələrində tələbəni müdafiəsiz qoyur. Fürsətdən istifadə edərək məzunlara və valideynlərə bir neçə vacib məsləhətləri vermək yerinə düşər. İlk növbədə vasitəçi şirkətin vədinə deyil, TKTA-nın rəsmi "Tanınan universitetlər siyahısı"na (və ya ENIC-NARIC bazasına) etibar edilməlidir. Təhsil dilini bilmədən diplom almağın müsahibə mərhələsində ifşa olunacağını unutmamalıdırlar. Distant təhsilin ölkəmizdə qanunvericilik səviyyəsində tanınmadığını öncədən nəzərə almaq da vacib məqamlardandır”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Fevral 2026 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see312

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see290

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see272

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see270

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see224

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see223

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see199

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see196

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see194

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see192

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see190

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see190

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see190

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see187

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see185

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see184

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see184

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see184

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see181

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri