Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir... VİDEO

5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir... VİDEO

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən ilin oktyabrında Xətai rayonunun Kənd Əhmədli qəsəbəsində ikimərtəbəli evin çökməsi nəticəsində ərazidə qorxunc vəziyyət yaranması gündəmə çevrilmişdi. 

Maraqlıdır ki, hadisənin baş verməsindən 5 ay ötsə də, problem hələ də aradan qaldırılmayıbmış.

Bununla bağlı “Qafqazinfo”ya həmin evin sahibi Məcnun Məmmədov yenidən müraciət edib.

Vətəndaş bildirib ki, onun evi ilə yanaşı 2 ev də yararsız haldadır: “Artıq 5 aydır ki,  kirayələrdə yaşayırıq. Həmin ərazini də üfunət iyi basıb, 3 böyük ailə evsiz qalmışıq. Kirayə qalmaq üçün də vəsait ayrılmır, heç bir köməklik göstərilmir. 18 il idi yaşadığımız ev birdən-birə bu hala qaldı. Evimizdə bayram keçirə bilmirik. Artıq çıxılmaz vəziyyətdəyik”.

Məcnun Məmmədov deyir ki, bu aylar ərzində aidiyyəti qurumların hər birinə dəfələrlə müraciətlər ediblər: “İlkin qəza baş verən vaxtlarda evlərin yaşayış üçün yararsız vəziyyətdə olması və təcili təxirə salınmaz şəkildə sökülərək vətəndaşlara kompensasiya ödənilərək oradan çıxarılması, həmçinin qəzanın aradan qaldırılması üçün FHN qərar verib. Son iki ayda bizim çoxsaylı müraciətlərimizdən sonra Maliyyə Nazirliyi bu məsələnin həlli üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə qiymətləndirmə aparıb təqdim etməsi üçün müraciət ünvanlanıb. Bizdə olan məlumata görə, bu evlərin sökülməsi, vətəndaşların köçürülməsi üçün vəsait ayrılması ilə bağlı qərar var. Sadəcə düzgün qanuni qiymətləndirmə edilmir və vəsait ödəməsi gecikdirilir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədr vəzifəsini icra edən Tahir Xəlilov aylar öncə bizə bildirdi ki, bu məsələ fevral ayında həll olunacaq. Lakin heç nə dəyişmədi. Burada məsələ odur ki, ADSEA bu evlərə düzgün, qanuni formada komissiya təşkil edərək qiymətləndirmə aparmır. Bununla yanaşı, bizim qanuni formada Ədliyyə Nazirliyi tərəfindən tanınan qiymətləndirməmizə də qarşı çıxır və məsələni uzadır”. 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Qeyd olunan ərazidə yaşanan hadisə ilə bağlı əsaslı araşdırmalar aparılıb. Hadisə nəticəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti də eynilə həmin vətəndaşlar kimi zərər görüb. Belə ki, yaşayış evinin altında qalan daşıyıcı tullantı su kollektoru, 1700 mm diametrlik boru və digər infrastrukturlar qəzalı vəziyyətə düşüb. Həmin yaşayış evlərinin sahibləri dəfələrlə Xidmətin inzibati binasında rəhbər şəxslər tərəfindən yüksək səviyyədə qəbul edilib və onlara məsələ ilə bağlı ətraflı izahatlar verilib. Bildirilib ki, Xidmətlə əlaqəli bütün prosedurlar qurum tərəfindən təcili icra olunub, müvafiq qurumlara rəsmi müraciətlər ünvanlanıb. Sonuncu görüşdə isə bildirilib ki, qəzanın miqyası qiymətləndirilib və bununla bağlı növbəti müvafiq quruma məktub göndərilib. 

Onu da xüsusilə qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qəzalı vəziyyətə düşən kollektorun bərpa edilməsi istiqamətində əsas maraqlı tərəfdir. Bu baxımdan qurum kanalizasiya xəttinin üzərində tikilən evlərin köçürülməsi prosesinin tezləşdirilməsinin açıq tərəfdarıdır və bir daha xatırladaq ki, Xidmətin üzərinə düşən bütün işlər görülüb və görülməkdədir”.

Şikayətlə bağlı Fövqəladə Hallar Nazirliyinə də (FHN) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb​: “2024-cü ilin oktyabr ayında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Buta küçəsi, giriş 75 ünvanında yerləşən, Məmmədov Məcnun Hümmət oğluna məxsus ikimərtəbəli və Şahin Səmədov küçəsi, döngə 1, ev 14 ünvanında yerləşən, Məmmədova İsatoy Nemətovnaya məxsus birmərtəbəli fərdi yaşayış evlərinə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib. Baxış zamanı göstərilən evlərin ərazidəki kanalizasiya kollektorundan sızmanın baş verməsi nəticəsində qəzalı vəziyyətə düşdüyü müəyyən olunub və bununla bağlı müvafiq aktlar tərtib edilib. Həmçinin, ərazidə zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, kanalizasiya kollektorunun  bərpa edilərək istismar vəziyyətinə qaytarılması ilə bağlı təcili işlərin görülməsi üçün Agentlik tərəfindən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb”.

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Mart 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri