Icma.az
close
up
RU
4 şirkəti olan Kərimovla 206 mini ələ keçirən vəzifəli şəxslərin SİYAHISI

4 şirkəti olan Kərimovla 206 mini ələ keçirən vəzifəli şəxslərin SİYAHISI

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən Rüfət Nurəddin oğlu Kərimovun cinayət işinin maraqlı təfərrüatı məlum olub. Kərimovun adına xeyli sayda MMC olub. Onun dövlət qurumlarının əməkdaşları ilə cinayət əlaqələrinə girdiyi müəyyən edilib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, Rüfət Kərimov 2017-2022-ci illər ərzində təsisçisi və faktiki rəhbəri olduğu çoxsaylı şirkətlərə dövlət qurumları və onlara aid müəssisələr tərəfindən müxtəlif təyinatlarla köçürülmüş ümumilikdə 206 min manat məbləğində pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəyib.

Rüfət Kərimov cinayət yolu ilə əldə edilən həmin pul vəsaitini leqallaşdırmaqda ittiham olunub.

O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.

Məhkəmənin hökmü ilə Rüfət Kərimov şərti cəza alaraq azadlıqda qalıb.

İşin təfərrüatına gəlincə, Rüfət Kərimovun nəzarətində 74 MMC olub. Ayrı-ayrı şəxslərin adına açılan həmin MMC-lərə faktiki rəhbərliyi Kərimov edib.

R.Kərimov həmin MMC-lər vasitəsi ilə dövlət qurumlarında keçirilən formal tenderlərdə iştirak edib və qalib olub. Malların qiyməti bazar qiymətindən yuxarı göstərilib və əldə edilən pul həmin rəsmi qurumların əməkdaşları ilə R.Kərimov arasında bölüşdürülüb.

Rüfət Kərimov aşağıdakı vəzifəli şəxslərlə əlbir olaraq qalib olduğu tenderlərdə rəqəmləri bazar qiymətindən yuxarı göstərərək bu qədər məbləği ələ keçirib:

- Elmlər Akademiyasınının Nizami Gəncəvi adına Ədəbiyyat institutunda ümumi işlər üzrə direktor müavini ilə 26 min manat;

- Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mühasibi ilə 77 min manat;

- Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsində məhrum olmuş uşaqlar üçün 4 nömrəli xüsusi internat məktəbinin direktoru ilə 2500 manat;

- Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin sabiq baş mühasibi ilə 3100 manat;

- Elm və Təhsil Nazirliyinin 8 nömrəli sanatoriya tipli internat məktəbinin baş mühasibi ilə 5400 manat;

- Elm və Təhsil Nazirliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru ilə 4000 manat;

- Abşeron rayon icra hakimiyyəti başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə 1800 manat;

- Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri ilə 7 min manat;

- Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini ilə 26 min manat;

- Elmlər Akademiyasınının Füzuli adına Əlyazmalar institutunun elmi işlər üzrə direktor müavin ilə 18 min manat;

- Azərbaycan Milli Elmlər Hüseyn Cavidin ev muzeyinin direktoru ilə 12 min manat;

- Naftalan şəhər bələdiyyəsinin sədri ilə 4 min manat;

- Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi ilə 4400 manat;

- Səhiyyə Nazirliyinin “Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyasının direktoru ilə 4300 manat;

Səhiyyə nazirliyinin iki qurumunun direktpru ilə əlbir olara q 10 min manat.

Qeyd edək ki, bu şəxslər barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.

Təqsirləndirilən şəxs Kərimov ifadəsi özünü təqsirli bilib, zərəri tam ödədiyini deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Aprel 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see198

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see168

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see166

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

22 Oktyabr 2025 17:08see162

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see158

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see122

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121

“XXI əsr müəllimi Müasir dövrün psixoloji və pedaqoji bacarıqları” layihəsinə başlanılıb

22 Oktyabr 2025 17:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri