Icma.az
close
up
RU
“POS terminal işləmir” deyən sahibkarlara XƏBƏRDARLIQ

“POS terminal işləmir” deyən sahibkarlara XƏBƏRDARLIQ

Icma.az, News24 portalına istinadən məlumat verir.

“POS-terminal işləmir ödənişi ya kartdan-karta köçürün, ya da nağd şəkildə edin”.

Yəqin ki, çoxumuz gün ərzində restoran, kafe, geyim mağazası və bu kimi obyektlərdə kartla ödəniş etmək istədiyimiz zaman bu ifadə ilə qarşılaşırıq.

Bu vəziyyət bəzi müştəriləri narahat edir, çünki bir çoxumuz üçün nağd pul daşımaq artıq əlverişsiz olub və kartla ödəniş etmək daha rahatdır.

Xüsusilə pandemiya dövründən sonra nağdsız ödənişlər, POS-terminallarından istifadə daha da geniş şəkildə yayılmağa başlayıb. Amma bəzi restoran, kafe və geyim mağazaları terminal olmasına baxmayaraq hələ də müştərilərdən ödənişi kartdan-karta köçürmək vasitəsilə həyata keçirmələrini tələb edir. Qanunvericiliyə görə, bütün ticarət obyektləri POS-terminalları ilə ödəniş qəbul etməyə borcludurlar. Əgər bir müəssisə bu tələbi yerinə yetirmirsə, bu, inzibati cəzalara səbəb ola bilər.

"Nazirlər Kabinetinin "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"na əsasən, bu obyektlərə ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə məkanları, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, nəqliyyatda (hava, su, dəmir yolu və avtomobil) biletlərin satış məntəqələri, turizm şirkətləri daxildir".

Həmçinin, kartdan-karta ödənişlərin tələbi, istehlakçı hüquqlarını pozur.

Bəs bu halda vergi ödəyicisinə hansı cəzalar tətbiq edilir?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya açıqlamasında bildirib ki, POS-terminalların quraşdırılmaması yaxud da bundan istifadə etməmə, açıq qaydada vəsaitlərin qəbul edilməsindən imtina olunmasına görə cərimələr tətbiq edilir:

“Vergi ödəyicisi il ərzində birinci dəfə aşkarlanırsa, 1000 azn, ikinci dəfə aşkarlanarsa, 3000 azn, üçüncü dəfə aşkarlandıqda isə 6000 azn məbləğində vergi sanksiyası tətbiq edilir. Bu qaydaların əsas məqsədi nağdsız ödənişlərin təşviq olunması və vergi nəzarətinin gücləndirilməsidir”.

Vətəndaşlara sahibkarlar tərəfindən POS-terminalların təmirdə, xarab olması ilə bağlı məlumat verilərsə, ondan ödənişi nağd yaxud kartdan-karta göndərmək tələb olunarsa, bu zaman müştərilərin ixtiyarı çatır ki, həmin vergi ödəyicisi barədə məlumatı alsın və onun haqqında vergi orqanına şikayət bildirsin",- deyə o, qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 May 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri