Icma.az
close
up
RU
Yeni müdafiə mexanizmi

Yeni müdafiə mexanizmi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Aİ Ərəbistanın rəhbərlik etdiyi dəniz koalisiyasına qoşularsa...

Qlobal dəniz ticarətinin əsas arteriyalarından olan Hörmüz boğazında yaranan gərginliyin ardınca Bab əl-Məndəb boğazı ətrafında təhlükəsizlik vəziyyətinin mürəkkəbləşməsi beynəlxalq iqtisadi və siyasi gündəmin mühüm məsələlərindən birinə çevrilib. Bu iki strateji su yolunda sabitliyin pozulması yalnız ayrı-ayrı regionların təhlükəsizliyinə deyil, enerji resurslarının və digər mühüm yüklərin dünya bazarlarına çatdırılmasına, gəmiçilik marşrutlarına və qlobal təchizat zəncirlərinə birbaşa təsir göstərir. Ona görə də dəniz kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi artıq regional deyil, beynəlxalq xarakter daşıyan məsələ kimi nəzərdən keçirilir.

Belə bir şəraitdə əsas güc mərkəzləri strateji dəniz yollarının mühafizəsi və mümkün təhdidlərə qarşı müdafiə mexanizmlərinin gücləndirilməsinə daha böyük diqqət yetirirlər. Bu proses Avropa İttifaqını da özünə cəlb edib. Son illərdə beynəlxalq münasibətlər sistemində dəyişən qüvvələr nisbəti fonunda öz strateji çəkisini artırmağa çalışan Aİ üçün dəniz təhlükəsizliyi həm iqtisadi maraqların, həm də xarici siyasət və müdafiə imkanlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qırmızı dəniz və Ədən körfəzi istiqamətində təhlükəsizlik təşəbbüslərində iştirak Brüsselin yalnız iqtisadi aktor kimi deyil, qlobal təhlükəsizlik məsələlərində daha fəal tərəf kimi çıxış etmək niyyətini də nümayiş etdirir. Bu baxımdan Hörmüzdən Bab əl-Məndəbə qədər uzanan təhlükəsizlik zənciri Avropanın yeni geosiyasi reallıqlardakı rolunun müəyyənləşdirilməsi baxımından da mühüm sınaqdır.

Aİ-dən təklif...

Bu mənada Aİ-nin yeni təklifi də diqqəti cəlb edir. Belə ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas qurumun Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Dəniz Müdafiəsi Koalisiyasına müşahidəçi statusunda qoşula biləcəyini qeyd edib. Kaya Kallas Bab əl-Məndəb boğazı ilə bağlı son vəziyyətə dair açıqlamasında Qırmızı dənizdə ticarət gəmilərini müşayiət edən “Aspides” missiyasına əlavə hərbi-dəniz qüvvələri ilə dəstək göstərilməsinə çağırıb. Kaya Kallas bildirib ki, müdafiə tələb edən gəmilərin sayı durmadan artır. O qeyd edib ki, “Aspides” missiyasına dəstək göstərilməsinə ehtiyac heç vaxt olmadığı qədər böyükdür.

“Aspides” missiyası Avropa İttifaqının Qırmızı dəniz və ətraf sularda həyata keçirdiyi dəniz təhlükəsizliyi əməliyyatıdır. Missiya 2024-cü ilin fevralında, husilərin 2023-cü ilin oktyabrından etibarən ticarət gəmilərinə hücumlarının intensivləşməsi fonunda yaradılıb. Əsas məqsəd naviqasiya azadlığını və beynəlxalq ticarət gəmilərinin təhlükəsizliyini qorumaqdır. Missiyanın əsas vəzifələrinə ticarət gəmilərini təhlükəli ərazilərdən keçərkən müşayiət etmək, gəmilərə qarşı mümkün hücumların qarşısının alınmasına kömək etmək, dənizdə vəziyyət barədə məlumat toplamaq və paylaşmaq, silah qaçaqmalçılığı və digər şübhəli fəaliyyətləri izləmək, Beynəlxalq hüquqa uyğun olaraq gəmiləri dənizdən gələn çoxistiqamətli hücumlardan müdafiə etmək daxildir.  Qeyd edək ki, “Aspides” müdafiə xarakterli missiyadır və quru ərazilərinə zərbə endirmək onun mandatına daxil deyil. Missiyanın fəaliyyət zonası yalnız Bab əl-Məndəb boğazı ilə məhdudlaşmır. Buraya Qırmızı dəniz, Ədən körfəzi, Ərəbistan dənizi, Oman körfəzi, Fars körfəzi, həmçinin Hörmüz boğazı daxildir.

Dəniz koalisiyası nəyi hədəfləyir?

Xatırladaq ki, bu ilin iyulunda Səudiyyə Ərəbistanı beynəlxalq gəmiçiliyi qorumaq üçün çoxmillətli dəniz müdafiə koalisiyası yaratmaq təşəbbüsü  irəli sürüb. Avqustda isə məsələni müzakirə etmək üçün Ər-Riyadda keçirilən baş qərargah rəisləri və hərbi nümayəndələrin görüşü baş tutub. Görüşdə 43 ölkədən nümayəndə iştirak edib. Məlumata görə, görüşdə Avropa İttifaqından nümayəndə heyəti də təmsil olunub. Ümumilikdə, dəvətnamələr 51 dövlətin və beynəlxalq təşkilatın nümayəndələrinə göndərilib. Bəzi iştirakçılar görüşə şəxsən qatılıb, digərləri isə videokonfrans vasitəsilə iştirak ediblər. İştirakçılar gəmiçilik təhlükəsizliyi, qlobal təchizat zəncirlərinin dayanıqlığı və qlobal iqtisadiyyat üçün risk yaradan “dəniz təhlükəsizliyinə artan təhdidlər, o cümlədən ticarət gəmilərinə, enerji tankerlərinə və dəniz infrastrukturuna hücumlar” məsələlərini müzakirə ediblər. Görüşdə həmçinin gələcək koalisiyanın nizamnaməsinin layihəsi, onun təşkilati strukturu, komandanlıq və nəzarət sistemi, əməliyyat mexanizmləri və inkişafının sonrakı mərhələləri müzakirə olunub. Koalisiyanın Bab əl-Məndəb boğazında, Qırmızı dənizdə və Ədən körfəzində fəaliyyət göstərməsi gözlənilir. İştirakçılar həmçinin təşəbbüsün təsis müddəalarını müzakirə ediblər. Bu müddəalara əsasən, Səudiyyə Ərəbistanı koalisiyanın təsisçi üzvü və lideri olacaq, eləcə də onun qərargahına ev sahibliyi edəcək.

Görüşün yekunlarına əsasən, hərbi nümayəndələr koalisiyanın yaradılması istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər. Buraya onun nizamnaməsinin, təşkilati strukturunun və fəaliyyət mexanizmlərinin hazırlanmasının tamamlanması daxildir. Məqsəd gələcəkdə təsis sənədini imzalamaq və birliyi rəsmi şəkildə işə salmaqdır.

Layihəni dəstəkləyən birgə bəyanatı 14 ölkə imzalayıb: Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya, Yəmən, Banqladeş, Nigeriya, Sudan, Cibuti və Somali. Bir sıra digər ölkələr də “təşəbbüsə dəstək ifadə edib və birgə bəyanata qoşulmaq üçün zəruri olan daxili prosedurları davam etdirirlər.”

Aİ-nin dəniz müdafiə koalisiyasına qoşulma perspektivi...

Vurtğulandığı kimi, Səudiyyə Ərəbistanının təşəbbüsü ilə iyulun 30-da yaradılan Çoxtərəfli Dəniz Müdafiə Koalisiyası Bab əl-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzində naviqasiya azadlığının, beynəlxalq ticarət və enerji marşrutlarının qorunmasını hədəfləyir. Avqust ayında artıq 13 ölkənin üzvlüyü rəsmiləşib. Avropa İttifaqının bu mexanizmə cəlb olunması isə mövcud müdafiə imkanlarının daha geniş koordinasiya müstəvisinə çıxarılması baxımından əhəmiyyət daşıya bilər. Amma ortada bir məsələ var - Aİ koalisiyaya rəsmi qoşulmaqla bağlı təklifiə tam razılaşmayıb. Qurum sadəcə “Aspides” missiyası üzərindən müdafiə mexanizminə qoşula bilər. Bununla belə, siyasi mütəxəssislərin fikrincə, Aİ-nin mövcud “Aspides” imkanlarının yeni koalisiya ilə koordinasiyası baş verərsə, əsas üstünlüklərdən biri müxtəlif dəniz qüvvələri arasında məlumat mübadiləsinin və operativ koordinasiyanın güclənməsi formalaşar. Bu, təhlükəli marşrutlarda müşahidə imkanlarının genişlənməsinə, mümkün hücumların daha erkən müəyyənləşdirilməsinə və ticarət gəmilərinin müdafiəsində qüvvələrin daha səmərəli bölüşdürülməsinə şərait yarada bilər. Nəzərə alınmalıdır ki, Aİ artıq “Aspides” vasitəsilə yüzlərlə ticarət gəmisinin mühafizəsində iştirak edir.

Digər mühüm məqam Avropa dövlətlərinin texniki, kəşfiyyat və dənizçilik imkanlarının regional tərəfdaşların imkanları ilə əlaqələndirilməsidir. Belə əməkdaşlıq Bab əl-Məndəbdən Qırmızı dənizə qədər uzanan strateji xətt üzrə daha əlaqələndirilmiş təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edəcək. Analitiklər vurğulayırlar ki, bunun nəticəsində müdafiə sistemi təkcə hərbi gəmilərin sayının artırılması ilə deyil, vahid koordinasiya, informasiya mübadiləsi və birgə hazırlıq imkanlarının genişləndirilməsi hesabına möhkəmlənə bilər. Bu isə nəticə etibarı ilə, Yaxın və Orta Şərqdə dəniz ticarətinin daha təhlükəsiz inkişafına yol açacaq.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Sentyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri