Icma.az
close
up
RU
YAŞAT Fondunun Londondakı yay məktəbi başa çatıb

YAŞAT Fondunun Londondakı yay məktəbi başa çatıb

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“YAŞAT” Fondunun təşkilatçılığı, bp-nin sponsorluğu, Azərbaycan Hava Yollarının tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan dördüncü “YAŞAT” yay məktəbi başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, 19 iyul–2 avqust tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində (University College London – UCL) keçirilib. Əsas məqsəd şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində iştirak ediblər. Sonda şagirdlərə proqramın bitməsi ilə bağlı sertifikatlar təqdim olunub. Yay məktəbinin son həftəsində iştirakçılar üçün Kenterberi şəhərinə (Canterbury) ekskursiya təşkil olunub. Bununla yanaşı, onlar Londonun tarixi və mədəni irsi ilə yaxından tanış olmaq məqsədilə Bukinqem sarayını (Buckingham Palace), Müqəddəs Ceyms parkını (St James’s Park), Kral Süvari Qvardiyasının (Horse Guards) məşhur keşikdəyişmə mərasiminin keçirildiyi "Horse Guards" parad meydanını (Horse Guards Parade), eləcə də İngiltərə Parlamentinin yerləşdiyi Vestminster sarayını (Palace of Westminster) ziyarət ediblər.

Proqram çərçivəsində gənclər Temza çayı (River Thames) üzərində kruiz gəzintisində iştirak edib, həmçinin Londonun ən qədim və məşhur ərzaq bazarlarından biri olan "Boro" marketini (Borough Market) ziyarət edərək şəhərin tarixi, memarlığı və gündəlik həyatını əks etdirən məkanlarla yaxından tanış olmaq imkanı əldə ediblər.

"YAŞAT" Fondunun Londondakı yay məktəbi ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 şəhid övladını əhatə edib.

Nigar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Avqust 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri