Icma.az
close
up
RU
5 ci “YAŞAT” düşərgəsi başa çatıb

5 ci “YAŞAT” düşərgəsi başa çatıb

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin sonuncu həftəsi başa çatıb.
Newscenter.az xəbər verir ki. 14 yaşlı 37 şəhid övladının iştirak etdiyi həftə zəngin və maarifləndirici proqramlarla yadda qalıb. Düşərgədə hər gün səhər proqramı sağlam həyat tərzini təşviq edən fiziki məşqlərlə başlayıb. Şəhid övladları psixoloqlarla qrup terapiyalarında iştirak ediblər. Parkur və piknik saatı kimi müxtəlif əyləncə proqramları iştirakçıların fiziki fəallığının artırılmasına, komanda ruhunun möhkəmləndirilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.
Bununla yanaşı, “Dayaq Xeyriyyə” Cəmiyyəti tərəfindən ağız və diş sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirici təlim təşkil olunub və uşaqlara gündəlik ağız gigiyenasının əhəmiyyəti barədə faydalı məlumatlar verilib.
Uşaqlar düşərgə müddətində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat” çərçivəsində səyyar idman avtomobili ətrafında yerləşən idman qurğularında idman normativlərini yerinə yetiriblər.
Asudə vaxtın səmərəli təşkili məqsədilə uşaqlar həftə ərzində intellektual yarışlar və hoteldaxili oyun fəaliyyətlərində iştirak edərək həm istirahət edib, həm də əyləniblər.
Həftə çərçivəsində düşərgə iştirakçısı Rövşən Hüseynovun doğum günü də qeyd edilib.
ASAN Radio/TV-nin təşkilati dəstəyi ilə Xalq artisti Nazpəri Dostəliyevanın və tanınmış müğənni Ceyhun Qalanın iştirakı ilə keçirilən konsert proqramı iştirakçılara xoş ovqat bəxş edib və düşərgənin yaddaqalan anlarından biri olub.
Bununla da beşinci “YAŞAT” düşərgəsi yekunlaşıb. Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladı iştirak edib.
Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel
Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC
Dəstəkçilər: “Bravo”, "PASHA Sığorta", “Happy Day Cake”, “Badamlı”, “Milla”
Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV.
Ruhiyyə Mehdiyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 İyul 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see368

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see361

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see356

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see349

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see343

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see299

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see273

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see269

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see260

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see255

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see238

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see234

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see234

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see228

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see227

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see217

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see215

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see203

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see199

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri