40 min taksi olsa da, qiymətlər göylə gedir POS terminal quraşdırılsın
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Benzin və dizelin qiymətinin bahalaşması taksilərin məbləğinə də təsir edib. Ən yaxın məsafəyə getmək belə, ötən illə, hətta ötən ayla müqayisədə yüksəkdir. Taksi sürücüləri də bildirirlər ki, hələ qiymətlər daha da artacaq. Bununla yanaşı taksilərdən, qiymətlərdən, keyfiyyətdən və sürücülərdən şirkətlərin arası səngimək bilmir.
Qarlı yolda “07” ilə “hoqqa” verən sürücü qəzadan belə qurtuldu; yol polisi cərimələdi - VİDEO
Bu yaxınlarda da taksilərin sayının azaldılacağı ilə bağlı məlumatlar sensasion xarakter daşımışdı. Bəs görəsən, hazırda Bakıda neçə taksi fəaliyyət göstərir?
Avtosfer.az-ın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Lent.az-ın sorğusuna bildirildi ki, hazırda Bakı şəhəri üzrə 40000-dən çox nəqliyyat vasitəsinin buraxılış kartı mövcuddur:
“Gündəlik reysə çıxan taksi minik vasitələrin sayı cəmi 23 min civarındadır. Bu da o deməkdir ki, bazarda artıqlaması ilə taksi var. Hazırda taksi xidməti sahəsində tələbat tam ödənilir. Buraxılış kartı olmayan nəqliyyat vasitləri ilə sərnişin daşınması qadağadır. Həmçinin buraxılış kartı olmayan nəqliyyat vasitələrinə mövcud vəziyyətdə olduğu kimi gələcəkdə də operatorlar tərəfindən sifariş ötürülməsinə icazə verilməyəcək. Belə nəqliyyat vasitələrinə operatorlar tərəfindən sifariş ötürülsə, operatorlar barəsində qanunamüvafiq tədbirlər görülür. Qeyd olunan prosesə nəzarət məqsədi ilə AYNA informasiya sistemində “E-taksi” alt sistemi istifadə olunur”.
Qadın sürücü qazla tormozu səhv saldı; “Lexus” restorana girdi - VİDEO
İqtisadçı Günay Hüseynova isə Lent.az-a açıqlamasında qeyd edib ki, qiymətlərin artması işbazlara şərait yaradıb:
“Düşünürəm ki, bu sahədə ciddi islahatlara ehtiyac var, hərhansısa əsassız səbəbdən qiymət artımı yol verilməzdir. Bundan əlavə də Tarif Şurasının rəsmi qərarı olmadan qiymət artımı aparılması da qanunsuzdur. Taksi sektoru özəl şirkət və ya özəl sahibkarlıq fəaliyyəti subyekti ola bilər, lakin bu ona əsas vermir ki, hansısa mövcud vəziyyətdən sui-istifadə halları edilsin, işbazlıq və süni qiymət artımına şərait yaradılsın. Əgər qiymət artımı varsa, qarşılığı vergi olaraq büdcəyə qayıtmalıdır. Qiymət artımı Avropa və Türkiyə ilə müqayisə olunursa xidməti keyfiyyət də ekvivalentləşdirilməlidir. Vətəndaş tətbiqdən kartla ödəniş etdikdə, sürücü imtina edir və ya nəğd ödənişdə qəbz verilmir. Bu da, vergi pozuntusu kimi qiymətləndirilməlidir. İlk növbədə bütün taksi xidmətlərində POS terminal aparatı yerləşdirilməli, bəzi mağazalar kimi “batareyası bitib”, “xarab olub, işləmir” və ya “mənim başım çıxmır" kimi bəhanələr zamanı yüksək cəzalar tətbiq edilməlidir. Əgər vətəndaş aylıq məvacib alır əmək haqqısından məcburi tutulmalar olursa, taksi xidmətində də bu hüquqi iqtisadi bərabərlik qorunmalıdır.
Halhazırda benzin və dizelin qiymətinin 5 qəpik artması həmin işbazlara "münbit şərait" yaradıb: Həm istədiyimiz qədər qiyməti artıraq, həm vergini ödəməyək həm də soyuqdan istifadə edək, insanlar məcbur olub, taksi sifariş versinlər. Bu prinsip hökm sürür.
5 qəpiklik bir artım hansıda yüklü xərc deyil,bundan əlavə Tarif şurasının rəsmi qərarı yoxdur, vergidən yayınma halları hökm sürür ona görə də, süni qiymət artımı istehlakçı hüquqlarının pozuntusu kimi dəyərləndirilir. Əgər tətbiqdən sifariş etdiyi məsafəyə yeni ildə fərqli qiymət tələb olunursa, vətəndaşlar istehlakçı hüquqlarına müraciət edə bilərlər”, deyə iqtisadçı fikrini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Yanvar 2026 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















