40000 asteroid Yerə yaxınlaşır
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Bu günə qədər orbitləri Yerə yaxın keçən təxminən 40000 asteroid müəyyən edilib.
Milli.Az xəbər verir ki, bu barədə RIA Novosti-yə Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun əməkdaşı Nikolay Jeleznov məlumat verib.
Onun sözlərinə görə, Günəş sistemində aşkar edilən asteroidlərin ümumi sayı 1000000-dan çoxdur.
Bildirilib ki, bu obyektlərin əsas hissəsi Mars və Yupiter orbitləri arasında yerləşən Əsas asteroid qurşağında cəmləşib. Yerə yaxın məsafəyə gələn asteroidlər isə ayrıca qrup təşkil edir və onların sayı daim artır.
Qeyd olunub ki, bu qrupa daxil olan ən iri asteroidlərin diametri 1 kilometrdən çoxdur. Həmçinin orbitləri Yer orbiti ilə kəsişən və ya ona 7500000 kilometrədək yaxınlaşan obyektlər potensial təhlükəli hesab edilir.
Jeleznov bildirib ki, hazırda ölçüsü 1 kilometrdən böyük olan 154 belə potensial təhlükəli asteroid mövcuddur.
Ayxan
Milli.Az
Baxış sayı:132
Bu xəbər 13 Aprel 2026 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















