Icma.az
close
up
RU
“4 mövsüm Qrız”: Dağ kəndində qadınlar üçün turizm təlimi

“4 mövsüm Qrız”: Dağ kəndində qadınlar üçün turizm təlimi

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kənd qadınları rəqəmsal marketinq bilikləri əldə etdi

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Dövlət Turizm Agentliyinin dəstəyi ilə icra etdiyi “4 mövsüm Qrız” layihəsi çərçivəsində Quba rayonunun Qrız kəndində növbəti təlim keçirilib.

Təlimin əsas məqsədi kənd qadınlarının kənd turizminə inteqrasiyasını dəstəkləmək, onları müasir rəqəmsal marketinq bilikləri ilə təmin etmək və Qrız kəndinin turizm potensialını daha effektiv şəkildə təqdim etmək olub. Tədbirin açılışında çıxış edən layihə rəhbəri, “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva bildirib ki, “4 mövsüm Qrız” kəndin davamlı sosial və iqtisadi inkişafına təkan verəcək bir layihədir:

“Qrız kəndi təkcə təbiət gözəllikləri, mədəni irsi ilə deyil, həm də buradakı insanların qonaqpərvərliyi və zəhmətkeşliyi ilə seçilir.

Biz qadınların bu zənginliyi dünyaya tanıtmaqda aparıcı rol oynayacağına inanırıq. Bu layihənin əsas məqsədi kənd qadınlarının turizm sektorunda fəal iştirakını təmin etmək, onların rəqəmsal marketinq və müasir təqdimat bacarıqlarını artırmaqdır”.

Təlimçi ekspert, turizm üzrə tanınmış mütəxəssis Vüqar Dərgahov “Kənd turizmində rəqəmsal marketinq strategiyası” mövzusunda geniş təqdimatla çıxış edib. Qeyd edib ki, kənd turizminin inkişafında rəqəmsal marketinq  mühüm əhəmiyyət daşıyır:

“Əgər bir bölgənin turizm potensialı varsa, bu potensialı dünyaya tanıtmaq üçün rəqəmsal alətlərdən istifadə çox vacibdir. İndi artıq təkcə qonaq qəbul etmək yox, eyni zamanda onlara sosial mediada görünmək, düzgün təqdimatla maraq yaratmaq da lazımdır”.

O, təlimdə iştirakçılara sosial media strategiyaları, kontent planlaşdırılması, fotoların və videoların düzgün istifadəsi, Google xəritələrində yerləşdirmə, online rezervasiya imkanları və digər müasir alətlər barədə ətraflı məlumat verdi.
Təlim interaktiv şəkildə təşkil olundu və iştirakçılar praktiki tapşırıqlarla öyrəndiklərini yerindəcə tətbiq etməyə çalışdılar. Qrız kənd sakini, təlim iştirakçısı Vəfa Seyidova bu təlimlərin kənd qadınları üçün əhəmiyyətli olduğunu dilə gətirdi:

“Bu gün biz kəndimizin gözəlliklərini, mətbəximizi, adətlərimizi və qonaqpərvərliyimizi tanıtmağın rəqəmsal yollarını öyrəndik. Kəndimizin turizm imkanlarının sosial mediada düzgün təqdimatı vacibdir. Artıq başa düşürük ki, kənd turizmi təkcə qonaq qəbul etmək deyil, eyni zamanda internet üzərindən görünmək və diqqət çəkməkdir. Mən bu təlimdən sonra kəndimiz üçün bir Instagram səhifəsi açmaq, orada təbiətimizi, həyat tərzimizi və yerli məhsullarımızı paylaşmaq qərarına gəldim. Dövlət Turizm Agentliyinin dəstəyi ildə əldə etdiyimiz bu biliklər bizim üçün yeni imkanlar açır”.

Təlimin sonunda sual-cavab və müzakirə sessiyası keçirildi. İştirakçılar öz ideyalarını bölüşdülər, gələcəkdə həyata keçirmək istədikləri kiçik turizm təşəbbüsləri barədə danışdılar. Bəziləri artıq evlərini qonaq evi kimi hazırlamağa başladığını, digərləri isə kəndin yerli məhsullarını brend halına gətirmək istədiyini bildirdi.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri