Danışır rəqəmlər: “Qarabağ” antirekorda doğru
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasında I dövrəyə yekun vurulub. Mövsümün ilk hissəsi “Qarabağ” üçün uğursuz nəticələrlə yadda qalıb.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ölkə çempionatında 11 ildən sonra ilk dəfə ardıcıl dörd oyunda qələbə qazana bilməyib.
Maraqlıdır ki, Ağdam təmsilçisinin hazırkı uğursuz seriyası 2015/16 mövsümündə yaşananların eynisidir. Hər iki halda komanda ardıcıl üç heç-heçədən sonra dördüncü görüşdə məğlub olub.
Üstəlik, “Qarabağ” son 15 mövsümdə ilk dəfə ardıcıl üç qarşılaşmada qol vura bilməyib. Komanda daha bir görüşdə fərqlənməsə, Azərbaycan çempionatlarındakı antirekordunu təkrarlayacaq.
11 ildən sonra təkrarlanan ssenari
“Qarabağ” sonuncu dəfə belə uğursuzluqla 2015/16 mövsümündə üzləşib. Həmin vaxt Ağdam klubu əvvəlcə “Zirə” ilə qolsuz, ardınca “Sumqayıt”la 2:2, “Qəbələ” ilə 1:1 hesablı heç-heçə edib.
Qış fasiləsindən sonra isə komanda AZAL-a 0:1 hesabı ilə məğlub olub. Bununla da qələbəsiz oyunların sayı dördə çatıb.
Həmin seriya 2016-cı il fevralın 6-da “Xəzər Lənkəran” üzərində qazanılan 3:0 hesablı qələbə ilə başa çatıb.
13.12.2015
Zirə (Bakı)
Qarabağ (Ağdam)
0:0
16.12.2015
Qarabağ (Ağdam)
Sumqayıt
2:2
19.12.2015
Qarabağ (Ağdam)
Qəbələ
1:1
31.01.2016
AZAL (Bakı)
Qarabağ (Ağdam)
1:0
06.02.2016
Qarabağ (Ağdam)
Xəzər Lənkəran
3:0
Tarix eyni ardıcıllıqla təkrarlandı
Aradan 11 il keçdikdən sonra “Qarabağ” yenidən eyni vəziyyətlə üzləşib.
Komanda oktyabrın 17-də “Neftçi” ilə 3:3 hesablı heç-heçə edib. Ardınca “Sabah” və “Qəbələ” ilə görüşlərdə qapılara qol vurulmayıb.
Noyabrın 6-da “Turan Tovuz”a 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisinin qələbəsiz seriyası dörd oyuna yüksəlib.
Beləliklə, 2015-ci ilin dekabrı – 2016-cı ilin yanvarında olduğu kimi, 2026-cı ilin oktyabr-noyabr aylarında da “Qarabağ” əvvəlcə üç dəfə heç-heçə edib, sonra məğlubiyyətlə üzləşib.
17.10.2026
Qarabağ (Ağdam)
Neftçi (Bakı)
3:3
25.10.2026
Sabah (Bakı)
Qarabağ (Ağdam)
0:0
31.10.2026
Qəbələ
Qarabağ (Ağdam)
0:0
06.11.2026
Qarabağ (Ağdam)
Turan Tovuz
0:1
Qol fərqində də eyni mənzərə
İki uğursuz seriya arasındakı bənzərlik təkcə nəticələrin ardıcıllığı ilə məhdudlaşmır. Hətta vurulan və buraxılan qolların sayı da eynidir.
“Qarabağ” 2015/16 mövsümündə həmin dörd qarşılaşmada rəqib qapılarından 3 top keçirib, öz qapısında isə 4 qol görüb.
11 il sonra yaşanan uğursuz seriyada da eyni göstərici qeydə alınıb. Ağdam təmsilçisi dörd oyunda 3 qol vurub, 4-nü buraxıb.
Hər iki seriyada “Qarabağ”ın top fərqi dəyişməz qalıb - 3:4.
Dörd oyunda cəmi 3 xal
İki mövsüm arasındakı oxşarlıq bununla da bitmir. “Qarabağ” hər iki seriyada mümkün 12 xaldan cəmi 3-nü toplayıb.
Üstəlik, hər iki uğursuzluğun sonuncu oyunu 0:1 hesablı məğlubiyyətlə nəticələnib.
2015/16 mövsümündə Ağdam təmsilçisi AZAL-a, cari mövsümdə isə “Turan Tovuz”a eyni hesabla uduzub.
15 ildən sonra yaşanan qol həsrəti
“Qarabağ”ın uğursuzluğu təkcə qələbəsiz oyunlarla məhdudlaşmır. Ağdam təmsilçisi son üç çempionat matçında rəqib qapısına yol tapa bilməyib.
“Sabah” və “Qəbələ” ilə qolsuz heç-heçələrin ardından “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olan komanda son 15 mövsümün ən uzun qolsuz seriyasını təkrarlayıb.
Qurban Qurbanovun yetirmələri axırıncı dəfə 2011/12 mövsümündə ardıcıl üç çempionat görüşünü qol vurmadan başa vurub.
Həmin vaxt “Qarabağ” avqustun 21-də “Kəpəz”i səfərdə 2:1 hesabı ilə məğlub etdikdən sonra üç oyun ərzində fərqlənə bilməyib.
Ağdam klubu avqustun 27-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzub, sentyabrın 11-də “Sumqayıt”la qolsuz heç-heçə edib, sentyabrın 17-də isə “Xəzər Lənkəran”a 0:1 hesabı ilə məğlub olub.
Qolsuzluq seriyası sentyabrın 24-də AZAL üzərində qazanılan 3:1 hesablı səfər qələbəsi ilə sona çatıb.
Bir addımlıqda olan antirekord
“Qarabağ” Azərbaycan çempionatları tarixindəki ən uzun qolsuz seriyasını təkrarlamaq təhlükəsi ilə üz-üzədir.
Ağdam təmsilçisinin bu turnirdə ardıcıl qol vura bilmədiyi ən çox oyun sayı dörddür. Belə uğursuzluq klubun tarixində iki dəfə yaşanıb.
Hazırda üç matçdır fərqlənə bilməyən “Qarabağ” növbəti çempionat qarşılaşmasında da qol vurmasa, öz antirekordunu təkrarlayacaq.
Uğursuz seriyadan 22 xal fərqlik çempionluğa
2015/16 mövsümünün ən maraqlı məqamı isə “Qarabağ”ın həmin uğursuzluğa baxmayaraq, çempionluq yarışında rəqiblərini böyük fərqlə geridə qoymasıdır.
Ağdam klubu mövsümü 36 oyunda yığılan 84 xalla birinci pillədə başa vurub. Komanda 26 qələbə qazanıb, 6 heç-heçə edib və cəmi 4 dəfə məğlub olub.
İkinci yeri tutan “Zirə” isə 62 xal toplayıb. Nəticədə “Qarabağ” çempionatı ən yaxın izləyicisindən 22 xal öndə tamamlayıb.
1.
Qarabağ (Ağdam)
36
26
6
4
66
21
+45
84
2.
Zirə (Bakı)
36
17
11
8
42
31
+11
62
3.
Qəbələ
36
16
11
9
44
28
+16
59
4.
İnter (Bakı)
36
16
11
9
39
28
+11
59
AFFA rəsmisinə beynəlxalq təyinat Afrikada ilin ən yaxşısı adına namizədlər: Osimhen və Salah siyahıdan kənarda “Turan Tovuz”un qapıçısına millidən dəvət II Liqada qonaqların günü - NƏTİCƏLƏR AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu keçirilir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 12 Noyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















