4,5 milyard illik asteroiddə həyatın yaranması üçün zəruri olan üzvi birləşmələr tapıldı
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Alimlər Yaponiyanın “Hayabusa2” missiyası ilə Yerə gətirilən Ryugu asteroidinin nümunələrində DNT və RNT-nin tərkibinə daxil olan beş əsas azotlu birləşməni aşkar ediblər.
Bizim.Media xəbər verir ki, “Nature Astronomy” jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, asteroid nümunələrində adenin, quanin, sitozin, timin və urasil müəyyən edilib. Bu molekullar genetik məlumatın saxlanması və ötürülməsində mühüm rol oynayır.
Tədqiqatçılar hesab edirlər ki, həyatın yaranması üçün zəruri olan əsas üzvi birləşmələr Yer üzündə ilk canlılar meydana çıxmazdan əvvəl kosmosda formalaşıb.
Bununla belə, alimlər vurğulayırlar ki, bu kəşf həyatın kosmosda yarandığını sübut etmir. O, yalnız genetik materialın əsas kimyəvi komponentlərinin Yer kürəsindən kənarda mövcud ola bildiyini göstərir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 05 Noyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















