Icma.az
close
up
RU
5 faiz işsizlik nağılı Rəqəmlər danışır, amma hər danışan həqiqəti demir

5 faiz işsizlik nağılı Rəqəmlər danışır, amma hər danışan həqiqəti demir

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Rəsmi statistikaya görə, Azərbaycanda işsizlik cəmi 5.2 faizdir. Cəmi 279 min nəfər. İqtisadi fəal əhalinin 5 milyondan çox olduğu ölkədə bu göstərici kağız üzərində sabit, səliqəli və “ideal” görünür. Beş faiz. Sanki Avropa göstəricisi. Amma bu rəqəmin arxasına keçəndə suallar başlayır.
Demokrat.az
carçı-ya istinadla yazını təqdim edir:
560 min nəfər kimdir?
Dövlət Məşğulluq Agentliyi deyir ki, 560 min nəfər iş axtarır.
Bir tərəfdə 279 min işsiz var.
Digər tərəfdə 560 min iş axtaran.
Arada təxminən 280 min nəfərlik “kölgə zonası” var. Bu insanlar kimdir, onlar işsiz deyilmi? Yoxsa statistikada görünməyənlərdir?
200 min nəfərə iş tapılıb – amma haradadır o azalma?
Rəsmi məlumatlara görə, 200 min nəfərə iş tapılıb. Əgər ölkədə cəmi 279 min işsiz varsa və onlardan 200 min nəfəri işlə təmin olunubsa, onda işsizlik kəskin azalmalı idi. Amma işsizlik yenə də 5 faizdir. Ötən ay da 5 faiz idi, ötən il də 5 faiz idi.
Metodologiyanın sehrli çubuğu
Rəsmi işsiz sayılmaq üçün:
işin olmamalıdır,
aktiv şəkildə iş axtarmalısan,
dərhal işləməyə hazır olmalısan..
Həftədə 1-2 saat qazanc əldə etdinsə, artıq “məşğul” sayılırsan.
Qeyri-rəsmi işləyirsən, - Məşğulsan.
Simvolik gəlirli, dayanıqsız fəaliyyət göstərirsən - Yenə məşğulsan.
Beləliklə, rəqəm aşağı qalır. Kağız üzərində hər şey qaydasındadır.
ormal iqtisadiyyata malik ölkələrdə isə işsizlik dalğalanır, böhran olanda artır, investisiya artanda azalır, bazar dəyişəndə oynayır. Buna uyğun olaraq ölkədə makroiqtisadi qaydalar, tənzimləmələr aparılır, inflyasiya nəzarətdə saxlanılır.
Bizdə isə illərdir 5–5.5 faiz arasında “donmuş” vəziyyətdədir. Bu, ya iqtisadi möcüzədir, ya da statistik komfort zonası.
Yeri gəlmişkən, əsas məsələ faiz deyil, problem odur ki, məşğulluğun keyfiyyəti ölçülmür, qeyri-formal əmək genişdir, aşağı gəlirli özünüməşğulluq “uğur” kimi təqdim olunur, inzibati qeydiyyat rəqəmləri ilə real sorğu nəticələri qarışdırılır. Əmək bazarının real vəziyyəti isə faizdən daha mürəkkəbdir.
Yəni, “5% işsizlik” – yaxşı səslənir. Amma bu rəqəm həyat səviyyəsini, gəlir sabitliyini, sosial təhlükəsizliyi və ya əmək bazarının sağlamlığını tam əks etdirmir və beləliklə, nağıl davam edir.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see305

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see283

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see271

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see271

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see257

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see253

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see251

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see251

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see233

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see232

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see231

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see230

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see227

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see220

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see217

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see217

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see212

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see198

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri