Icma.az
close
up
RU
5 il öncə BU GÜN 17 oktyabrda şəhid olan QƏHRƏMANLARIMIZ ADLAR

5 il öncə BU GÜN 17 oktyabrda şəhid olan QƏHRƏMANLARIMIZ ADLAR

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bu gün İkinci Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bizim.Media 2020-ci il 17 oktyabrda şəhid olan qəhrəmanlarımızı təqdim edir:
Taleh Abdullayev

1993-cü il 6 iyunda Gəncədə anadan olub. Gəncədəki 25 nömrəli tam orta məktəbi bitirib.
2011-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti başa vurduqdan sora ailə həyatı qurub. 2020-ci il sentyabrın 27-də yenidən hərbi xidmətə çağrılıb. Taleh Abdullayev Tərtər rayonu Suqovuşan kəndi, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 17 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Gəncə Şəhidlər Xiyabanında dəfn olunub. Taleh Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunması uğrunda", "Qubadlının azad olunması uğrunda", "Hərbi xidmətə görə" medallari ilə təltif edilib.
Sahib Həsənov

19 oktyabr 1999-cu ildə Gəncə şəhərində doğulub. 2017-ci ildə Gəncə şəhəri 7 nömrəli tam orta məktəbi bitirib. 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində xidmət edib.
2019-cu ildən MAHHX HQ kimi xidmətə davam edib. Azərbaycan Ordusunun əsgəri olaraq Sahib Həsənov torpaqlarımızın azadlığı uğrunda vuruşub, Murovdağ zirvəsi və Kəlbəcər rayonu  uğrunda gedən döyüşlərdə iştirak edib. 17 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu istiqamətində şəhidlik zirvəsinə ucalıb. 18 oktyabr  2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Həsənov Sahib Azər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” (ölümündən sonra)   medalları ilə təltif edilib.
Mayis Yaqubov

1998-ci il aprelin 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 2004–2015-ci illərdə Ş. Cəbiyev adına Daş Salahlı kənd tam orta məktəbində təhsil alıb. 2012-ci ildən 2015-ci ilə qədər Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2015–2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Mayis Yaqubov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Mayis Yaqubov Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 17-də Xocavəndin Tuğ kəndi istiqamətində gedən qızğın döyüşlərdə ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Onun nəşini 5 gün sonra böyük çətinliklə ərazidən çıxarmaq mümkün olub. Oktyabrın 22-si doğulduğu Qazax rayonunun Daş Salahlı kəndinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Kamal Mirzaliyev

30 avqust 1996-cı ildə Şamaxının Çarhan kəndində, zəhmətkeş ailədə anadan olub. Sonradan ailələri Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinə köçüb. Kamal orada 273 saylı məktəbdə orta təhsil alıb. Məktəbi bitirdikdən sonra Kamal 2016 – cı ildə hərbi xidmətə gedib və Aprel döyüşlərinin iştirakçısı olub. Ordudan tərxis olunduqdan sonra Bakı Gəmiqayırma Zavodunda əmək fəaliyyətinə başlayıb. İkinci Qarabağ savaşı başlayanda könüllü olaraq cəbhəyə gedib və kəşfiyyat bölüyündə xidmət edib.
Talış kəndi və strateji əhəmiyyətli Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralansa da, tibbi yardım aldıqdan sonra özünün təkidi ilə yenidən ön cəbhəyə qayıdıb. Talış kəndi istiqamətində yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxaran zaman düşmənin artilleriya zərbəsi nəticəsində qəhrəmancasına şəhid olub. Lökbatandakı “Şəhidlər Xiyabanı”nda dəfn edilib. Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə ölkə başçısının Sərəncamına əsasən “Vətən uğrunda“, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Nicat Nağıyev

1995-ci il fevralın 21-də Yexlax rayonunun Əcəmi kəndində anadan olub. O, 2020-ci il sentyabrın 21-də hərbi xidmətə çağrılıb.
Nicat Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Kəhrillər xarabalığı, Dostagir, Talış və Suqovuşan yaşayış məntəqələri istiqamətində gedən döyüşlərdə şücaətlə döyüşüb.
Nicat Nağıyev 2020-ci il oktyabrın 16-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Teymur Osmanlı

