Icma.az
close
up
RU
44 günlük Zəfər: Azərbaycanın tarixi qələbəsi və hüquqi ədalətin bərpası

44 günlük Zəfər: Azərbaycanın tarixi qələbəsi və hüquqi ədalətin bərpası

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Tarixdə elə məqamlar var ki, yalnız bir xalqın deyil, bütöv bir millətin taleyini dəyişdirir.

Azərbaycan üçün 2020-ci ilin 44 günü məhz belə bir dönüş nöqtəsi oldu. Otuz il ərzində davam edən işğal, dağıntılar, soyqırımlar və beynəlxalq laqeydlik nəhayət ki, güc, iradə və qətiyyətlə sona çatdırıldı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə bərabər, həm də tarixdə nadir rast gəlinən bir hadisəyə imza atdı – düşmənə kapitulyasiya aktı imzalatdırdı. Bu zəfər təkcə hərbi qələbə deyildi; bu, ədalətin təntənəsi, xalqın birliyinin və müstəqilliyə sarsılmaz inamının parlaq nəticəsi idi.

44 günlük müharibədə qazanılan bu zəfər yalnız döyüş meydanında deyil, diplomatiya, informasiya və hüquq müstəvisində də Azərbaycanın üstünlüyünü təsdiqlədi. İşğal altındakı torpaqların azad edilməsi ilə yanaşı, Ermənistanın uzun illər davam etdirdiyi hərbi təcavüzə, insanlıq əleyhinə cinayətlərə və beynəlxalq hüququn pozulmasına hüquqi-siyasi cavab verildi.

Ədalət Verdiyev: Azərbaycanın qazandığı qələbənin dünya miqyasında tanıdılmasında medianın və ictimai fəalların rolu danılmazdır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Birinci Dünya müharibəsindən sonra dünyanın bir çox ölkələri ciddi siyasi və hərbi çətinliklərlə üz-üzə qaldı. Lakin həmin dövrdə heç bir ölkə düşməninə tam kapitulyasiya aktı imzalatdıra bilmədi:

"Bu mənada, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi zəfər öz miqyasına və nəticələrinə görə analoqu olmayan bir hadisədir. Otuz il davam edən işğala son qoyulması, Ermənistan ordusunun darmadağın edilməsi və kapitulyasiya sənədinin imzaladılması, Azərbaycanı XX və XXI əsrin nadir qaliblərindən birinə çevirdi. Ermənistan tərəfindən həyata keçirilən işğal nəticəsində Azərbaycanın minlərlə vətəndaşı məcburi köçkün vəziyyətinə salındı, yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edildi, mədəni irsimiz, abidələrimiz və qəbiristanlıqlarımız vəhşicəsinə məhv edildi. Bu dövrdə Xocalı faciəsi kimi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Təəssüf ki, beynəlxalq təşkilatlar bu illər ərzində ya susdular, ya da ikili standartlarla yanaşaraq Ermənistana şərait yaratdılar".

Onun sözlərinə görə, bu gün həmin cinayətləri törədən şəxslər Azərbaycan hərbi məhkəməsi qarşısında cavab verməyə başlayıblar. Bu, yalnız Azərbaycanın deyil, ümumilikdə beynəlxalq ədalətin təntənəsi kimi qiymətləndirilməlidir. Uzunmüddətli həbs cəzaları və hüquqi qiymətləndirmə, Ermənistanın gələcəkdə belə addımlara cəhd etməsinin qarşısını almaq baxımından da mühüm siqnaldır:

"Azərbaycanın qazandığı qələbənin dünya miqyasında tanıdılmasında medianın və ictimai fəalların rolu danılmazdır. Xocalı faciəsinin soyqırım kimi qəbul etdirilməsi, Ermənistanın müharibə cinayətlərinin sənədlərlə ortaya qoyulması, beynəlxalq platformalarda ictimai fikrin formalaşdırılması bu sahədə atılan mühüm addımlardır. 44 günlük müharibədən sonra Ermənistan tərəfi mina xəritələrini təqdim etməkdən imtina edərək beynəlxalq hüquqa yenidən zidd hərəkət edir. Bu isə sülh və bərpa prosesinə ciddi maneə yaradır. Azərbaycan bu məsələdə beynəlxalq ictimaiyyəti aktiv olmağa çağırmaqda davam edir və paralel olaraq müvafiq təhlükəsizlik tədbirləri görür".

Həmsöhbətimiz əlavə edib ki, müharibəni uduzmuş Ermənistanın silahlandırılması cəhdləri bölgədə yeni qarşıdurmaların əsasını qoya bilər:

"Azərbaycan bu istiqamətdə ciddi diplomatik fəaliyyət göstərməli, regionda sülhün və sabitliyin bərqərar olunması üçün mütləq şəkildə məğlub tərəfin yenidən militarizasiya edilməsinin qarşısını almalıdır. Ölkəmizin 44 günlük müharibədə əldə etdiyi qələbə təkcə hərbi deyil, siyasi və hüquqi zəfərdir. Bu, illərlə davam edən ədalətsizliyin sonu, xalqımızın iradəsinin və birliyinin təntənəsi, beynəlxalq hüququn bərpasıdır. Qarşıda uzun və məsuliyyətli bir yol var: bərpa, sülhün təminatı, cinayətlərin tam şəkildə hüquqi qiymətləndirilməsi və gələcək nəsillər üçün sabit və təhlükəsiz bir mühitin yaradılması. Bu yolda atılan hər addım, ötən onilliklərin ağrılarını və ədalətsizliklərini arxada qoymaq üçün vacibdir. Azərbaycanın bu yolda qətiyyəti isə nəticə verəcək – həm region üçün, həm də beynəlxalq ədalət sistemi üçün nümunə olacaq".

Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə təkcə ərazi bütövlüyünün təmin olunması ilə yekunlaşmadı – bu həm də uzun illər pozulmuş beynəlxalq hüququn bərpası anlamına gəlir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, mülki əhalini hədəf alması, mədəni irsi məhv etməsi və etnik təmizləmə siyasəti beynəlxalq hüquq normalarına, xüsusilə Cenevrə Konvensiyalarına və BMT Nizamnaməsinə ziddir. Bu səbəbdən Azərbaycanın atdığı hüquqi addımlar yalnız daxili deyil, beynəlxalq hüquqi sistemin də bir hissəsinə çevrilib.

İnqilab Hüseynzadə: Bu faktlar yalnız müharibədən sonra insanların həyatına təhlükə yaratmaqla kifayətlənmir

Məsələnin hüquqi tərəfləri ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas İnqilab Hüseynzadə bildirib ki, hazırda Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq nəticəsində Ermənistan tərəfindən törədilən müharibə və insanlıq əleyhinə cinayətlər sənədləşdirilir. Xocalı soyqırımı, Gəncə və Bərdə kimi şəhərlərin raket atəşinə tutulması, mülki vətəndaşların qətlə yetirilməsi bu cinayətlər sırasında xüsusi yer tutur. Cinayətləri törədən konkret şəxslərin müəyyənləşdirilməsi və onların Azərbaycan hərbi məhkəmələri qarşısında cavab verməsi ədalətin bərpası baxımından tarixi əhəmiyyət daşıyır.

Hüquqşünas vurğulayıb ki, Azərbaycan BMT, ATƏT, Beynəlxalq Cinayət Məhkəməsi və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək bu cinayətlərin beynəlxalq hüquq səviyyəsində tanınmasına çalışır. Bu prosesin mühüm bir hissəsi də sübutların toplanması, sənədləşdirilməsi və beynəlxalq hüquqi prosedurlar üzrə təqdim olunmasıdır. Xocalı faciəsinin dünya ölkələri tərəfindən soyqırımı kimi tanınması istiqamətində görülən işlər bu sahədə ilk uğurlu nümunələrdəndir:

"Qeyd etmək lazımdır ki, müharibədən sonra Ermənistanın mina xəritələrini təqdim etməkdən imtina etməsi də beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Bu faktlar yalnız müharibədən sonra insanların həyatına təhlükə yaratmaqla kifayətlənmir, həm də Ermənistanın münaqişə sonrası hüquqi öhdəliklərini yerinə yetirmək istəmədiyini göstərir. Bu kontekstdə Azərbaycan, beynəlxalq hüququn aliliyini təmin etmək məqsədilə Ermənistanın məsuliyyət daşıdığı hüquqi nəticələrin tanınmasına çalışır".

Son olaraq İ.Hüseynzadə diqqətə çatdırıb ki, münaqişədən məğlub çıxan bir dövlətin yenidən silahlandırılması və revanşist ritorikanı davam etdirməsi beynəlxalq hüquqda "təhlükəsizlik balansının pozulması" prinsipi ilə ziddiyyət təşkil edir. Azərbaycan bu prosesi beynəlxalq hüquq çərçivəsində diqqət mərkəzinə çəkərək, regionda sabitliyi təhdid edən hər hansı addımın qarşısının alınması üçün diplomatik və hüquqi təzyiqlərini artırır.

Əli Hüseynov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 May 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri