Icma.az
close
up
RU
40 yaşda ad gününü keçirmək olmaz: İslam dini bununla bağlı nə deyir? KONKRET

40 yaşda ad gününü keçirmək olmaz: İslam dini bununla bağlı nə deyir? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Əslində 40 yaşda ad gününün keçirilməməsi ilə bağlı İslamda heç bir qadağa və ya dini hökm yoxdur. Bu, sadəcə xalq arasında yayılmış batil inanclardan biridir. Bəziləri düşünür ki, 40 yaş ölümə yaxın dövrdür, digərləri isə bu yaşda ad günü keçirməyin uğursuzluq gətirəcəyinə inanır. Ola bilər ki, kimsə bu barədə tam fərqli düşüncələrə sahibdir. Amma bütün bu fikirlər heç biri dini mənbələrə söykənmir və sadəcə əsassız təxəyyülün məhsuludur”.

Bu fikirləri İlahiyyatçı Fərid Abdullah KONKRET.az-a açıqlamasında səsləndirib:

“Əksinə, 40 yaş Qurani-Kərimdə də xüsusi qeyd olunur. Peyğəmbərimizə (s.ə.s) vəhyin gəldiyi yaş da məhz 40 idi. Bu yaş İslamda kamillik, yetkinlik və məsuliyyətin artdığı bir dövr kimi qiymətləndirilir. Bu baxımdan 40 yaşın mənəvi yükünü dərk edib həyatda daha ciddi mərhələyə keçid kimi qəbullanmaq daha doğrudur.

Əgər bir insan bu günü yaxınları ilə qeyd etmək istəyirsə, heç bir dini problem yoxdur. Əsas odur ki, bu, israfla və haram əməllərlə müşayiət olunmasın. Qısası, bu məsələ dinlə deyil, fərdi inanclar və cəmiyyət arasında yayılan ənənələrlə bağlıdır. Təəssüf ki, bəzən belə xurafat dolu inanclar dinin hökmü kimi təqdim edilir”.

İlahiyyatçı Fazil Əhməd isə qeyd edib ki, 40 yaş ad gününün keçirilməsi dini bir ibadət və ya qayda deyil.

“Sadəcə bəzi cəmiyyətlərdə formalaşmış bir adətdir. Hətta bəzi xristian ölkələrində də bu cür inanclar mövcuddur. Orada da 40 yaşda ölüm hallarının daha çox rast gəlindiyi düşünülərək, bu yaş qeyd olunmur. Amma bu yanaşmaların dini əsasları yoxdur”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 İyun 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri