Icma.az
close
up
RU
“Azerconnect Group” “4Sİ Akademiyası Milli Proqram”ın tərəfdaşı oldu

“Azerconnect Group” “4Sİ Akademiyası Milli Proqram”ın tərəfdaşı oldu

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” Azərbaycanda rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək məqsədilə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram”ın tərəfdaşı olub. Layihə vətəndaşların dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması,  həmçinin peşəkar kadrların inkişafının dəstəklənməsi üçün icra olunur.

İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu və “Coursera” şirkətinin təşkilatçılığı ilə keçirilən “Milli Proqram”ın rəsmi açılış mərasimi keçirilib. Dövlət, özəl sektor və akademik dairələrdən 100-dən çox nümayəndənin qatıldığı tədbirdə “Azerconnect Group”un kommersiya üzrə baş müdiri Müşfiq Əliyev çıxış edib, yeni texnologiyalar, xüsusilə süni intellekt əsaslı həllər sahəsində reallaşdırılan innovativ layihələr barədə geniş məlumat verib: “Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə ölkələrin rəqabət qabiliyyəti yalnız texniki imkanlarla deyil, eyni zamanda insan resurslarının potensialı ilə müəyyən olunur. Qabaqcıl texnologiyaların effektiv istifadəsi və davamlı inkişafı üçün yüksəkixtisaslı, çevik düşüncəli və innovasiyalara açıq insanların olması olduqca önəmlidir. Bu baxımdan həyata keçirdiyimiz layihələr ölkədə texnoloji tərəqqinin sürətlənməsinə töhfə verməklə yanaşı, insan kapitalının inkişafı və yeni bacarıqların formalaşması baxımından da strateji əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, İKT və yüksək texnologiyalar sahəsində yerli mütəxəssislərin hazırlanması, ölkənin rəqəmsal iqtisadiyyat ekosisteminin gücləndirilməsi “Azerconnect Group”un dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət müvafiq sahələrdə layihə və təşəbbüsləri dəstəkləməklə ölkədə peşəkar kadrların formalaşması, insan kapitalının gücləndirilməsinə töhfə verir. “Azerconnect Group” güclü İKT infrastrukturu və təqdim etdiyi innovativ həllərlə Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı, ölkənin regionunun texnoloji mərkəzinə çevrilməsində mühüm rol oynayır.

Xatırladaq ki, “4Sİ Akademiyası - Milli Proqram”ı çərçivəsində on minlərlə istifadəçi ödənişsiz süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya daxil olmaqla, ümumilikdə 8000-ə qədər kurs və proqramlara qoşula biləcək. İstifadəçilər bir il ərzində Oksford, Stenford, Yel, Dyuk, London, Mançestr, həmçinin “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin təlimlərindən yararlana biləcəklər. Proqram çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur. Təlimləri uğurla tamamlayanlar beynəlxalq sertifikatlar əldə edirlər. Proqrama qoşulmaq istəyən vətəndaşlar müvafiq linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.

“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 İyun 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri