Icma.az
close
up
RU
5 GÜNDƏ 4 QƏZA Ardarda baş verən təyyarə qəzalarının səbəbi nədir? AzPolitika onlayn siyasiictimai qəzet

5 GÜNDƏ 4 QƏZA Ardarda baş verən təyyarə qəzalarının səbəbi nədir? AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü ilin son günləri faciəvi təyyarə qəzaları ilə yadda qaldı. 

Belə ki, 25 dekabrda AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer E190AR” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi etdi. Göyərtəsində 65 nəfərin olduğu təyyarədə 38 nəfər həyatını itirdi. Daha sonra 29 dekabr tarixində Cənubi Koreya, Kanada və Norveçdə ardıcıl 3 qəza baş verdi. “KLM Royal Dutch Airlines” şirkətinə məxsus KL1204 reysi ilə uçan “Boeing 737-800” təyyarəsi dünən təcili eniş zamanı Oslo Torp Sandefjord hava limanında 18-ci uçuş-enmə zolağından kənara çıxıb, ölən yoxdur. Eyni gündə “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və 181 nəfər ölüb. Son olaraq Kanadada “Air Canada” aviaşirkətinə məxsus təyyarə Halifaks şəhərinin hava limanına qəza enişi edib, ölən yoxdur.

Qeyd edək ki, ard-arda baş verən bu qəzalar bir anda dünya gündəminin əsas müzakirə mövzusuna çevrilib.


Bu barədə “CNN”-ə danışan türk aviasiya mütəxəssisi Musa Alioğlu təyyarə qəzalarının müxtəlif səbəblərdən baş verdiyini qeyd edib.

“Son zamanlar iqlimin istiləşməsi ilə turbulentlikdə (hava axımı-red.) artım müşahidə olunur. Hələlik turbulentlik səbəbindən təyyarə qəzalarının artdığını söyləmk olmaz. Bunlar nadir hallarda qəzaya səbəb ola bilir, -deyə o, qeyd edib.

Ekspert bir-birinin ardınca qəzaya uğrayan “Boeing” şirkətinin təyyarələrinə texniki xidmət göstərilməsinin vacibliyinə toxunub:“Nə qədər çox uçuş saatı olsa, qəza riski bir o qədər çox olur. “Boeng”in qəza sayı digər təyyarələrdən daha çoxdur. Amma son zamanlar bəzi ölkələrdə texniki çatışmazlıqlarla bağlı da bu cür problemlər yaşana bilir. Elə ölkələr var ki, Avropa Birliyi və ABŞ-ın tətbiq etdiyi embarqolara görə ehtiyat hissələrini almaqda çətinliklə üzləşir. Bu da təyyarə qəzasını qaçılmaz edir. Təyyarə qəzaları təyyarənin ilinə görə yox, texniki xüsusiyyətlətinə görə baş verir. Yəni, təyyarəyə yaxşı texniki xidmət göstərsəniz, uzun illər bu risklər azaltmış olarsınız”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Dekabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri