Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Azərbaycanın Mərkəzi Asiya üçün Avropaya açılan etibarlı qapı rolu artır

Azərbaycanın Mərkəzi Asiya üçün Avropaya açılan etibarlı qapı rolu artır

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Azərbaycan üçün Mərkəzi Asiyanın yüksəlişi çox mühüm geosiyasi əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın hərtərəfli inkişafı və əlaqələrin gücləndirilməsinin önəmi prioritet istiqamətlərdən biri kimi getdikcə artır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir. Bunun məntiqi davamı kimi Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Məşvərət Görüşü formatının tam hüquqlu üzvü seçildi. Bu, İkinci Qarabağ müharibsində Azərbacanın qələbəsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni situasiyanın ardınca Mərkəzi Asiyada da situasiyanın hər iki region ölkələrinin xeyrinə  dəyişdiyinin göstərir. Bu hadisə həm də onu göstərdi ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri sadəcə tərəfdaşlıq münasibəti deyil, bu qarşılıqlı inam üzərində qurulan və böyük hədəflərə hesablanmış strateji tərəfdaşlıqdır. Azərbaycan Prezidenti Daşkənddə bu münasibətlə etdiyi çıxışında əməkdaşlığın əsas sahələrini, müttəfiqlik və strateji tərəfdaşlıq müqavilələrini, investisiya fondlarını və mədəni layihələri sahəsindəki əməkdaşlığı diqqətə çatdırdı, eyni zamanda həm də Mərkəzi Asiya və Azərbaycanın qlobal miqyasda əhəmiyyəti artan vahid geosiyasi və geoiqtisadi məkan yaratdığını qeyd etdi.

Mərkəzi Asiya+Azərbaycan formatı Avrasiya regionlararası siyasətin konfiqurasiyasını dəyişdirə biləcək  çox mühüm tarixi hadisədəir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması geosiyasi və geoiqtisadi baxımdam əhəmiyyəti sürətlə artan çox geniş bir coğrafi məkanda  qarşılıqlı fayadalı əməkdaşlığın  genişlənməsinə və möhkəmlənməsinə xidmət edir. Bu əməkdaşlığın perspektivlərinin bariz nümunəsi kimi, Azərbaycan Mərkəzi Asiya kimi çox əhəmiyyətli regiona daha əlverşli dəhlizlər təqdim edir. Onun dolğun şəkildə reallaşdırılması Azərbaycanın Mərkəzi Asiya üçün Avropaya açılan etibarlı qapı rolunu getdikcə  artıracaq. Çünki Zəngəzur Dəhlizi Mərkəzi Asiya+Azərbaycan platforması çərçivəsində iqtisadi, ticarət və nəqliyyat-logistika əməkdaşlığı üçün geniş perspektivlər və imkanlar açır. Yeni nəqliyyat yolunun yaranması istiqamətində səylərin və bu işə qoşulanların siyasi və iqtisadi çəkisinin artması yeni geosiyasi ittifaqın yaranması ilə müşayət olunur. Bu kontekstdə Mərkəzi Asiya+Azərbaycan formatlı əməkdaşlıqda  siyasi, iqtisadi, hümanitar, mədəni və sair əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, həm də əsas istiqaməti kimi nəqliyyat sektoru ilə bağlı perspektivlərlər mühüm əhəmiyyət kəsb edir. Əksər dövlətlər Orta Dəhlizin əhəmiyyətini layiqincə qiymətləndir. Xüsusilə Mərkəzi Asiya ölkələri bilir ki, bu nəqliyyat dəhlizi çox önəmli və perspektivlidir. Avropanı Asiya ilə birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində Orta Dəhliz vasitəsilə əlaqələrin genişləndirilməsinin yaxşı perspektivləri var. Ona görə də Mərkəzi Asiyanın və Xəzər hövzəsinin nəqliyyat infrastrukturunun gücləndirilməsi səyləri artıb.  Bu baxımdan Mərkəzi Asiya+Azərbaycan formatı ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına, həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək.

