Icma.az
close
up
RU
5 gün qaldı...

5 gün qaldı...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Suriyada yeni gündəm

Türkiyə “SDQ”-nib ləğvinə başlaya bilər

Qlobal miqyasda formalaşmaqda olan yeni dünya nizamı əvvəlki onilliklərdən fərqli olaraq hərbi-siyasi qarşıdurmalardan daha çox iqtisadi və ticari maraqlar üzərində qurulur. Dövlətlərarası münasibətlərin mərkəzinə enerji təhlükəsizliyi, nəqliyyat-logistika xətləri, ticarət marşrutları və investisiya axınları çıxarılır. Belə bir şəraitdə terrorizm amili artıq regional və qlobal proseslər üçün ciddi maneə kimi qəbul edilir və bu təhlükənin gündəmdən birdəfəlik çıxarılması faktiki olaraq zərurətə çevrilir. Sirr deyil ki, əvvəlki dönəmdə bəzən güclərarası rəqabətdə terror qruplarından alət kimi istifadə praktikasına müraciət olunurdu - artıq bu da arxa plana keçir. Çünki qeyri-sabitlik yaradan bu strukturlar iqtisadi inkişaf modellərinə, uzunmüddətli əməkdaşlıqlara və regional inteqrasiyaya birbaşa təhlükə yaradır.

Məhz bu reallıqlar fonunda illərlə müxtəlif regionlarda fəaliyyət göstərən terror qruplaşmalarının zərərsizləşdirilməsi məsələsi daha sərt və prinsipial yanaşma tələb edir. Xüsusilə Yaxın və Orta Şərq kimi geosiyasi baxımdan həssas bölgələrdə terrorçuluğun qalması nəinki regional ölkələrin, həm də qlobal iqtisadi maraqların təhlükəsizliyinə ciddi zərbə vurur. Bu baxımdan terrora qarşı mübarizə artıq təkcə təhlükəsizlik məsələsi deyil, yeni dünya nizamının iqtisadi əsaslarının qorunması kimi çıxış edir.

Türkiyənin terrorla mübarizədə artan rolu

Bu kontekstdə Yaxın və Orta Şərqdə daha genişmiqyaslı və koordinasiyalı fəaliyyətin zəruriliyi açıq şəkildə ortaya çıxır. Xüsusilə Türkiyənin uzun illərdir bölgədə terrorizmə qarşı apardığı ardıcıl və prinsipial mübarizə regional təhlükəsizlik arxitekturasının əsas sütunlarından biri kimi dəyərləndirilir. Ankara üçün terror yalnız daxili təhlükəsizlik problemi deyil, eyni zamanda, regionun gələcək inkişaf perspektivlərinə yönəlmiş ciddi təhdiddir. Bu səbəbdən Türkiyə terrorla mübarizədə kompromissiz mövqe sərgiləyir.

Son illərdə bu mübarizə daha sərt, daha sistemli və daha genişmiqyaslı xarakter alıb. Xüsusilə Suriyada həyata keçirilən antiterror əməliyyatları, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi və terrorçuların logistik imkanlarının məhdudlaşdırılması bu strategiyanın əsas tərkib hissələridir. Suriyada ötən il baş verən hakimiyyət dəyişikliyi isə bölgədə yeni reallıqlar formalaşdırmaqla terror qruplaşmalarının ləğvini daha da aktuallaşdırıb. Bu prosesdə PKK-nın Suriya qolu olan YPG-nin mövcudluğu həm Türkiyə, həm də Suriya üçün əsas təhlükə mənbəyi olaraq qalır və onun aradan qaldırılması regional sabitliyin açar məsələlərindən biri kimi çıxış edir.

Razılaşma pozularsa...

Qeyd edək ki, ötən ilin martın 10-da Suriya hökuməti ilə YPG terror qruplaşması arasında imzalanmış razılaşma sənədi bölgədə terrorun mərhələli şəkildə neytrallaşdırılması baxımından mühüm addım kimi təqdim olunmuşdu. Sənədə əsasən PKK-nın Suriya qolu dövlət silahlı qüvvələrinə inteqrasiya etməli, silahlı fəaliyyətini dayandırmalı və mərkəzi hakimiyyətin nəzarətinə keçməli idi.

8 maddədən ibarət müqavilədə aşağıdakılar öz əksini tapmışdı:

1. Dini və etnik mənşəyindən asılı olmayaraq, bütün suriyalıların ləyaqət əsasında təmsil olunma və siyasi iştirak hüquqlarının təmin edilməsi.

2. Kürd icmasının Suriyanın tərkib hissəsi kimi tanınması və onların konstitusiya hüquqlarının təmin edilməsi.

3. Bütün Suriya ərazisində atəşkəs.

4. Suriyanın şimal-şərqində sərhəd keçid məntəqələri, hava limanları, neft və qaz yataqları daxil olmaqla bütün mülki və hərbi qurumların dövlət idarəsi altında inteqrasiyası.

5. Bütün köçkün suriyalıların dövlət himayəsi altında öz vətənlərinə qayıtmasının təmin edilməsi.

6. Suriyanın Əsədin qalıqlarına və onun təhlükəsizliyinə və birliyinə qarşı bütün təhdidlərə qarşı mübarizəsini dəstəkləmək.

7. Bölünmə çağırışlarını, nifrət ifadələrini və nifaq salmaq cəhdlərini rədd etmək.

8. İcra komitələri müqavilənin ilin sonuna qədər qüvvəyə minməsi üçün çalışacaqlar.

Lakin dekabrın 31-də “SDQ” adı altında fəaliyyət göstərən bu qruplaşmaya verilən möhlətin başa çatmasına baxmayaraq, razılaşmanın şərtləri yerinə yetirilməməkdədir. Əksinə, terrorçular müxtəlif bəhanələrlə silahların təhvil verilməsindən və fərdi qaydada dövlət strukturlarına inteqrasiyadan imtina etdilər. “SDQ”-nin Suriyanın şimalında, xüsusilə Hələbdə Razi körpüsünü və yaşayış məntəqələrini hədəfə alması terrorun yenidən aktivləşdirilməsi cəhdi kimi qiymətləndirilir. Dinc sakinlərin ölümü və yaralanması, mülki infrastruktura dəyən ziyan bu qruplaşmanın real niyyətini bir daha ortaya qoyur və regionda sabitliyin qarşısında ciddi maneə yaratdığını sübut edir.

Ankara-Dəməşq xəttində yeni mərhələnin başlanğıcı

Mövcud vəziyyət fonunda Türkiyə rəsmilərinin terrorçuların “yuvalarını başlarına yıxacağıq” bəyanatları sadəcə siyasi ritorika deyil, konkret və ardıcıl strategiyanın ifadəsidir. Bu baxımdan Suriyadakı terrorçuların məhvi istiqamətində atılacaq addımlar tamamilə real görünür. Dekabrın 31-i bölgədə yeni hadisələrin başlanğıc nöqtəsi kimi dəyərləndirilə bilər. Çünki bu tarixdən sonra terror qruplaşmalarına verilən siyasi və hüquqi imkanlar faktiki olaraq tükənmiş sayılır.

Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) başçısı İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqdə ölkə Prezidenti Əhməd əş-Şaraa və başqa rəsmilərlə görüşündə də bu amillər ön planda tutulub. Vurğulanıb ki, rəsmi Ankaranı yaxından maraqlandıran əsas məsələlərdən biri də 2025-ci il martın 10-da Suriya hakimiyyəti ilə PKK terror qruplaşmasının bu ölkədəki qolları YPG/PYD-nin təsis etdiyi “SDQ” (“Suriya Demokratik Qüvvələri”) arasında imzalanmış sazişin icra vəziyyətidir.

Bu təmasların intensivləşməsi təsadüfi deyil. Türkiyə rəsmilərinin Suriya paytaxtına səfərləri iki ölkə arasında münasibətlərin normallaşması ilə yanaşı, regionda terrora qarşı yeni təhlükəsizlik mexanizmlərinin formalaşdırılması məqsədi daşıyır. Bu ziyarətlər Türkiyə-Suriya xəttində qarşılıqlı etimadın bərpası və bölgənin gələcək taleyinin terrorçulardan təmizlənmiş şəkildə qurulması niyyətini ortaya qoyur. Beləliklə, region yeni təhlükəsizlik və əməkdaşlıq mərhələsinə qədəm qoyur.

Yaranan boşluqdan istifadə etməyə çalışırlar

Beləliklə, Yaxın və Orta Şərqdə terror qruplaşmalarının mövcudluğu təkcə təhlükəsizlik problemi deyil, eyni zamanda, iqtisadi inkişaf, investisiya mühiti və regional inteqrasiya üçün ciddi əngəldir. Türkiyənin bu istiqamətdə apardığı prinsipial mübarizə regionda sabitliyin təmin olunmasına yönəlmiş strateji xətt kimi çıxış edir. Çünki yarana biləcək hər hansı boşluq daha böyük təhlükələrə yol açır - məsələn, yaranmış boşluqlardan istifadə edərək İŞİD qruplaşması btir müddət öncə Suriyada ABŞ və hökumət hərbçilərinə, təhlükəsizlik qüvvələrinə hücum edib. Palmiradakı hücum nəticəsində iki əsgər və bir mülki tərcüməçi ölüb. Habelə, ABŞ-nin üç və Suriyanın iki əsgəri də yaralanıb. Düzdür, ABŞ terrorçulara qarşı genişmiqyaslı bombardman həyata keçirdi, bununla belə sabitliyin mümkün təmini üçün bu kimi qruplaşmalar tam şəkildə aradan qalıdırlmalıdır...

S.İSMAYILZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Dekabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri