Icma.az
close
up
RU
Həcc də yaş məhdudiyyəti nə dərəcədə doğrudur? İslam dini deyir ki… KONKRET

Həcc də yaş məhdudiyyəti nə dərəcədə doğrudur? İslam dini deyir ki… KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illər Həcc ziyarətinə gedən zəvvarların sayının artması ilə yanaşı, bu prosesdə bəzi təşkilati və tibbi-sosial problemlərin yaşandığı müşahidə olunur. Xüsusən də çox yaşlı və səhhətində problem olan şəxslərin səfər zamanı çətinliklərlə üzləşməsi bu məsələyə diqqəti artırıb. Maraqlıdır, yaş məhdudiyyəti ədalətlidirmi və dini baxımdan nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, Həcc ibadətini icra etmək üçün dində bir sıra əsas şərtlər mövcuddur:

“Həddi-buluğa çatmaq, maddi və sosial durumun, sağlamlığın və yaşın son həddinin uyğun olması dində əsas tələblərdir. Bəzən çox yaşlı və xəstə adamlar gedir, orada səhhəti pisləşir, hətta vəfat edənlər də olur. Həmçinin digər problemlər də ortaya çıxır.”

İlahiyyatçı hesab edir ki, bu kimi hallar nəzərə alınaraq səfərin uğurlu və təhlükəsiz keçməsi üçün müəyyən yaş çərçivəsi nəzərdən keçirilə bilər. Lakin onun sözlərinə görə, bu, qəti qadağa şəklində olmamalıdır:

“75 yaşlı sağlam və gümrah adama qadağa qoymaq olmaz. Bu, həm dinə, həm də insan hüquqlarına ziddir. Çıxış yolu yalnız düzgün maarifləndirmə və şəffaf tibbi-sosial müayinənin aparılmasıdır.”

Tural İrfan vurğulayıb ki, yaş məhdudiyyəti qoymaq problemi tam həll etməz, çünki insanların sağlamlıq vəziyyəti fərqlidir:

“30 yaşında xəstə və ya 80 yaşında sağlam insan ola bilər. Yaş həddi çıxış yolu deyil. Əsas məsələ Həccə getmək üçün zəruri şərtlərin düzgün izah edilməsidir.”

İlahiyyatçı həmçinin bildirib ki, Həcc ibadəti turizm və ya biznes məqsədilə təşviq edilməməlidir:

“Həccə getmək istəyən şəxslərin sosial durumu, səhhəti və yaş uyğunluğu müvafiq komissiya tərəfindən yoxlanmalıdır:

Adam var ki, dövlətə vergi borcu var, amma Həccə getmək istəyir. Halbuki Həccə gedən insan əvvəlcə borclarını ödəməli, halallıq almalıdır. Bu kimi üsullarla həm dinə, həm də qanunlara uyğun şəkildə iş aparılsa, Həcc ibadəti ilə bağlı narazılıqlar müəyyən qədər aradan qalxar.”

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Noyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri