Icma.az
close
up
RU
40 qəpik idi, indi 1 manatdır

40 qəpik idi, indi 1 manatdır

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Son 2-3 ay ərzində bazarda bir çox ərzaq məhsullarının qiymətində kəskin artım müşahidə olunur. Məsələn, əvvəllər 40 qəpiyə satılan xama hazırda 1- 1,2 manat arasında təklif edilir. Bu vəziyyət əhali arasında ciddi narahatlıq doğurur.

Qısa müddətdə bu qədər ciddi qiymət artımına nə səbəb oldu? Prosesin qarşısını almaq və ya hansısa formada tənzimləmək mümkündürmü?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, qiymət artımına qarşı inzibati təsir mexanizmləri mövcud deyil:

“Azərbaycanda formal da olsa, bazar iqtisadiyyatı mövcuddur. Dövlətin qiymətlərə birbaşa müdaxiləsi nə doğru, nə də qanuni baxımdan mümkündür. Belə bir tənzimləmə mexanizmi yoxdur. Yeganə hüquqi çərçivə antiinhisar qanunvericiliyidir. Bu da pərakəndə satışa deyil, yalnız topdansatış və istehsal sahəsinə tətbiq edilir”.

İqtisadçı hesab edir ki, qiymət artımının əsas səbəbləri sırasında məhsul çatışmazlığı, istehsalın azalması, xarici məhsulların bahalaşması və rəqabət mühitinin zəifliyi dayanır:

“Yaxın günlərdə Azərbaycanda 1990-cı illərdən fəaliyyət göstərən tanınmış süd məhsulları brendi bağlandı. Söhbət ‘”Sevimli Dad’” və “Milk-Pro” markaları ilə süd məhsulları istehsal edən şirkətdən gedir. Lakin bu məsələ cəmiyyətin gündəminə çıxmadı, halbuki böyük problem idi. 30 ilə yaxın fəaliyyət göstərən bir şirkət niyə bağlanmalı idi? Yəni rəqabətsizlik və istehsalın zəifləməsi qiymət artımına birbaşa təsir göstərir. Dövlət bu istiqamətdə təşviq proqramları hazırlamalıdır. Qiymətləri tənzimləyən bir dövlət qurumu və ya sistem yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 İyun 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri