Icma.az
close
up
RU
Təyyarə ölçüsündə asteroid Yerə yaxınlaşır

Təyyarə ölçüsündə asteroid Yerə yaxınlaşır

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

“2025 PM” asteroidi təhlükəli göy cismi kimi təsnif edilir, lakin Yerə yaxın olmasına baxmayaraq, onun planet tərəfindən tutulma ehtimalı çox azdır.

“Newsweek” nəşri xəbər verir ki, diametri 50 metr olan “2025 PM” asteroidi bu həftənin sonunda Yer kürəsinin yanından keçəcək. O, bazar günü, avqustun 17-də, Bakı vaxtı ilə saat 13:03-də Yerdən Ay orbitinin təxminən bir diametrində məsafədə olacaq.

NASA-nın “Jet Propulsion” laboratoriyası da göy cisminin yaxınlaşması barədə xəbərdarlıq edib. Qeyd olunur ki, “2025 PM” ölçülərinə görə təyyarə ilə müqayisə oluna bilər və Yerə mümkün olan ən yaxın – 1 milyon kilometrdən çox məsafədə planetimizə yaxınlaşacaq.

“The Jerusalem Post” asteroidi hər birinin çəkisi 15 tona qədər olan üç tiranozavrla müqayisə edir. Amma qeyd edir ki, onun kütləsi dəqiq məlum deyil. NASA, həmçinin şənbə günü Yer kürəsinin 980 min kilometrinə yaxınlaşacaq diametri təxminən 16,7 metr olan “2025 PR1” asteroidini də izləyir.

Günəş Astronomiyası Laboratoriyası bildirib ki, “2025 PM” planetə qeyri-adi yaxınlaşma səbəbindən təhlükəli asteroidlər sırasındadır (bu kateqoriyaya Yerə 10 Ay orbitinin diametrindən daha yaxın məsafədə yaxınlaşan cisimlər daxildir). Müqayisə edilə bilən məsafədə daha böyük bir cismin bu il sentyabrın sonunda bir dəfə daha uçması gözlənilir.

Bu göy cismi “Apollon” qrupuna, yəni, orbitləri Yerin orbiti ilə kənardan kəsişən planetimizə yaxın asteroidlərə aiddir. O, avqustun 1-də aşkar edilib. Obyektin xüsusiyyətləri hələ də yaxşı məlum deyil, çox güman ki, bu, uçucu maddələrin izləri olmayan qayalıq bir blokdur. “Yerə yaxın uçuşuna baxmayaraq, onun planet tərəfindən tutulma ehtimalı çox azdır”, -deyən alimlər qeyd edirlər ki, bu asteroid yalnız başqa bir göy cismi ilə toqquşduqda öz trayektoriyasını dəyişə bilər.

İyulda alimlər xəbərdarlıq etmişdilər ki, 2029-cu ilin aprelində diametri 375 metr olan “Apofis” asteroidi Yerə 32 min kilometr məsafədə yaxınlaşacaq. Səma cismini Avropa, Afrika və Asiyada yaşayan təxminən 2 milyard insan adi gözlə görə biləcək.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Avqust 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see506

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see480

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see274

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see258

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see241

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see233

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see231

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see230

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see225

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see208

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see188

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see185

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see183

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see179

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri