Niyə məhz indi: Əli Kərimlinin Rusiya “tənqidi” və “boz kardinal”ın kölgəsi…
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Həbsdə olan AXCP sədri Əli Kərimlinin “Facebook” səhifəsində Rusiyanın xarici siyasəti, o cümlədən Azərbaycana münasibəti ilə bağlı tənqidi paylaşım edilib.
Əli Kərimli bu məqalənin “Project Syndicate” media platformasında yay aylarında nəşr olunduğunu bildirir. Hazırda rəsmi Moskvanın Azərbaycanda çevriliş planlarında iştirakına görə ittiham olunan Əli Kərimli sözügedən məqaləni Rusiyanın əleyhdarı olduğuna sübut kimi təkrar yayıb.
Maraqlı olan isə “Cənubi Qafqazı Rusiya təhlükəsindən necə qorumalı?” başlıqlı məqalənin nə vaxt yazılmasıdır. Əli Kərimli bu paylaşımı ilk dəfə 2025-ci ilin avqust ayında edib. Məqalənin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra yazıldığı aydın olur.
Əli Kərimli Ağ Evdə imzalanmış razılaşmalardan sonra Rusiyanın Cənubi Qafqazda mövqeyinin zəifləyəcəyindən, Kremlin Azərbaycana, Ermənistana və Gürcüstana sərt müdaxilələrinin əks-effekt verəcəyindən danışır.
Sual oluna bilər ki, Əli Kərimli bu cür açıqlamanı nəyə görə 2013-cü ildə vermirdi? Nə üçün Əli Kərimli bu məqaləni 2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh razılaşması imzalandıqdan dərhal sonra yazıb? Cavab aydındır, çünki 2013-cü ildə Milli Şura yaradılanda Əli Kərimli Qərbin deyil, Rusiyanın regiondakı siyasətini müdafiə edirdi.
Rusiyanın siyasi layihəsi olan Milli Şuranın başına da Əli Kərimlinin gətirilməsi bu planın tərkib hissəsi idi. Yəni həmin vaxt Əli Kərimli Qərbin deyil, Rusiyanın Azərbaycandakı təmsilçisi rolunu yerinə yetirib. Əslində, Əli Kərimli indi də Qərbin adamı deyil.
Sadəcə, Ağ Evdə Prezident Donald Trampın iştirakı ilə sülh sazişinin paraflanmasından və Zəngəzur dəhlizninin açılmasına dair razılaşmanın əldə edilməsindən sonra bölgədə geosiyasi balansın Qərbin, ABŞ-nin xeyrinə dəyişdiyini zənn edən Əli Kərimli dərhal əks-mövqeyə keçməyi qərara alıb.
Ancaq əsl həqiqətin nədən ibarət olduğu göz qabağındadır. Abbas Abbasovun, Ramiz Mehdiyevin sifarişi ilə Milli Şuranı yaradan, Rusiya vətəndaşı Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsində israr edən Əli Kərimli olub.
Ona görə də Əli Kərimlinin məqaləsinin yayılması istintaq qarşısında olan AXCP sədrinin özünü siyasi cəhətdən sığortalamaq cəhdidir. Əli Kərimli AXCP-nin və Milli Şuranın avrointeqrasiya tərəfdarı olduğunu, Kremlin də Azərbaycanda Qərbə inteqrasiya tərəfdarı olan müxalifətin artan gücündən ciddi şəkildə narahatlıq keçirdiyini iddia edir.
Rusiyanın siyasi layihəsi olan bir qurumun NATO-ya inteqrasiya tərəfdarı olduğunu söyləmək absurddur. Əgər Əli Kərimli və Milli Şura Qərbin maraqlarından çıxış edirdisə, o zaman nə üçün bu cür məqalələri Ramiz Mehdiyev vəzifədə olanda yazmırdı?
Çünki “5-ci kolon”un bütün üzvləri kimi Əli Kərimli də Rusiyaya bağlı olmaqla yanaşı, özünü “boz kardinal”ın siyasi himayəsi altında təhlükəsiz hiss edirdi. İndi Ramiz Mehdiyevin hüquqi məsuliyyətə cəlb edilməsi çox sirlərin üstünü açmağa başlayıb. Bunu görən Əli Kərimli Rusiyanın əleyhinə paylaşımlar etməklə Moskva ilə əlaqələrini gizlətməyə çalışır.
Süleyman
“Cebheinfo.az”
Açar sözlər: Əli Kərimli “boz kardinal”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:83
Bu xəbər 22 Dekabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















