Icma.az
close
up
RU
47 ci paralelin sirrini aça bilmirlər

47 ci paralelin sirrini aça bilmirlər

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Okeanda yaranmış "görünməz divar"ın, hətta su canlıları ilə bərabər meduzaların da o istiqamətə doğru üzməkdən imtina etdiyi müəmmalı 47-ci paralelin sirrini açmağa çalışırlar.
Reyting.az
"ScienceAlert" nəşrinə istinadla xəbər verir ki, alimlər çoxdandır bu sirri açmağa cəhd edirlər.
Bir çox sirlər bu cür arealların bitdiyi okeanların ərazilərində başlayır. Alimlərdən birinin sözlərinə görə, Atlantik okeanının buz kimi soyuq qaranlığında, təxminən bir kilometrdən artıq dərinlikdə cihazla belə gözə görünməyən, çətinliklə aşkara çıxarılan sərhəd tapılıb ki, hətta meduzalar da bu sərhədi keçmirlər.
Elm adamı deyib ki, əslində, bioloqların bu heyrətamiz kəşfi dəniz canlılarının sərbəst hərəkəti ilə bağlı düşüncələri sual altına qoyur: “Tədqiqatın mərkəzində qəribə varlıqlar, yəni "Botrynema brucei ellinorae" növünə aid meduzalar dayanır: demək olar ki, şəffaf, illüziyaya bənzər bu canlılar "gecəyarısı zonası" adlanan dərin sularda yaşayırlar. Bu növ meduzalar iki morfotipə bölünürlər: biri günbəzində qabarıqla, digəri isə qabarıqsız. Qəribəsi budur ki, qabarığı olmayan meduzalara 47-ci paralelin cənubunda heç vaxt rast gəlinməyib".

Dəniz biologiyası üzrə mütəxəssis Xavyer Montenegro və onun həmkarları müəyyən ediblər ki, bu iki forma genetik baxımdan eynidir. Bu isə o deməkdir ki, aralarındakı fərq təkamüllə yaranmayıb. Deməli, qabarıqsız meduzaların cənuba miqrasiyasına imkan verməyən xarici bir amil mövcuddur.
“Demək olar ki, tam genetik uyğunluq fonunda formalardakı fərqlər... Atlantik okeanında hələ də naməlum olan dərin su biocoğrafi baryerinin mövcudluğuna işarə edən sirr",- deyə Qərbi Avstraliya Universitetinin alimi və dəniz biologiyası üzrə mütəxəssis kimi tanınan professor Xavyer Monteneqro əlavə edib.
Nəşr yazır ki, tədqiqatçılara görə, bu cür sulu "faunal sərhəd"-in nə dəqiq sərhədləri, nə fiziki əngəlləri var:
“Bu, Cənub-Şərqi Asiyadakı heyvan növlərinin kəskin dəyişdiyi Uolles xəttinə bənzər görünməz bir xətdir. Bəzi alimlərin ehtimalına görə, ola bilsin ki, səbəb okean cərəyanlarında, təzyiqdə və yaxud temperaturdadır. Lakin bu barədə hələ dəqiq elmi fakt əldə olunmayıb".
Bu yeni, heyrətamiz kəşf sualtı robotlar və arxiv məlumatlarının təhlili sayəsində əldə edilib. Sərhədin yalnız bir morfotip üçün keçilməz olması okeanda mürəkkəb ekoloji qarşılıqlı təsir sisteminin çoxdan mövcudluğunu ehtimal etdirir. Bəlkə də, bu, həm də qabarıq meduzalar növlərinə yırtıcılardan qorunmağa və naviqasiyada kömək edir. Bu elmi ehtimal üzərində də araşdırmalar gedir, lakin Avropa alimləri üçün bütün bunlar sadəcə fərziyyədir və inanılmaz görünür.
Elm aləmində əhəmiyyətli sayılan bu kəşf okeanın biocoğrafiyasına yeni sirlər əlavə etməklə yanaşı, həm də insanlara sirli bir mesaj ötürür: sualtı dünyanın çox böyük hissəsi hələ də gizlinlərlə doludur, sanki başqa bir reallığa qapılıb. Bəzi alimlərin fikrincə, ola bilsin ki, elm bu sirləri heç vaxt aça bilməyəcək. Tədqiqatçılardan biri isə deyir ki, bəlkə də, Tanrının ən böyük sirlərindən biri ilə üz-üzə qalmışıq.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Avqust 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri