Icma.az
close
up
RU
Asteroid sürətlə Yerə yaxınlaşır

Asteroid sürətlə Yerə yaxınlaşır

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bu gün Yerin yaxınlığından keçəcək 2025 QD8 asteroidi ilə bağlı xəbərdarlıq edib.
Reyting.az
xəbər verir ki, asteroid Aya olan orta məsafədən təxminən 57 faiz yaxın, 218 min kilometr məsafədən keçəcək.
Mütəxəssislər bildirirlər ki, bu yaxınlıq heç bir təhlükə yaratmasa da, alimlər üçün unikal müşahidə imkanı vəd edir.
2025 QD8-in eni 21 metrdir və saatda 45.000 kilometr sürətlə hərəkətdədir. Bu ölçü və sürət Yer üçün heç bir təhlükə yaratmasa da, asteroidi yaxından tədqiq etmək vacibdir.
Astronomlar artıq asteroidin fotoşəkillərini də çəkiblər. Virtual Teleskop Layihəsi 2.0 canlı yayım vasitəsilə asteroidin keçidini real vaxt rejimində izləmək imkanı verir.
Layihə meneceri Gianluca Masi “Elana” teleskopundan istifadə edərək 1,9 milyon kilometr məsafədən 2025 QD8-i müşahidə edib və 120 saniyəlik ekspozisiya ilə şəkli çəkib. Ulduzların sıxlığına görə şəkil bir nöqtə kimi görünür.
NASA və Avropa Kosmik Agentliyinin (ESA) məlumatına görə, bu keçid asteroidin qeydə alınan ən yaxın keçidi olacaq. Növbəti oxşar yaxın keçid 2038-ci ildə, ən yaxın keçid isə 2121-ci ildə baş verəcək. 2025 QD8 Yerə yaxın asteroid (NEO) kimi təsnif edilir; 1980-ci ildən bu yana NASA tərəfindən bu sinifdə 40.000-dən çox asteroid müşahidə edilib və qeydə alınıb.
V. QULİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see311

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see295

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see274

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see268

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see264

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see258

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see256

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see246

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see232

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see225

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see215

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see214

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see211

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see210

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see209

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see209

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see207

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see189

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see178

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri