Icma.az
close
up
RU
400 manat maaşla elm olar? Alimlərimiz acınacaqlı vəziyyətdədir Təhsil eksperti

400 manat maaşla elm olar? Alimlərimiz acınacaqlı vəziyyətdədir Təhsil eksperti

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi bu gün, martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü  təsis edilib. Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir.
Bəs Azərbaycan elmi bu gün hansı vəziyyətdədir?
Təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycan elminin inkişafı ciddi şəkildə dayanıqsızdır və sistemli problemlərlə qarşı-qarşıyadır:
"2023-cü ildə Scimago Institutions Rankings məlumatlarına əsasən Azərbaycan elmi dünya reytinqində 113-cü yerdə qərarlaşıb. Bu göstərici ilə biz hətta Gürcüstan kimi əhalisi və resursları bizdən az olan ölkədən belə geri qalırıq. Elm və Ali Təhsil üzrə Qlobal İnnovasiya İndeksində də Azərbaycanın mövqeyi zəifdir — 2023-cü ildə 138 ölkə arasında 92-ci yer. Bütün bunlar bir daha göstərir ki, ölkəmizin beynəlxalq elmi məkanla inteqrasiyasında ciddi boşluqlar var.

Halbuki elmi inkişaf təkcə universitetlərdə və laboratoriyalarda baş vermir. O həm də ölkənin beynəlxalq rəqabət gücünü, innovativ potensialını, iqtisadi müstəqilliyini formalaşdırır. Elmə sərmayə qoymayan ölkə gələcəyə sərmayə qoymur.
Azərbaycanda elmi tədqiqatların maliyyələşdirilməsində əsas yük hələ də dövlət büdcəsinin üzərindədir. 2024-cü ilin dövlət büdcəsində elmi tədqiqatlara ayrılan vəsait 95 milyon manat təşkil edib. Bu ümumi büdcənin cəmi 0.5%-i deməkdir. Müqayisə üçün: Avropa İttifaqı ölkələri elmə orta hesabla 2-3% arası vəsait ayırırlar. İsrail bu rəqəmi 4.9%-ə, Cənubi Koreya isə 4.6%-ə çatdırıb. Yəni inkişaf etmiş ölkələr elmi strateji sahə kimi görür biz isə hələ də onu simvolik səviyyədə dəstəkləyirik".
Ekspert qeyd edir ki, digər böyük problem elmi kadrların sosial rifahıdır. Belə ki, elmi-tədqiqat institutlarında çalışan alimlərin orta aylıq maaşı 400-600 manat arasında dəyişir:
"Bu maaşla nə elmi fəaliyyət mümkündür, nə də normal yaşayış. Gənclərin elmə maraq göstərməməsinin əsas səbəblərindən biri də budur. Onlar elmə yox daha gəlirli sahələrə yönəlirlər.
Azərbaycanda fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olanların sayı son illər artsa da bu artım daha çox formaldır. Keyfiyyətli tədqiqat işi aparan alimlərin sayı çox azdır. Bunun bir səbəbi də elmdə hökm sürən məmurlaşma və qapalı struktur sistemidir. Gənc alimlərə meydan verilmir, təşəbbüslər dəstəklənmir, elmi layihələr isə çox zaman ya formal şəkildə bölüşdürülür ya da inzibati əngəllərlə qarşılaşır.
Elmi mühitdə məmur düşüncəsi hökm sürdükcə orada yaradıcı tədqiqat ruhu ola bilməz. Elm təşəbbüs, cəsarət, risk və yenilik tələb edir. Bu dəyərləri boğan bir sistem sadəcə “mövcudluq” səviyyəsində qalacaq.
Hökumət son illərdə müəyyən addımlar atıb: “Elm haqqında qanun” qəbul edilib, elmi fəaliyyətlərin maliyyələşdirilməsi üçün yeni fondlar yaradılıb. Lakin bu addımlar hələ ki, nəticə verməyib. Əgər bu siyasət real islahatla müşayiət olunmazsa sadəcə qanun və fond yaratmaqla elmi inkişaf etdirmək mümkün olmayacaq.
Əsl elmi yüksəliş üçün elmi tədqiqatların maliyyəsi artırılmalıdır, alimlərin maaşı əhəmiyyətli dərəcədə yüksəldilməlidir, gənclərin elmə gəlməsi üçün xüsusi stimullaşdırıcı proqramlar həyata keçirilməlidir. Və ən əsası — elm məmur əlindən xilas edilməlidir.
Bu gün elm adamları üçün təbrik yox dəyişiklik lazımdır. Elm cəmiyyətin beynidir. Əgər o inkişaf etmirsə, deməli cəmiyyət gələcəyə kor baxır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Mart 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see296

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see250

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see200

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see191

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see182

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see178

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see171

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see150

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see141

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see136

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see135

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see134

Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)

29 Sentyabr 2025 14:35see132

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see127

Nurşən Quliyevə ağır itki

29 Sentyabr 2025 14:51see127

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see126

139 ÖLKƏ ARASINDA 103 CÜ və 94 CÜ YERLƏR... “Bu qurumlar məsuliyyət daşıyır”

29 Sentyabr 2025 17:19see122

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see122

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri