Icma.az
close
up
RU
“4 mövsüm Qrız”: Qrızda qadınlar üçün növbəti təlim keçirildi FOTO

“4 mövsüm Qrız”: Qrızda qadınlar üçün növbəti təlim keçirildi FOTO

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın dağlıq ərazilərindən olan Quba rayonunun Qrız kəndində turizm sahəsində qadınların bilik və bacarıqlarını artırmağa yönəlmiş növbəti təlim keçirilib.

Bizim.Media xəbər verir ki, təlim “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən Dövlət Turizm Agentliyinin donorluğu ilə həyata keçirilən “4 mövsüm Qrız” layihəsi çərçivəsində təşkil olunub. Təlimdə kəndin müxtəlif yaş qruplarından olan qadın sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini, “4 mövsüm Qrız” layihəsinin rəhbəri Jalə Quliyeva layihənin məqsəd və perspektivləri haqqında iştirakçılara məlumat verib:

“Qrız kəndi Azərbaycanı ən unikal təbiətə və mədəniyyətə sahib bölgələrindən biridir. Biz bu layihə ilə qadınların potensialını üzə çıxarmaq, onları turizm təşəbbüslərində fəallaşdırmaq və kəndin dörd mövsüm boyunca turistlər üçün cəlbedici məkan olmasını təmin etmək istəyirik”.

Jalə Quliyeva əlavə edib ki, layihənin əsas hədəfi kənddə turizm fəaliyyətlərini yalnız yay fəslində deyil, ilin bütün dövrlərində davamlı və dayanıqlı şəkildə həyata keçirmək üçün resurslar yaratmaqdır.

Qrız kənd sakini, təlim iştirakçısı Mehriban Seyidova öz çıxışında qadınların turizm fəaliyyətində iştirakı ilə bağlı şəxsi müşahidə və təcrübələrini bölüşüb. O, bildirib ki, kənddə qadınların evlərində hazırladıqları yeməklər, əl işləri və qonaqpərvərlik ənənələri yerli turizmin əsas dayaqlarındandır:

“Biz kənd qadınları olaraq uzun illərdir ki, qonaqları qarşılayırıq. Amma bu, sistemli və gəlir gətirən turizm modelinə çevrilməyib. İndi biz öyrənirik ki, bacardığımız işləri daha effektiv təqdim etməklə həm kəndimizə, həm ailəmizə fayda verə bilərik. Dövlət Turizm Agentliyinin dəstəyi ilə icra olunan bu layihə sayəsində biz yerli resursları turizm xidmətlərinə çevirəcəyik”.

Təlimçi ekspert, turizm üzrə tanınmış mütəxəssis Vüqar Dərgahov kənd turizminin mahiyyəti, üstünlükləri və qarşıya çıxan əsas çətinliklər barədə geniş təqdimatla çıxış edib. O, kənd turizmini “həm sosial, həm də iqtisadi baxımdan dayanıqlı inkişaf aləti” kimi dəyərləndirib:

“Kənd turizmi təkcə bir bölgənin təbiətinin nümayişi deyil, həm də mədəniyyətin, ailə dəyərlərinin və lokal iqtisadiyyatın yaşadılmasıdır. Qrız kəndinin resursları düzgün təqdimatla turizmin güclü tərəfinə çevrilə bilər”.

Vüqar Dərgahov turizm xidmətləri sırasında yerli yeməklər, evdə gecələmə, bələdçilik, at gəzintisi, el şənlikləri və kənd həyatını yaşamaq kimi təcrübələrin təqdim olunmasının əhəmiyyətini vurğulayıb. O həmçinin, qadınların bu xidmətlərin əsas daşıyıcı qüvvəsi kimi çıxış edə biləcəyini bildirib.

Təlimdən sonra açıq müzakirə sessiyası keçirilib. İştirakçılar təlimçi ekspertdən konkret tövsiyələr alıblar. Sual-cavab zamanı yerli qadınlar ən çox qarşılaşdıqları problemləri – logistika, dil baryeri, maddi texniki təchizat və bazara çıxış imkanlarının məhdudluğunu vurğulayıblar. Təlimin sonunda layihə heyəti tərəfindən qeyd olunub ki, gələcək mərhələlərdə kəndin turizm resurslarının xəritələnməsi, qadınların iştirakı ilə pilot turizm xidmətlərinin sınaqdan keçirilməsi və kiçik təşəbbüslərin biznes planlarının hazırlanması və kəndin turizm xidmətlərinin vahid brendinin formalaşdırılması planlaşdırılır. Layihə rəhbərliyinin verdiyi məlumata görə, bu cür təşəbbüslər təkcə Qrız kəndinin deyil, ümumilikdə Azərbaycanın dağlıq ərazilərində yerləşən icmaların sosial-iqtisadi inkişafına töhfə verməyə yönəlib. Layihənin davamlılığı isə yerli icmaların öz təşəbbüslərinə sahib çıxması və qadınların bu təşəbbüslərdə lider rolunu üzərlərinə götürməsi ilə mümkün olacaq.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Avqust 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri