Icma.az
close
up
RU
41 kilometrlik yol Ermənistanı çətin vəziyyətə salıb Qafar Çaxmaqlı

41 kilometrlik yol Ermənistanı çətin vəziyyətə salıb Qafar Çaxmaqlı

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Kopenhagendə görüş keçirilib.

Liderlərin görüşünü Redaktor.az-a şərh edən politoloq Qafar Çaxmaqlı bildirdi ki, bu görüş Vaşinqton bəyannaməsinin imzalanmasından və sülh müqaviləsinin paraflanmasından sonra baş tutan ilk görüşdür:

"Görüşün əsas məğzi ondan ibarət olub ki, Azərbaycanın Qərb ərazilərindən Naxçıvana keçidlə bağlı məsələ Ermənistan cəmiyyətində ciddi narazılıqla qarşılanıb. Ermənistanda bu maneəsiz keçidin Azərbaycana verilməsinə qarşı çıxışlar edilib və iki gün öncə parlamentdə sual-cavab zamanı Paşinyana qarşı ciddi ittihamlar səsləndirilib. Guya həmin ərazilərin Azərbaycana verilməsi ilə bağlı razılaşma olduğu iddia edilsə də, əslində belə bir razılaşma mövcud deyil. Görüşün əhəmiyyəti isə əldə olunan nəticələrin bir daha müzakirə olunması və onlara sadiq qalmağın təsdiqi ilə bağlıdır".

Müsahibimiz qeyd etdi ki, Azərbaycan tərəfi artıq sərhədə qədər kommunikasiya xətlərini qurub:

"Həm dəmir yolu, həm avtomobil yolu çəkilib, həmçinin gələcəkdə digər mühüm infrastruktur, o cümlədən neft-qaz boru xətlərinin də bu marşrutdan keçirilməsi nəzərdə tutulur. Bu səbəbdən ABŞ də prosesdə maraqlıdır və Prezident Donald Trampın son çıxışlarında da bu layihənin tezliklə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Ermənistanın əsas çətinliyi maliyyə məsələsidir. Çünki öz ərazisində cəmi 41 km-lik hissədə dəmir yolunun bərpası və digər kommunikasiya xətlərinin çəkilməsi həm böyük maliyyə, həm də vaxt tələb edir. Azərbaycan isə prosesin sürətləndirilməsi üçün belə görüşlərin faydalı olduğunu hesab edir. Türkiyə də artıq İqdırdan Naxçıvana - Dilucu qapısından kommunikasiya xətlərinin açılışına start verib və işlər davam edir. Bu baxımdan Kopenhagendəki görüşün planın həyata keçirilməsinə töhfə verəcəyi düşünülür".

Siyasi şərhçi hesab edir ki, bundan sonra da Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında bu mövzuda dialoqlar davam edəcək və daha intensiv xarakter alacaq.

"Çünki indiyə qədər məsələ mübahisəli formada müzakirə olunurdusa, indi artıq konkret qərar qəbul olunub. Bu qərarın icrası isə sadəcə zaman məsələsidir. Azərbaycan nəhayət öz ərazisindən quru yolu ilə Naxçıvana çıxış əldə edəcək. Ermənistan tərəfi “koridor” ifadəsindən narahatlığını gizlətmir. Paşinyan da parlamentdə bildirib ki, bu yolun adı “Zəngəzur koridoru” deyil, “tranzit dəhlizi”dir. Sülh müqaviləsində də bu termin işlədilməyib. Azərbaycanın öz ərazisində, Horadizdən Zəngilana qədər olan marşruta “Zəngəzur dəhlizi” adı verilə bilər, lakin Ermənistan bunu qəbul etmir. Buna baxmayaraq, adlandırmadan asılı olmayaraq, məsələ həll olunmuş sayılır və yaxın vaxtlarda dəhlizin açılması reallaşacaq", - deyə Q.Çaxmaqlı fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Oktyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri