Süni intellekt böyük çöküş gətirir: 5.5 trilyonluq risk
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Süni intellekt texnologiyalarının sürətlə inkişafı dünya iqtisadiyyatına böyük investisiyalar cəlb etsə də, bu sahəyə yatırılan vəsaitlərin həcmi maliyyə sabitliyi ilə bağlı narahatlıqları artırıb.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Avropa Mərkəzi Bankının 18 noyabr 2026-cı ildə açıqladığı Maliyyə Sabitliyi Hesabatında bildirilir ki, ABŞ-ın böyük texnologiya şirkətlərinin süni intellekt infrastrukturu üzrə ümumi kapital xərclərinin 2030-cu ilədək təxminən 5,5 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu hesablamaya "Alphabet", "Amazon", "Broadcom", "Meta, Microsoft", "Nvidia" və "Oracle" kimi şirkətlər daxildir.
Hesabatda diqqətçəkən digər göstərici isə süni intellekt sahəsinə yatırılan vəsaitlərin maliyyələşdirilməsi ilə bağlıdır. Belə ki, 2025–2032-ci illərdə süni intellektə yönəldilən illik investisiya ehtiyacının ABŞ-ın ümumi daxili məhsulunun 3%-dən çoxuna bərabər olacağı hesablanır.
Mərkəzi Bankın məlumatına görə, 2026-cı ildə süni intellekt infrastrukturu quran ABŞ-ın bir sıra böyük texnologiya şirkətlərində sərbəst pul axını mənfi olub. Buna səbəb süni intellekt infrastrukturu üçün çəkilən kapital xərclərinin şirkətlərin əməliyyat fəaliyyətindən əldə etdiyi pul vəsaitlərini üstələməsidir.
Bu səbəbdən şirkətlər investisiyalarını davam etdirmək üçün daha çox xarici maliyyələşməyə, o cümlədən borclanmaya müraciət edirlər.
Avropa Mərkəzi Bankı xəbərdarlıq edir ki, süni intellekt şirkətlərinin gəlirləri ilə bağlı yüksək gözləntilər özünü doğrultmasa, bu, təkcə texnologiya şirkətlərinin səhmlərinə deyil, istiqraz bazarına və daha geniş maliyyə sisteminə də təsir göstərə bilər.
Hesabatda qeyd olunur ki, hazırda bu vəziyyət sistemli maliyyə böhranı riski yaratmasa da, investorların gözləntilərinin dəyişməsi bazarlarda kəskin qiymət düzəlişlərinə səbəb ola bilər.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:75
Bu xəbər 27 Noyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