Mərkəzi Asiya+ Azərbaycan formatının yeni fazaya qədəm qoyması göstərir ki, bu il avqustun 8-də Vaşinqton görüşündən sonra region ölkələrinin əməkdaşlığına yeni ab-hava gəlib. Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Bəyannamə Azərbaycanın 2020-ci il qələbəsini, 2023-cü il sülh razılaşmasını və regionda qurduğu yeni təhlükəsizlik nizamını bir daha təsdiq etməsi, həmin Bəyannamənin ABŞ-nin Azərbaycanla münasibətlərini "strateji tərəfdaşlıq" səviyyəsinə qaldırılmasına yol açması, eləcə də İmzalanan Birgə Bəyannamənin əsas müddəalarından birinin Azərbaycan və Ermənistan arasında nəqliyyat və kommunikasiya əlaqələrinin açılması öhdəliyinin olması, Zəngəzur dəhlizinin açılması üçün hüquqi əsasın yaradılması təkcə Azərbaycan və Ermənistan üçün yox, bütövlükdə region ölkələrinin xeyrinədir. Noyabrın əvvəllərində Mərkəzi Asiya ölkələrinin-Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistanın dövlət başçılarının Vaşinqtonda ABŞ prezidenti ilə görüşündə əldə olunan razılaşmalar göstərdi ki, ABŞ Mərkəzi Asiyaya əvvəllər olduğundan daha diqqətlə yanaşmağa başlayıb və eyni zanmanda həm də bu yöndə Azərbaycanın oynayacağı rol da yüksək dəyərləndirilir. Məqsəd Mərkzi Asiya və Cənubi Qafqazı sabit və dayanıqlı təminatlı regiona çevirməkdir. Bu kontekstdə Mərkəzi Asiya ölkələri öz maraqlarına daha çox uyğun gələn mövqeyini  müəyyənləşdirməyə başlayıb. Noyabrın əvvəllərində ABŞ-də keçirilən Orta Asiya-ABŞ sammiti, ondan bir qədər sonra  Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın Məşvərət Görüşü formatının tam hüquqlu üzvü seçilməsi göstərir ki, son zamanlar Mərkəzi Asiya ölkələrinin liderləri bəzi qlobal oyunçuları region ölkələri ilə münasibətlərinə yanaşmalarını yenidən nəzərdən keçirməyə nail olmaqla yanaşı,bu işdə Azərbaycanın da regional əməkdaşlığa böyük töhfələr verə bilmə iqtidarında olduğunu da layiqincə dəyərləndirirlər. Bu yeni yanaşma regionun geosiyasi konfiqurasiyasını dəyişdirilməsinə öz təsirini göstərəcək. Bu kontekstdə Mərkəzi Asiya+Azərbaycan formatı ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət, nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına,həmçinin regional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək. Bütün bunların nəticəsində Mərkəzi Asiya+Azərbaycan formatı Mərkəzi Asiya  və Cənubi Qafqazın qlobal miqyasda əhəmiyyətini artıracaq.

Mərkəzi Asiya+Cənubi Qafqaz Şərqlə Qərbi birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Orta Dəhlizin inkişafı həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Bu amil təbii surətdə Azərbaycanla həmin region ölkələri qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni perspektivlər açır. Bu, regionun iqtisadi əməkdaşlıq baxımından potensialınının yüksək səviyyədə hərəkətə gətirilməsi,regionumuz daxilində geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək. Bu isə təkcə Mərkəzi Asiya+ Azərbaycan formatı üzrə  yox, həm də bütövlükdə Avrasiya regionunun inkişafına töhfə verəcək. Mərkəzi Asiya+ Azərbaycan formatı həm türk dövlətlərinin əməkdaşlığının genişlənməsində, həm də Mərkəzi Asiya ölkələrinin Avropa ilə inteqrasiyasında Azərbaycanın rolunu və əhəmiyyətini artırır. Zəngəzur dəhlizinin açılması Azərbaycanın Türkiyə və Mərkəzi Asiya ölkələri arasında əlaqələrinin güclənmsinə yeni töhfələr verəcək,Mərkəzi Asiya +Cənubi Qafqaz coğrafi məkanında həm qarşılıqlı inteqrasiya və həm də  bu regionun Avropaya inteqrasiyasını sürətləndirəcək. 

Əli Məsimli, 

millət vəkili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Noyabr 2025 03:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri