Icma.az
close
up
RU
“Şlyapa Zahid”in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ KONKRET

“Şlyapa Zahid”in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin (“Şlyapa Zahid”) cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin vəkili vəsatət verərək mülki iddianın artırılmasını xahiş edib.

Dövlət ittihamçısı vəsatəti məhkəmənin mülahizəsinə buraxıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Digər müdafiəçi tərəf şahidlərin çağırılması ilə bağlı vəsatətlərin təmin olunmadığını deyib və həmin şəxslərin məhkəmə iclasına çağırılmasını xahiş edib.

Vəsatət təmin olunmayıb.

Prosesdə fasilə elan edilib. Fasilədən sonra təqsirləndirilən şəxsin müdafiə tərəfi iştirak etmədiyi üçün proses təxirə salınıb.

Növbəti proses iyulun 30-na təxirə salınıb.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ümümi rejimli cəzaçəkmə müəssəsində çəkməsini təklif edib.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 İyul 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see238

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see225

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see141

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Dünyanın ən gözəl muzeyi seçildi Fotolar

06 Dekabr 2025 03:51see122

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see121

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see120

Mifləşdirilən hökmdar, susdurulan tarixçi KONKRET

07 Dekabr 2025 00:32see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri