Icma.az
close
up
RU
4 mövsüm Qrız layihəsi başa çatdı (FOTO)

4 mövsüm Qrız layihəsi başa çatdı (FOTO)

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən və "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunan "4 mövsüm Qrız” layihəsi uğurla yekunlaşdı.

Qaynarinfo xəbər verir ki, Quba rayonunun Qrız kəndində həyata keçirilən layihənin sonuncu təlimində qadın iştirakçılar üçün aqroturizm mövzusunda praktiki biliklər təqdim olundu, turizm yönümlü biznesin əsasları izah edildi.

Layihə rəhbəri, "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva layihənin bölgədə dayanıqlı turizm və qadın təşəbbüskarlığının inkişafına xidmət etdiyini bildirdi:

"Bu layihə ilə biz Qrız kəndində qadınların turizm sahəsində fəallaşmasını və öz kiçik bizneslərini qurmaq imkanlarını dəstəklədik. Layihə ərzində yerli resurslara əsaslanan, dörd mövsüm davamlı ola biləcək turizm fəaliyyətlərinə fokuslandıq”.

Quba Regional Turizm İdarəsinin baş mütəxəssisi Azər Səfərov bölgənin turizm potensialına diqqət çəkərək qeyd etdi:

"Qrız kəndi təkcə təbiəti ilə deyil, həm də yerli icmanın fəallığı ilə seçilir. Bu cür layihələr sayəsində yerli əhalinin, xüsusilə də qadınların turizm sahəsinə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarla təmin edilməsi uzunmüddətli inkişaf üçün vacib şərtlərdən biridir”.

Tədbirdə təlimçi, turizm üzrə mütəxəssis Vüqar Dərgahov aqroturizm fəaliyyətlərinin biznes yönümlü təşkili barədə iştirakçılara ətraflı məlumat verdi:

"Aqroturizm təkcə fermerlik deyil, bu, kənd həyatını və yerli mədəniyyəti turizm məhsuluna çevirməkdir. Qrız kəndi bu baxımdan çox unikal imkanlara sahibdir və düzgün planlama ilə bu imkanlar gəlirli fəaliyyət sahəsinə çevrilə bilər”.

Vüqar Dərgahovun təqdimatında "Qrız kəndində aqroturizm fəaliyyətlərinin biznes planı” mövzusunda təlimdə iştirakçılar biznes planlaşdırma mərhələləri, məhsul seçimi, qiymət formalaşdırılması, xidmət keyfiyyəti və bazara çıxış yolları barədə məlumatlandırıldılar. Təlim iştirakçılarına biznes planların hazırlanmasına dəstək göstərildi. Sessiya sonunda sual-cavab və müzakirələr aparıldı, daha sonra iştirakçılara təlimdə iştirak etdiklərinə dair sertifikatlar təqdim olundu.

"4 mövsüm Qrız” layihəsi çərçivəsində 3 ay ərzində keçirilən təlimlər, praktiki sessiyalar və qadın yönümlü təşviq proqramları Qrız kəndində sosial-iqtisadi fəallığı artırmağa xidmət etdi. Layihənin nəticəsi olaraq yerli qadınlar turizm sahəsində ilkin biznes bilikləri əldə etdilər, kəndin turizm potensialı yerli icma üzvləri tərəfindən daha yaxından tanındı, aqroturizm, ekoturizm və etnoturizm sahələrində fəaliyyət imkanları araşdırıldı. Layihənin sonunda iştirakçılar qrup halında "4 mövsüm Qrız” adlı vahid brend adı altında turizm yönümlü təşəbbüslərini təqdim etdilər. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Sentyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri