Icma.az
close
up
RU
42 milyonluq mənimsəmə: Şlyapa Zahid məhkəmədə nələr danışdı?

42 milyonluq mənimsəmə: Şlyapa Zahid məhkəmədə nələr danışdı?

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyev vəkili Əli Adıgözəlovun suallarını cavablandırıb.

Təqsirləndirilən şəxsin vəkili ona belə bir sual verib. Vəkil qeyd edib ki, 24 milyon manat bankdan kredit götürülüb, həmin pul Nəcməddin Sadıkov və digər şəxslərlə əlbir olaraq mənimsənilib. O, müvəkkilindən bu barədə nə deyə bilərsiniz" deyə soruşub. Zahid Niftəliyev isə vəkilin sualına belə cavab verib: "Kredit alınması ilə bağlı söhbət olmayıb. Burada firma açılması ilə bağlı söhbət olub. Hansısa şərəfsiz, vicdansız kredit almaq adı ilə imzamdan istifadə edib, pulu yeyibsə...".

Bu zaman hakim Novruz Kərimov təqsirləndirilən Zahid Niftəliyevə xəbərdarlıq edib. Deyib ki, bu cür ifadələri işlətmək olmaz. Zahid Niftəliyev isə söyüş söymədiyini deyib. Amma hakim onun nəzərinə çatdırıb ki, vicdansız, şərəfsiz demək də söyüş kimi nəzərdə tutulur.

Daha sonra vəkilinin suallarını cavablandıran Zahid Niftəliyev bildirib ki, kreditin götürülüb görülməməsi ilə bağlı onun xəbəri olmayıb, bu barədə yalnız sabiq vergilər naziri Fazil Məmmədovun ölümündən sonra xəbər tutub: "Baş qərargah rəisi məni yanına çağıraraq dedi ki, Fazil bizə humanitar yardım etmək istəyir. Amma orada kredit, pul söhbəti olmayıb. Mən banka gedərək müqaviləyə imza atmışam, amma kredit görməmişəm. Ötən məhkəmə prosesində həmin otaqda kimlərin iştirak etdiyini demişəm".

Zahid Niftəliyev bir daha deyib ki, o heç bir pul görməyib: "Vergilər Nazirliyi məndən hesabat istədi. Mən də Mahir Rəfiyevdın soruşdum ki, bu nə məsələdir. Dedi ki, sənlik deyil, vəssalam. Fazil rəhmətə gedəndən iki ay sonra bankdan mənə zəng vurdular, dedilər ki, kreditin var. Bankın müdiri məni çağırdı. Orada bildim ki, kredit götürülüb, pulu da mənimsənilib. Mənim ömrümdə kreditim olmayıb. Bilirəm ki, sənədlərə imza atanda baxılmalıdır. Mən bilirdim ki, Fazil Məmmədov orduya humanitar yardım etmək istəyib. Demək istəyirəm ki, bu Fazilin öz işi olub. Mən kim idim ki,mənə o qədər kredit versinlər".

Növbəti proses noyabrın 27-də davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən köçürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://publika.az
archiveBu xəbər 06 Noyabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri