Icma.az
close
up
RU
5 il öncə BU GÜN 27 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

5 il öncə BU GÜN 27 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bu gün İkinci Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bizim.Media 2020-ci il 27 oktyabrda şəhid olan qəhrəmanlarımızı təqdim edir.
Emin Əmrahov

1989-cu iyunun 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 1996-2007-ci illərdə Gəncə şəhərində M.Hadi adına 10 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Dörd övladı yadigar qalıb.
Emin Əmrahov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Azərbaycan Ordusunun çavuşu olan Emin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 27 oktyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə  şəhid olub. 29 oktyabr 2020-ci il Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Emin Əmrahov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Azad Hümbətov

24 yanvar 1996-cı ildə Bakıda doğulub.  Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Nərimanov rayonundakı Bakı şəhəri 291 №-li ekologiya liseyini bitirib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olub, 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirib. Təyinatı üzrə elə həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlayıb.
Nərimanov rayonundakı 291 nömrəli Ekologiya Liseyini bitirərək, daxil olduğu Heydər Əliyev adına  Azərbaycan Ali Hərbi Məktəbində tank bölüyü ixtisasına yiyələnmiş Azad Hümbətov 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirib. Tank tağımı komandiri olan Azad Hümbətov 2020-ci ildə başlanan Vətən Müharibəsində Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Döyüşdə yaralansa da, müalicəsini yarımçıq qoyaraq yenidən müharibəyə qayıdan Azad 27 oktyabr 2020-ci il tarixdə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn olunmuş qəhrəman şəhidimizin döyüşlərdə göstərdiyi igidlik və sücaət yüksək qiymətləndirilib,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Musa Əsgərov

16 iyun 2000-ci ildə Daşkəsən rayonunun Muşavaq kəndində doğulub. 2007-ci ildə Muşavaq kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2017-ci ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbi bitirib.
2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib.
O, 2020-ci ilin yanvar ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etməyə başlayıb.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak edib. O, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının azad olunması uğrunda döyüşüb.
27 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində şəhid olub. 9 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Əsgərov Musa Rövşən oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərinə görə”, “Xocavəndin azad olunmasına görə”, “Azərbaycan bayrağı” medalları ilə təltif olunub.
Elmir Vəliyev

13.04.1986-cı ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1992-cı ildə Kərimbəyli kənd Əkrəm Səlimov adına tam orta məktəbin 1-ci sinifinə gedib, 2003-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2004-ci ildə həqiqi hərbi xidmətə çağrılır. 2006-ci ilin yanvar ayında xidmətini N-saylı hərbi hissədə başa vurub.
2009-cü ildə ailə qurub və iki övladı dünyaya gəlib - Vəliyev Dəniz və Vəliyeva Zəhra.
2008-ci ildə N-saylı hərbi hissədə könüllü olaraq müddətdən artıq hərbi quluqçu tankçı kimi xidmətə başlayıb.
Elmir 2016-cı il Aprel döyüşlərində böyük şücaətlə döyüş əməliyyatlarında iştirak edib.
Vətən müharibəsi başlayan tarixdən Elmir Vəliyev döyüş əməliyyatlarına böyüş ruh yüksəkliyi ilə qatılaraq düşmənin bir neçə texnikasının, şəxsi heyətinin məhv edilməsində iştirak edib. Elmir işğal altında olan bir neçə yaşayış məntəqələrimizin işğaldan azad olunmasında böyük şücaət göstərib. 27 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Elmir Vəliyev ölümündən sonra "Vətən uğurunda", "Füzulinin azad olunması uğrunda" medalları ilə təltif olunub.
Elməddin Qasımov

9 avqust 1999-cu ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Elməddin Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elməddin Qasımov 27 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə şəhid Elməddin Qasımov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Türkman Məmmədov

1998-ci il 28 sentyabr tarixində Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. İlk Təhsilini 22 saylı Cəbrayıl rayonunun Sabunçu rayonunda yerləşən qaçqın məktəbində alıb. Daha sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən 17 saylı Texniki peşə məktəbində davam etdirib.
2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağrılıb. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları bölməsində atıcı-zenitçi kimi xidmət edib. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl rayonlarının və Xocavənd rayonun kəndlərinin alınmasında iştirak edib. 27 oktyabr 2020-ci il Füzuli- Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Türkman Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Məmmədhəsən Sadıqlı

1992-ci il fevralın 21-də Şərur rayonunun Dəmirçi kəndində anadan olub.
2007-ci ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə daxil olur, 2010-cu ildə isə buranı bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. 2014-cü ildə Leytenant Hərbi rütbəsini alaraq buranı da bitirir, bitirdikdən sonra Silahlı qüvvələrin 2015-ci ildə TTM-in zabit ixtisas kursunu bitirib. Bundan sonra leytenant kimi Culfa şəhərinə təyinat alır. 3 il Culfa şəhərində xidmət etdikdən sonra 2017-ci ildə baş leytenant rütbəsini alır.
Azərbaycan Respublikasının Prezidentinin adından Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmri ilə 26 iyun 2018-ci ildə "Hərbi xidmətdə fərqlənməyə görə" 3 cü dərəcəli medal və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.
Azərbaycan Ordusunun baş leytenantı olan Məmmədhəsən Sadıqlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərinin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb, oktyabrın 27-də Şuşa döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
O, Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, "Hərbi xidmətlərə görə”,  "Vətən uğrunda", “Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları,  "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Vasif Həmidov

4 iyun 1998-ci ildə Şəki şəhərində dünyaya göz açıb. Orta təhsilini Şəki şəhər 19 saylı tam orta məktəbdə alıb.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib.
Tərtər istiqamətində gedən döyüşlərdə vuruşub.
Tərtər-Ağdərə döyüşlərində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanmış və xəstəxanaya yerləşdirilib.
7 gün komada qaldıqdan sonra dünyasını dəyişən Vasif Həmidovun nəşi 27 oktyabr 2020-ci ildə torpağa tapşırılıb.
Ailəli idi, 4 yaşında və 7 aylıq iki övladı yadigar qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vasif Həmidov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Niyaməddin Musayev

1997-ci il martın 10-da Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. 2003–2014-cü illərdə Y. Əsgərov adına Koltəhnəli kənd tam orta məktəbində təhsil alıb.
Niyaməddin Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Niyaməddin Musayev oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Mahmudlu kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Niyaməddin Musayev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Eltac Əlizadə

1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çatax kəndində anadan olub. 2003–2014-cü illərdə X. Cəfərov adına Çatax kənd tam orta məktəbində, 2014–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alıb.
Eltac Əlizadə 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Eltac Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq döyüşüb. Eltac Əlizadə oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Əlizadə Eltac İsmayıl oğlu "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Aqşin Ağayev

1 iyun 1993-cü ildə Ulacalı kəndində dünyaya gəlib. 1999-2010-cu illərdə B. Ağayev adına Ulacalı kənd tam orta məktəbində təhsil alıb. O, 2011-ci ildə hərbi xidmətə yollanıb və Gəncədə N saylı hərbi hissədə xidmət edib.
2020-ci ilin 9 oktyabrından Xüsusi Təyinatlı Qoşunların Həmlə qrupunda kəşfiyyatçı kimi döyüşlərə qatılmış Aqşin Ağayevin döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının ərazilərindən keçib.
27 oktyabr 2020-ci ildə Füzuli istiqamətindəki döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” , və "Cəbrayılın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Naibə Məmmədova, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Oktyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see215

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see215

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see174

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see167

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see144

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see144

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see142

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see139

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see138

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see133

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see133

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see133

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see132

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see128

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see124

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see124

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see124

Salyanda ağır qəza: yaralılar var

26 Oktyabr 2025 00:46see123

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see123

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri