Icma.az
close
up
RU
5 gün qaldı Yeni dəstək mexanizmi olacaq

5 gün qaldı Yeni dəstək mexanizmi olacaq

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Sentyabrın 1-dən Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracı üzrə yeni dövlət dəstəyi mexanizmi tətbiq olunacaq. Qaydalara əsasən, ixrac zamanı daşıma xərclərinin nəqliyyat növündən asılı olaraq 70 faizədək hissəsi dövlət tərəfindən kompensasiya ediləcək. Məqsəd ixracatçıların logistika xərclərini azaltmaq və yerli məhsulların rəqabət qabiliyyətini artırmaqdır.
Bundan əlavə, mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların bəzi gömrük rəsmiləşdirilməsi xərclərinin də dövlət tərəfindən kompensasiya edilməsi nəzərdə tutulur. Bununla belə, dəstəyin məbləği müəyyən hədlərlə məhdudlaşdırılır.
Bəs daşınma xərclərinin 70 faizədək hissəsinin dövlət tərəfindən qarşılanması Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinə və qeyri-neft-qaz ixracının genişlənməsinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, məhsulun qlobal bazarlarda rəqabət qabiliyyətinə təsir edən əsas amillərdən biri qiymətdir.
Onun sözlərinə görə, xüsusilə ABŞ-İsrail-İran münaqişəsindən sonra bahalaşan neft və yanacaq qiymətləri məhsulların xarici bazarlara çıxarılması üçün logistika və nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə artırıb ki, bu da rəqabət qabiliyyətinə təsir göstərir:
“Alıcılıq gücünün mövcud şərtlər daxilində zəifləməsinə səbəb olan amillər də nəzərə alınmalıdır. Xüsusilə qiymət elastikliyi yüksək olan məhsullarda bu amillər tələbi əhəmiyyətli dərəcədə azaldır və şirkətlərin bazardakı mövqeyini zəiflədir.
Bu baxımdan, xərclərin kompensasiyası ilə bağlı mexanizmin tətbiqi, əlbəttə ki, nəzəri baxımdan şirkətlərin öz məhsullarını xarici bazarlarda daha münasib qiymətə təklif etməsinə imkan yaradır və dolayı yolla onların rəqabət qabiliyyətini dəstəkləyir.
Düşünürəm ki, Azərbaycanın ixrac etdiyi məhsulların qiymət elastikliyi nisbətən zəifdir. Çünki bu məhsulların böyük əksəriyyəti kimya, qida, xüsusilə aqrar və mədən sənayesi məhsullarıdır. Bu məhsullar üzrə xarici bazarlarda, xüsusilə qiymət baxımından, rəqabət ciddi problem deyil. Yəni burada qiymət elastikliyi aşağıdır. Ona görə də bu məhsullar üzrə müvafiq mexanizmin ciddi əlavə dəyər yaratması və effektiv təşviq alətinə çevrilməsi imkanları məhduddur.
Amma buna baxmayaraq, təbii ki, kiçik təsərrüfatlara, kiçik ixracatçılara və bir sıra məhsulların ixracatçılarına münasibətdə bu mexanizm müəyyən qədər xərcləri optimallaşdıracaq və mənfəət normasının optimallaşdırılması hesabına prosesi təşviq edə bilər.
Amma burada əsas məsələ rəqabətli və ixrac qabiliyyətli məhsullar istehsal edən iqtisadi mühitin formalaşdırılmasıdır. Bu, hakimiyyətin qarşısında duran əsas çağırışlardan biridir. Bu istiqamətdə daha ciddi təşəbbüslərin həyata keçirilməsi və xüsusilə xarici investisiyanın bu prosesə fəal cəlb edilməsi vacibdir.
Çünki xarici investisiyaya yalnız pul kimi baxmaq doğru deyil. Təbii ki, bu özü də indiki şərtlər daxilində əhəmiyyətlidir. Amma eyni zamanda, xarici investisiya ilə birlikdə müasir təcrübənin, innovasiyanın və xarici bazarlara çıxış təcrübəsinin ölkəyə gətirilməsi, dolayısı ilə də ölkədə istehsal olunan məhsulların xarici bazarlara çıxarılması üçün daha əlverişli şəraitin formalaşdırılması vacibdir.
Eyni zamanda, ölkə daxilində rəqabətin artırılması, bunun yerli sənayenin inkişafına təkan verməsi və keyfiyyətin artırılması istiqamətində təşəbbüslərin genişləndirilməsi dəstəklənməli, bu məsələlər gündəmdə saxlanılmalı və bu istiqamətdə ciddi addımlar atılmalıdır.
Əks halda, müvafiq mexanizmin çox böyük faydalarının olacağını düşünmək sadəlövhlük olardı. Çünki bunu dəstəkləyən yerli istehsal olmalıdır”, - deyə iqtisadçı fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Avqust 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri