Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

“Şlyapa Zahid”in 42 milyonluq mənimsəmə işində şahidlər danışdı

“Şlyapa Zahid”in 42 milyonluq mənimsəmə işində şahidlər danışdı

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin (“Şlyapa Zahid”) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid qismində ifadə verən “Ata Bank”ın əməkdaşı olmuş Solmaz Əliyeva Zahid Niftəliyevi bankda 2-3 dəfə gördüyünü bildirib:
“2004-cü ildən “Ata Bank”da çalışmışam. Hüquqi şəxslər bankda mədaxil və məxaric üçün əməliyyatçıya yaxınlaşır, sonra sənədlər mənə yönləndirilirdi. Sənədlərin dəqiqliyini yoxlayır, imzalayıb kassaya göndərirdim. Müştəri kassaya yaxınlaşaraq vəsaiti nağdlaşdırdı. Elə Zahid Niftəliyevi də bir dəfə kassada, bir neçə dəfə də bankda görmüşəm”.
Təqsirləndirilən Zahid Niftəliyev şahidi görmədiyini, bankda cəmi bir dəfə olduğunu və o zaman yalnız sənədləri imzaladığını bildirib.
Daha sonra məhkəmədə şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.
Şahid ibtidai istintaqa verdiyi ifadədə bildirib ki, bank tərəfindən “Şahin CO” şirkətinin hesabına müxtəlif vaxtlarda 21 milyon 279 min, 6 milyon 663 min 288 və 39 milyon 733 min 891 dollar vəsait köçürülüb.
Eyni zamanda, 16 milyon 847 min dollar digər şirkətə köçürülüb. Daha sonra 7 milyon 350 min dollar məxaric olunub.
Bununla yanaşı, şahid müxtəlif vaxtlarda 625 min və 683 min dollar məbləğində kredit ödənişinin həyata keçirildiyini bildirib.
Təqsirləndirilən şəxs banka kredit borcu ödəmədiyini bildirib.
Daha sonra “Ata Bank”ın bank olmayan kredit təşkilatında çalışmış Rüfət Daşdəmirov şahid qismində ifadə verib.
Şahid müştərilərlə ünsiyyətinin olmadığını, yalnız ona ötürülən müraciətlərə əsasən əməliyyat apardığını bildirib:
“Müştərilər bankın filialına yaxınlaşır, filial müştəri ilə danışır, ödəmə qabiliyyətini yoxlayır, əməliyyat oradan bizə ötürülür. Biz əməliyyatı nəzərdən keçirir, aidiyyəti üzrə göndərirdik. Əməliyyat qərara əsasən icra olunur.
“Şahin Co” şirkəti tərəfindən filiala müraciət daxil olub. Filial müraciətə baxıb, bizə göndərib və kredit ayırmışıq. Orada qərarı mən vermirdim. Mən müştəri ilə ünsiyyətdə olmurdum. Əməliyyatı icra edirdim. Müraciətə əsasən, şirkətə 20 milyon dollar kredit ayrılıb. Kredit komitəsinin iclasında iştirak etsəm də, çıxış etməmişəm. Məruzəni bankın filialı edib”.
Hakimin sualına cavab olaraq şahid bildirib ki, müraciət hüquqi şəxs tərəfindən olunub:
“Hüquqi şəxslərin nizamnamə kapitalı əksər hallarda 10-15 manat civarında olur. Elə müraciətin də əsas məqsədi şirkətin maliyyə dövriyyəsinin yüksəldilməsi istiqamətində olub”.
Dövlət ittihamçısının bu qədər böyük məbləğdə kreditin girovsuz ayrılması barədə sualına isə şahid bu qərarı bankın rəhbərliyinin verdiyini bildirib.
Şahidin indiki ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadə arasında ziddiyyət olduğu qeyd olunub.
Onun ilkin ifadəsi elan olunub. Orada şahid deyib ki, şirkətə kredit ayrılması qanunsuz olub. Kredit müraciətinin edildiyi gün şirkət yaradılıb. Bununla bağlı bankın idarə heyətinin sədri Dəyanət Quliyev göstəriş verib. Deyib ki, sənədlər yoxlanılsın, müraciət kredit komitəsində müzakirəyə çıxarılsın, qalan proseslə işiniz olmasın:
“Bankın filialı məruzə ilə çıxış etdi. Mən bununla bağlı heç bir sənədə imza atmamışam. Bankın rəhbərliyi razılıq verib. Bununla da kredit verilməsi barədə qərar qəbul olundu”.
Proses fevralın 5-də davam etdiriləcək.
Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.
İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “Ata Bank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Yanvar 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri