Icma.az
close
up
RU
“5 ci kalon”un müxalifət cinahı: “Boz kardinal”ın əli ora da uzanıb

“5 ci kalon”un müxalifət cinahı: “Boz kardinal”ın əli ora da uzanıb

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycan Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nin keçmiş prezidenti Ramiz Mehdiyevin həbsi onun şəxsiyyəti və fəaliyyəti ilə bağlı qaranlıq qalan bir sıra şübhəli məqamlara aydınlıq gətirmək imkanı yaradacaq. 

Uzun müddət Azərbaycanda adı “5-ci kalon”un lideri kimi çəkilən Ramiz Mehdiyevin bu yöndə törətdiyi əməllər istintaq prosesində üzə çıxa bilər. Müxtəlif ictimai-siyasi dairələrdə, mediada Rusiyanın Azərbaycanda yaratdığı “5-ci kalon”un siyasi təlimatları məhz Ramiz Mehdiyevdən aldığına dair kifayət qədər məlumatlar var. 

Dövlət strukturlarında siyasi monopoliya yaratmağa çalışan Ramiz Mehdiyevə “boz kardinal” ləqəbi kimi tanınması da bununla bağlı olub. Dövlət içərisində öz hakimiyyətini qurmaq, səalhiyyətlərindən istifadə edərək klançılıq siyasəti yürütmək Ramiz Mehdiyevin rəhbərlik etdiyi “5-ci kalon”un əsas fəaliyyət prinsipi olub. 

Ramiz Mehdiyevin həbsi Azərbaycan dövlətçiliyi üçün bu təhlükənin hələ qalmasından xəbər verir. Belə qüvvələr yenidən fəallaşmaq üçün siyasi şəraitin yetişməsini gözləyir. Adminstrasiyanın sabiq rəhbərinin əli yalnız dövlət strukturlarına deyil, müxalifətə də uzanıb. Üzdə özünü hakimiyyətə sadiq göstərən Mehdiyev əslində radikal müxalifətə siyasi himayədarlıq edib. 2013-cü ildə müxalifət partiyalarının birləşdiyi Milli Şuranın Ramiz Mehdiyevin xeyir-duası ilə yaradıldığı yaxşı məlumdur. 

Bunu isbatlayan faktlardan biri 2013-cü ildə keçirilmiş prezident seçkilərində Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi kimi irəli sürülməsi idi. “5-ci kalon”un müxalifət cinahı olan Milli Şuranın etiraz aksiyalarını Ramiz Mehdiyevin siyasi direktivləri ilə təşkil etdiyi danılmaz gerçəklikdir. 

Sirr deyil ki, Milli Şura adlı bu qurum həmişə Əli Kərimlinin diqtəsi ilə hərəkət edib, bəyanatdan tutmuş icazəsiz aksiyaya qədər bütün qərarlar Əli Kərimlinin tələbi ilə verilib. 2019-cu il oktyabrın 19-da da AXCP sədri Əli Kərimlinin canfəşanlığı ilə Milli Şuranın Bakı şəhərin mərkəzində, Rəşid Behbudov prospektində kütləvi iğtişaş törədərək yürüş-mitinq keçirmək cəhdi çoxlarının xatirindədir. 

Hüquq-mühafizə orqanlarının ciddi müdaxiləsindən sonra icazəsiz aksiyanın qarşısı alınmışdı. Bu hadisədən 3 gün sonra-oktyabrın 22-də Ramiz Mehdiyevin Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən xaric edilməsi qeyd edilən iğtişaşların arxasında Ramiz Mehdiyev amilinin dayandığını göstərir. 

Ancaq o, bu prosesdə tək deyildi və məsələyə bütövlükdə “5-ci kalon”un siyasi sistemi zorakılıqla, xarici qüvvələrin maraqlarına uyğun dəyişmək niyyəti kimi baxmaq lazımdır. Yəni, “boz kardinal” həm vəzifə səlahiyyətlərindən, paralel olaraq müxalifətdə ona xidmət göstərən radikalların təxribatlarından istifadə edərək hakimiyyəti ələ keçirməyə çalışıb. Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar bunu bir daha təsdiq edir. 

Müşfiq 
“Cebheinfo,az”

Açar sözlər: Ramiz Mehdiyev Milli Şura Əli Kərimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri