Icma.az
close
up
RU
45 minlik SEPAH ordusu sərhəddimizdədir, onlar Zəngəzur, Dərələyəzi...

45 minlik SEPAH ordusu sərhəddimizdədir, onlar Zəngəzur, Dərələyəzi...

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əsəd ordunun komanda heyətini onun hakimiyyətini tərifləyən, istəklərini yerinə yetirən kadrlarla doldurdu, bu gün Ermənistan ordusunda da belədir. Əsəd heç vaxt hərbi təlim keçirməyib, Ermənistanda da belədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Armen Badalyan yerli mediaya müsahibəsində deyib.

"Suriya ordusunun vəziyyəti bugünkü ordumuzla eynidir. Suriya ordusunun zabitinə kartof, bir neçə pomidor və cüzi pul verilirdi. Düzdür, Ermənistan ordusunda hələ kartof, pomidor vermirlər, amma maaşı kifayət qədər aşağıdır. Bu gün Ermənistan Suriya yolu ilə çox sürətlə irəliləyir", - o bildirib.

Badalyan qeyd edib ki, Suriya əsgərləri döyüşsüz təslim oldu, çünki əsgərlər ruhdan düşmüşdülər, döyüşmək iqtidarında deyildilər:

"Suriyada baş verənlər Ermənistanda yalnız bir səbəbdən təkrarlanmır: İran ortada dayanır. Suriyanın məğlubiyyəti İranın məğlubiyyətidir, çünki İran-İraq-Livan-Suriya xətti kəsilir. Suriya İranın xarici siyasətində mühüm ölkə idi. İran Əsədin artıq ölkənin himayədarı olmadığını anlayaraq son anda Suriyaya kömək etmədi.

Ermənistan məsələsində İran belə mövqe nümayiş etdirməyəcək. Azərbaycan İrana görə Ermənistana hücum etmir. SEPAH 45 000 əsgərlə dayanıb və Azərbaycan hücuma keçərsə, öz gücündən istifadə edə bilər. Korpus dərhal Zəngəzur, Dərələyəzi öz nəzarətinə götürərək İrəvana qədər çata bilər. İran üçün Ermənistan Gürcüstandan, Qara dənizdən keçməklə AB-yə daxil olan yeganə quru yolu olaraq qalır. Ermənistanın güneyi Türkiyə və Azərbaycan tərəfindən alınarsa, o zaman İran türk dünyasının əhatəsində qalacaq, bundan sonra onun bir hissəsi İrandan qoparılacaq.

Ən pis ssenari isə budur: İran uğursuzluğa düçar olarsa, Türkiyə-Azərbaycan ordusu Ermənistan ərazisinə girəcək, Suriya ordusunun başına gələnlər bizim ordunun başına gələcək (Ermənistan ordusu döyüşsüz təslim olacaq - red.)".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Dekabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri