POS terminal tariflərinin azaldılması təklif olunur
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
POS-terminallardan istifadəyə görə yüksək tariflər sahibkarların xərclərini artırır və nağdsız hesablaşmaların genişlənməsinə mane olur.
Modern.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində “Elektron ticarət haqqında” Qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, elektron ticarətlə bağlı dəyişikliklər ödənişlərin qəbulunu asanlaşdırmaqla yanaşı, iqtisadiyyatın şəffaflaşmasına da xidmət etməlidir.
Onun sözlərinə görə, ölkədə POS-terminalların ərazi üzrə bölgüsündə qeyri-bərabərlik var:
“Hazırda istifadədə olan POS-terminalların 62 faizdən çoxu Bakının payına düşür. Azərbaycanda bir POS-terminala orta hesabla 60 nəfər düşdüyü halda, Sumqayıtda bu göstərici 119 nəfərdir”.
Vüqar Bayramov yüksək xidmət haqlarının xüsusilə mikro sahibkarların fəaliyyətinə təsir göstərdiyini vurğulayıb:
“Sadələşdirilmiş vergi ödəyiciləri və mikro sahibkarlar üçün 2 faizlik güzəştli vergi rejimi tətbiq etmişik. Amma POS-terminallardan istifadəyə görə ödənilən haqq bəzi hallarda həmin vergi dərəcəsindən də yüksək olur. Bu, iqtisadiyyatın şəffaflaşmasına maneə yaradan amillərdən biridir”.
Deputatın fikrincə, tariflərin azaldılması sahibkarların xərclərinin aşağı salınmasına və istehlak bazarında qiymətlərə müsbət təsir göstərə bilər.
“Daxili interçeyn sisteminin təkmilləşdirilməsi və tariflərin azaldılması istiqamətində addımlar atılmalıdır. Bu, həm istehlak bazarında qiymətlərin optimallaşdırılması, həm də iqtisadiyyatın şəffaflaşması baxımından vacibdir”, – o bildirib.
Vüqar Bayramov qanun layihəsini dəstəklədiyini, qəbulundan sonra Mərkəzi Bank və digər aidiyyəti qurumların müvafiq tədbirlər görməsinin vacibliyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 Oktyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