1995-ci il mayın 31-də İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. İsmayıllı şəhər, 1 saylı orta məktəbində və 2012-2016-cı illərdə Azərbaycan Dillər Universitetində (ADU) "Fransız dili" üzrə ali təhsil alıb. 2017-ci ildən isə Naxçıvan Dövlət Universitetində (NDU) təhsil alıb.
Teymur Osmanlı 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Teymur Osmanlı Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Osmanlı oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Teymur Osmanlı ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü", “Suqovuşanın azad edilməsi uğrunda” və  "Xocavəndin azad edilməsi uğrunda” medalları ilə təltif edilib.
Sayad Hacıyev

2001-ci il martın 14-də Zaqatala rayonunun Bazar kəndində anadan olub. 2007-ci ildə Bakıda 90 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2008-ci ildə təhsilini 316 saylı tam orta məktəbdə davam etdirib. 2015-ci ildə Bakı Şəhər Dövlət Dəmir yolu liseyinə qəbul olunub. Musiqiyə həvəsinə görə piano kursunda oxuyub. Sayad Hacıyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sayad Hacıyev oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Bazar kəndində torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sayad Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü”, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Səddam Həsənov

15 oktyabr 1992-ci ildə Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub.
1999-cu ildə Beyləqan rayonu Yeni Mil qəsəbəsində Rəşan Quliyev adına orta məktəbə daxil olub və 2010-cu ildə həmin məktəbi bitirib. 2010-cu ildə hərbi xidmətə yollanıb. Hərbiyə olan marağı və diqqəti nəticəsində 11.05.2013-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir hazırlıq kursuna daxil olub və 15.10.2013-cü ildə həmin kursu müvəffəqiyyətlə bitirib, Naxçıvanda yerləşən N-saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirib.
Daha sonra Xüsusi Təyinatlı Taborun qrup kamandirinin müavini vəzifəsində təyin olunub. 2014-2019-cu illər ərzində müxtəlif vəzifələrdə fərqlənib. Naxçıvanda xidmət edərkən Günnüt əməliyyatında iştirak edib, Günnüt kəndinin işğaldan azad edilməsində böyük şücaət göstərib.
17.10.2020-ci ildə Hadrud qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 17.10.2020-ci ildə doğulub boya başa çatdığı Beyləqan rayonu Yeni Mil qəsəbəsində torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səddam Həsənov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərinazad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.
Qorxmaz Əlizadə

1995-ci il yanvarın 27-də Qax rayonunun Cəlayir kəndində anadan olub. 2002-2010-cu illərdə R. İbrahimov adına Cəlayir kənd orta məktəbində, 2010-2013-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Kəşfiyyat və Quru Qoşunları" ixtisası üzrə ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi alıb və 2017-ci ildən hərbi xidmətə başlayıb.
Qorxmaz Əlizadə 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başlayıb. 2019-cu ildə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini başa vurub və təyinat əsasında Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsinə göndərilib. 2020-ci il iyunun 26-da "baş leytenant" hərbi rütbəsi alıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Qorxmaz Əlizadə Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Komandiri olduğu dəstə ilə birgə Ermənistan nəzarətində olan dörd postun nəzarətə alınmasında, Ermənistan Ordusunun bir sıra hərbçilərinin əsir götürülməsində xüsusi fərqlənib. Erməni hərbçisinin əsir götürülməsi zamanı əlbəyaxa davada burnunun sınmasına baxmayaraq hospitala yollanmaqdan imtina edib. Qorxmaz Əlizadə oktyabrın 17-də Füzulinin Kürdlər kəndi istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Qax rayonunda dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qorxmaz Əlizadə ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", “Cəsur döyüşçü”, medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Səyyad Şıxıyev

1999-cu il sentyabrın 4-də Saatlı rayonunun Qaralar kəndində anadan olub. Səyyad Şıxıyev 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin noyabr ayından isə əvvəlcə Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissədə, sonra isə Qax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.
Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səyyad Şıxıyev oktyabrın 17-də Cəbrayıl döyüşləri zamanı Əşrəf Məmmədli və Aşur Cəmiyev ilə birgə şəhid olub. Saatlı rayonunun Qaralar dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Naibə Məmmədova, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Oktyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see183

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri