Icma.az
close
up
RU
42 yaşında ağrıkəsicidən öldü Həkimdən xəbərdarlıq

42 yaşında ağrıkəsicidən öldü Həkimdən xəbərdarlıq

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Türkiyədə bir kişinin ağrıkəsici qəbul etdikdən sonra həyatını itirməsi narahatlıq doğurub. Məlumata görə, dərmanı qəbul etdikdən qısa müddət sonra onun nəfəsi daralıb və vəziyyəti qəfil ağırlaşıb. Hadisə ağrıkəsicilərin nəzarətsiz və ya düzgün istifadə olunmadıqda təhlükəli nəticələrə səbəb ola biləcəyini bir daha gündəmə gətirib. 
Hadisə ilə bağlı Umz. Dr Zakir Quliyev Demokrat.az-a bildirib ki, ağrıkəsicidən ölüm adətən dərmanların düzgün istifadə olunmaması ilə bağlı olur:
"Tövsiyə edilən dozadan artıq qəbul edildikdə, eyni tərkibli bir neçə preparat birlikdə qəbul edildikdə, spirt və ya sakitləşdirici dərmanlarla qarışdırıldıqda, yaxud uzun müddət nəzarətsiz istifadə edildikdə risk ciddi şəkildə artır. Bəzi ağrıkəsicilər yüksək dozada qaraciyəri zədələyə, bəziləri tənəffüsü zəiflədə, digərləri isə mədə-bağırsaq qanaxmasına səbəb ola bilər. Nadir hallarda güclü allergik reaksiya da həyati təhlükə yarada bilər".
Həkim bildirib ki, xüsusilə qaraciyər, böyrək və mədə problemi olanlarda, yaşlılarda və uşaqlarda təhlükə daha yüksəkdir:
"Ona görə də hər zaman təlimatda və ya həkimin dediyi dozaya əməl etmək, eyni tərkibli dərmanları birlikdə qəbul etməmək, spirtlə birgə qəbul etməmək, mövcud xroniki xəstəlikləri həkimə bildirmək və uzunmüddətli ağrılar zamanı özbaşına deyil, mütləq mütəxəssis məsləhəti almaq vacibdir. Şiddətli ürəkbulanma və qusma, dərinin və gözlərin saralması, nəfəs darlığı, güclü yuxululuq və ya şüurun bulanması, qanlı qusma və ya qara nəcis kimi əlamətlər yaranarsa, bu artıq təcili vəziyyətdir və dərhal tibbi yardıma müraciət etmək lazımdır".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Fevral 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri