Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

SEPAH Xameneinin nüfuzuna zərər vurur Zəngəzur yoluna daş atan qvardiya

SEPAH Xameneinin nüfuzuna zərər vurur Zəngəzur yoluna daş atan qvardiya

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Zəngəzur yolu (Tramp dəhlizi) ilə bağlı Azərbaycan, Ermənistan və ABŞ arasında müəyyən razılıq əldə olunub. Ancaq bu istiqamətdə hələ yekun sənəd imzalanmayıb. Bir sıra qüvvələrin isə bu layihənin reallaşmasına qarşı yersiz çıxışları davam edir.

İrandakı müəyyən dairələr, konkret olaraq hakimiyyətdaxili mühafizəkar xətt nümayəndələri, İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) ona qarşı müxtəlif səviyyələrdə təbliğat aparır.

Ötən gün bu hərbi qruplaşmaya bağlı informasiya kanalında İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin adından belə çıxış edilib.

Mənbə bildirib ki, bir sıra media resurslarında ictimai rəyi təhrif etməyə yönəlmiş materiallar yayılıb: "İranın ali lideri, ayətullah Xamenei Zəngəzur məsələsində yumşaq mövqe tutur".

SEPAH-ın kanalı belə şərhlərin tamamilə əsassız olduğunu yazıb: "Əvvəldən ayətullah Xameneinin bu mövzuda mövqeyi sərt və prinsipial olub, belə də qalır, bu kursa heç bir kiçik dəyişiklik edilməyib".

Qvardiyanın media mənbəyi bildirib ki, ali rəhbərin müşaviri Vilayətinin Zəngəzur yolu ilə bağlı açıqlaması Xameneinin mövqeyinin rəsmi əksi kimi səsləndirilir və beynəlxalq ictimaiyyətə ötürülür.

Sepah bu istiqamətdə ardıcıl və qətiyyətli addımların atıldığını və bundan sonra da belə olacağını bəyan edib. "Dünya ictimaiyyəti vaxtı gələndə bu hərəkətlərin şahidi olacaq" deyə ənənəvi hədələyici ritorika ilə çıxış edib. Qvardiyanın informasiya kanalı Ermənistana da rəsmi qaydada aydın şəkildə regionda heç bir siyasi manevr mümkün olmadığının çatdırıldığını vurğulayıb: "İran hər hansı xarici qüvvədən razılıq, icazə gözləmədən qəti mövqe nümayiş etdirir".

44 günlük müharibədən sonra Xamenei və onun ətrafı elə səhvən, bəlkə də Azərbaycana qarayaxmaq məqsədi ilə elə zənn edirdi ki, rəsmi Bakı Ermənistanın indiki ərazisində, o cümlədən Zəngəzur bölgəsində hərbi əməliyyat keçirəcək.

Ancaq bu baş vermədi. Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" televiziya kanalına müsahibəsində bu məsələyə bir daha aydınlıq gətirərək deyib ki, 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi: "Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası qərar qəbul etdi ki, Zəngəzuru- bizim "Qərbi Zəngəzur" adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı".

Dövlət başçısı daha sonra vurğulayıb: "İkinci Qarabağ müharibəsi bizim Qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik. Həmin vaxt Ermənistan ordusu mənəvi cəhətdən tamamilə sarsılmışdı. 12 min hərbçisi fərari idi".

Ancaq rəsmi Bakı bu addımı atmadı, əksinə Ermənistana sülh paketi təqdim etdi.

Xamenei isə ötən il Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayaraq qeyd edib ki, Ermənistan-İran münasibətləri başqa ölkələrin siyasətindən asılı olmayaraq, qarşılıqlı maraqlar əsasında inkişaf edəcək. Əvvəllər Ermənistanın ərazi bütövlüyünü özünün "qırmızı xətti" elan edən İran rəhbərliyinin bu təbliğat tezisi iflas oldu.

SEPAH-ın fikrincə, Əli Əkbər Vilayətinin açıqlaması Xameneinin mövqeyidir. O, Zəngəzur yolu ilə bağlı açıqlamasında təmsil etdiyi hakimiyyətin "özünün və regionun maraqlarına biganə" qalmayacağını bildirib.

O bu kimi açıqlamaları ayətullah Seyid Əli Xaməneinin sosial şəbəkədəki səhifəsində deyil, öz adından yayıb.

Hələ Zəngəzur yolunun ABŞ-yə 99 illiyinə icarəyə verilməsinə dair heç bir sənəd imzalanmayıb. Ancaq Vilayəti buna da yersiz, hikkəli münasibət bildirib: "Cənubi Qafqaz Trampın icarəyə götürdüyü sahibsiz bir bölgədir? Qafqaz dünyanın ən həssas coğrafi nöqtələrindən biridir və bu keçid Trampa məxsus bir dəhliz deyil, Trampın muzdlularının qəbiristanlığı olacaq".

Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, rəsmi İrəvan Zəngəzur dəhlizini ABŞ-yə icarəyə vermir.

Onun açıqlaması da Vilayətinin fikirlərini alt-üst edir.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizinə dair əldə edilmiş razılaşmanı şərh edərkən deyib: "Bu yolun açılması İran üçün təhlükəli olmaya bilər".

Onun sözlərinə görə, rəsmi İrəvanın Tehrana verdiyi məlumata əsasən, bu dəhliz İranın Ermənistana yolunun kəsilməsi demək deyil.

İran Prezidenti Məsud Pezeşkian ilk dəfə Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıq şəkildə bəyan edərkən demişdi ki, bu məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib.

O, Azərbaycan və Ermənistan arasında imzalanan bəyannamədə İranın maraqlarının da nəzərə alındığını söyləyib: "Zəngəzur dəhlizi məsələsində İranın tələbləri yerinə yetirilib. Bu dəhliz mövcud sərhədləri qoruyur. Yol sadəcə nəqliyyat əlaqəsini təmin edir. İranın Avropaya və Şimala tranzitinə mane olmur".

Bununla da Vilayətinin iddiası, tezisinin tamamilə mənasız olduğu təsdiqlənir. Çünki o, bu dəhlizin İranın Avropaya və Şimala yolunun bağlayacağını iddia edirdi.

Prezident İlham Əliyev də məlum müsahibəsində bu məsələyə münasibət bildirərkən deyib ki, layihənin icrası ilə bağlı hələ qərar verilməyib: "Amma bəli, bunu, amerikalı investorlar həyata keçirə bilər. Əslində, bizim üçün bu, vacib deyil. Bizim üçün əsas odur ki, yol tikilsin və beynəlxalq təhlükəsizlik zəmanətləri olsun. Başqa sözlə desək, azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər".

Dövlət başçısı bununla da yolla bağlı Azərbaycanın əsas hədəfini açıqlayıb. Rəsmi Bakı 25 il əvvəl İranla "Şimal-Cənub" yol-nəqliyyat layihəsinə dair razılıq əldə edib. Bu müddət ərzində həmin dəhliz Tehranın təqsiri səbəbindən fəaliyyət göstərmir. Yaxud bir neçə il öncə İran ərazisindən, Araz çayı üzərindən keçməklə Naxçıvana yol çəkilməsinə dair rəsmi Bakı ilə Tehran arasında razılıq əldə edilib. İslam Respublikası bu layihənin reallaşması istiqamətində qaneedici addımlar hələ də atmır.

Bu, İran hakimiyyətinin Azərbaycanın tranzit ölkəsi olması istəyindən irəli gəlir. O, Xəzərdən keçən Orta dəhliz nəqliyyatına qarşı da təbliğat aparır. Halbuki bu dəhlizi onun tərəfdaşı Çin də qəbul edib və istifadə edir.

Sepahçılara və onların istəklərinin təbliğatçısı sayılan Vilayəti kimi müşavirlərə Azərbaycan Prezidenti bəhs etdiyimiz müsahibədə cavab verərkən deyib: "Mən rəsmi mövqe deyəndə Prezidentin, xarici işlər nazirinin mövqeyini nəzərdə tuturam. Bu, rəsmi mövqe hesab olunur. Biz siyasətimizi İran xalqının seçdiyi və öz vəzifəsini yerinə yetirmək səlahiyyətinə malik olan, yəni, Prezident kimi siyasətçilərə əsasən qururuq. Hazırda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər müəyyən fikirlər səsləndirib. Nə məsləhətlər verirlər, bilmirəm. Bu mövqe bizim üçün heç cür əhəmiyyətli deyil. Bizim üçün bunun əhəmiyyəti sıfırdır, çünki dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur".

Zəngəzur yolu (Tramp dəhlizi) ilə bağlı bir mövqe var – o da hökumət başçısı, ölkə konstitusiyasına görə İran İslam Respublikasının ikinci rəsmi şəxsi Prezident Məsud Pezeşkiana məxsusdur. Ayətullah Seyid Əli Xamənei isə son zamanlar məsələyə münasibət bildirməyib. Bu baxımdan İslam Respublikası Prezidentin açıqlamasını ölkənin birinci şəxsinin Xaməneinin mövqeyi kimi anlaşılması daha məntiqi sayılır. Çünki İran Konstitusiyasına əsasən hökumət başçısı bütün strateji məsələləri ali rəhbərlə məsləhətləşir.

Ona görə də Məsud Pezeşkian İran hakimiyyətinin başlıca iki təmsilçisindən biri olaraq dövlətin mövqeyini bildirib. Vilayəti və ona bənzərlər isə mühafizəkarların, daha çox SEPAH-ın mövqeyini bildirir. Uzun illərdir İranda onların kəsdiyi başa sorğu-sual olmayıb. O, özünü hakimiyyət içində hakimiyyət rolunda aparıb. Ancaq bu hərbi quruluş İran hakimiyyəti demək deyil. SEPAH İran Silahlı Qüvvələrinin bir qoludur. O, Qəzzada, Livanda, Suriyada uğursuzluqlarını bəhs etdiyimiz mövzularla ört-basdır etmək istəyir. Özünü regionun sahibi kimi aparmağa çalışır. Yaxın Şərqdən qovulan sepahçılar Cənubi Qafqaza soxulmağa səy göstərir. SEPAH bu kimi davranışları ilə İrana beynəlxalq aləmdə terrorçu imici qazandırıb. O, bu sayaq davranışı ilə ali rəhbərinin nüfuzuna zərər vurur. 12 günlük müharibədə isə gücünü, qüvvəsini, mifini ifşa etdi... (Report)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see485

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see387

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see342

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see324

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see204

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see159

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see157

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri