Icma.az
close
up
RU
“40 yaşdan sonra gəncliyi qorumağın yolları“ Mütəxəssislər əsas qaydaları açıqladı

“40 yaşdan sonra gəncliyi qorumağın yolları“ Mütəxəssislər əsas qaydaları açıqladı

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dəriyə düzgün qulluq və sağlam axşam vərdişləri qocalma prosesini ləngidə, həm görünüşü, həm də ümumi sağlamlığı uzun illər qorumağa kömək edə bilər

40 yaşdan sonra orqanizmdə baş verən təbii dəyişikliklər dərinin elastikliyinin azalmasına, yuxu keyfiyyətinin pisləşməsinə və maddələr mübadiləsinin zəifləməsinə səbəb olur. 

Moderator.az xəbər verir ki, bu barədə "independent.com" nəşri yazıb.

Mütəxəssislər bildirir ki, bu dəyişikliklərin qarşısını tam almaq mümkün olmasa da, gündəlik həyatda formalaşdırılan düzgün vərdişlər onların təsirini əhəmiyyətli dərəcədə azalda bilər.

Dəriyə qulluq yaş artdıqca daha da vacib olur

Mütəxəssislər bildirir ki, dərinin vəziyyəti təkcə genetikadan deyil, həm də həyat tərzi və ətraf mühit amillərindən asılıdır. Xüsusilə 40 yaşdan sonra dəri daha quru və həssas olduğundan ona qulluq qaydalarını yenidən nəzərdən keçirmək lazımdır.

Bu dövrdə sərt təmizləyici vasitələr və tez-tez skrabdan istifadə əvəzinə krem və ya yağ əsaslı təmizləyicilər seçmək tövsiyə olunur. Bundan əlavə, dərinin ehtiyacına uyğun serumlardan istifadə etmək, yaşa uyğun nəmləndirici kremlər çəkmək və hər gün günəşdən qoruyucu vasitələrdən istifadə etmək vacib sayılır. 

Mütəxəssislərin fikrincə, retinol tərkibli məhsullar qırışların, piqment ləkələrinin və elastiklik itkisini azaltmağa kömək edə bilər. Lakin retinoldan istifadəyə həftədə 1-2 dəfə başlayıb, sonradan tədricən artırmaq məsləhətdir.

Sağlam axşam vərdişləri yuxunu yaxşılaşdırır

Yaş artdıqca, xüsusilə qadınlarda hormonal dəyişikliklər səbəbindən yuxu problemləri daha çox müşahidə olunur. Dietoloqlar bildirir ki, sadə axşam vərdişləri yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Mütəxəssislər axşam yeməyi erkən yeyilibsə, yatmazdan əvvəl yüngül zülallı qəlyanaltı etməyi məsləhət görürlər.

Təbii yunan yoqurtu, kəsmik, bir ovuc qoz-fındıq və ya qaynadılmış yumurta yaxşı seçim hesab edilir. Gün ərzində kifayət qədər su qəbul etmək vacibdir, lakin yatmazdan əvvəl maye qəbulunu azaltmaq gecə tez-tez oyanma riskini azaldır.

Telefonu kənara qoyun, alkoqoldan uzaq durun

Mütəxəssislər qeyd edir ki, yatmazdan əvvəl bir neçə dəqiqə nəfəs məşqləri etmək, elektron cihazlardan uzaqlaşmaq, otaqda işığı azaltmaq, kitab oxumaq və hər gün eyni saatda yatmaq orqanizmin bioloji ritmini tənzimləyir və daha rahat yuxuya getməyə kömək edir. Həkimlər axşam saatlarında spirtli içkilərdən istifadə etməməyi də tövsiyə edir.

Onların sözlərinə görə, alkoqol ilk baxışdan rahatlaşdırıcı təsir göstərsə də, yuxunun dərin fazasını pozur, gecə tez-tez oyanmağa səbəb olur və orqanizmin bərpa prosesini zəiflədir. Mütəxəssislər hesab edir ki, düzgün dəriyə qulluq və sağlam axşam vərdişləri birlikdə tətbiq olunduqda uzun müddət gənc və sağlam qalmağa kömək edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 İyul 2026 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri