Icma.az
close
up
RU
Azərbaycan Estoniya: Rəqəmlər danışır İdman və Biz

Azərbaycan Estoniya: Rəqəmlər danışır İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Bu gün UEFA Millətlər Liqasında növbəti tura start verilir. Azərbaycan millisi noyabrın 16-da 5-ci turda C Liqasının 1-ci qrupunda üçüncülük rəqibi Estoniya ilə oyunda ilk xallarını toplamağa çalışacaq.

İdman.biz qrup autsayderlərinin bir-biri ilə müqayisədə üstün cəhətlərini aydınlaşdırıb.

Komandamızla ev oyununda 3 xalını qazanan estonlar vurulan toplarda üstünlük qazana bilməsələr də (3 qol), yığmamızdan (11) 3 qol az (8) buraxıblar. Rəqibimiz 3 qolunun 3-də millimizin qapısından keçirib və qrup favoritlərinin qapısına yol tapa bilməyib. Azərbaycan isə hələ ki, heç bir rəqibindən xal qoparmağın formulunu tapmasa da, hər üçünü mərkəzə dəvət edib.

Komandaların qol vurma tərzi fərqlidir. Hər iki yığmanın futbolçuları 3 qolundan 1-ni sol ayaqla vurubsa, digər 2-sini futbolçularımız başla, rəqiblərimiz sağ ayaqla vurub. Estonlar qollarından birini cərimə meydançası xaricindən vurublar.

Topa sahibolmada estonlar 38,8 faizlə Avropanın ən zəifləridirlər. Azərbaycan 49 faizlə orta mövqedədir.

Uğursuz nəticələrə, xalsızlığa baxmayaraq, Azərbaycan yığması hücum sayında Avropada 54 ölkə arasında 11-ci göstəriciyə malikdir – 161. Estoniya yığması 112 dəfə hücuma çıxıb.

Qapıya zərbələrin sayında Azərbaycan millisi iki dəfəyə yaxın üstünlüyə malikdir. Yığmamızda bu rəqəm 47, budəfəki qonaqlarımızda 25-dir. Estonlar bu cəhətdən Avropanın ən zəif altılığında yer alır. Komandamızda 18 zərbə qapı çərçivəsinə tuş gəlib, 17-si hədəfdən yayınıb, 12-si isə bloka alınıb. Rəqibin 8 zərbəsi qapını tapıb, 12-si yan ötüb, 5-i bloka alınıb.

Estonlar 4 oyunda 35 sərbəst zərbə vurublarsa, komandamız 65 sərbəst zərbə ilə qitə 7-cisidir.

Künc zərbələrini millimiz 21 dəfə yerinə yetirdiyi halda, rəqibimiz bu sahədə qitə sonuncusudur (4).

Ötürmələrin dəqiqliyinə görə (69,8%) qitədə yalnız Andorranı qabaqlayan baltikalılar 1170 zərbənin 831-də dəqiq olublar. 83,5 % dəqiqliyə malik millimiz 1732 ötürmədən 1464-nü ünvana çatdırıb.

Offsayda estoniyalılar 6, futbolçularımız 5 dəfə düşüblər.

Təkbətək mübarizəyə girişməkdə komandanızın üstünlüyü cüzidir – 46-nın 45-ə.

Estonları qitədə yeganə fərqləndirən cəhət qapıçı seyvidir. Karl Heyn 23 seyvlə həm özünü, həm komandasını Avropa birincisi edib. Bu dəfə millimizin heyətində yer almayan Mehdi Cənnətov 14 seyvlə özünü 9-cu, komandasını 13-cü edib.

Qayda pozuntularına estonlar 52, Azərbaycan futbolçuları 37 dəfə yol veriblər. Follara daha çox məruz qalan isə Azərbaycandır (59). Rəqibimizə qarşı 30 dəfə qayda pozuntusu olub.

Vüqar Məmmədov
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Noyabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see269

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see255

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see253

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see251

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see250

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see250

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see249

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see248

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see228

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see226

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see225

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see223

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see222

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see220

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see215

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see209

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see208

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see202

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see200

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri