“Azerbaijan Kids Fashion Show 2026” müsabiqəsinin final gecəsi keçirilib
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
“Star Kids Group” şirkətinin təşkilatçılığı ilə “Azerbaijan Kids Fashion Show 2026” müsabiqəsinin final gecəsi keçirilib. Tədbir çərçivəsində 2015-ci il dekabrın 25-dən fəaliyyət göstərən “Star Kids Group”un 10 illik yubileyi də qeyd olunub.
525.az xəbər verir ki, müsabiqədə 4–14 yaş aralığında olan uşaqlar iştirak ediblər. Yarışmada ümumilikdə 85 model yer alıb: onların 53-ü qız, 32-si isə oğlan olub. Final mərhələsində isə 17 modelyer-dizaynerin hazırladığı kolleksiyalar nümayiş etdirilib.
“Star Kids Group” MMC-nin direktoru Aygün Əliyeva bildirib ki, məqsəd Azərbaycanda xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirməklə yanaşı onları öncə vətəndə, daha sonra ölkə xaricində tanıtmaqdır.
Əməkdar incəsənət xadimi, münsiflər heyətinin sədri Fəxriyyə Xələfova tədbirdə çıxış edərək deyib: “Bu gün 2026-cı ilin ilk moda tədbirində bir araya gəlmişik və məni xüsusilə sevindirən məqam odur ki, yeni ilin ilk möhtəşəm gecəsi məhz “Star Kids Group”un yubiley festivalı ilə başlayır”.
Daha sonra 17 modelyer-dizaynerin hazırladığı geyim kolleksiyaları nümayiş etdirilib və müsabiqənin qalibləri münsiflər heyətinin qərarı ilə müəyyənləşdirilib.
Tədbir musiqi proqramı ilə davam edib (AZƏRTAC).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 05 Yanvar 2026 03:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















