Icma.az
close
up
RU
5 ildən sonra bizi gözləyənlər Qorxunc ssenarinin reallığı üzə çıxdı

5 ildən sonra bizi gözləyənlər Qorxunc ssenarinin reallığı üzə çıxdı

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli sənət tarixçisi Ayhan Çakmurun son proqnozu təəccüb doğurub. O bildirib ki, 5 ildən sonra bu dünya son 2 min ildəki dünyaya heç bənzəməyəcək.

Sitat: “Oksigeni azaltmaq üçün dünyanın hər yerində bilərəkdən meşə yanğınları yaradılır, min illərdir savaşlarda insanları öldürürlər. Yer kürəsini dağıdan kimdir? İnsanlar. Dünyada insan olmasa, qalan 1,8 milyon canlı planeti onsuz da gözəlləşdirəcək. Yəni əsas təhlükə birbaşa insanlardır. Artıq onları robotlar, süni intellekt əvəz edəcək. Proses buna doğru irəliləyir”.

Bu, nə dərəcədə inandırıcıdır? 

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub bu cür proqnozların elmi əsası yoxdur:

“5-10 ildən sonra Yer kürəsində fundamental dəyişikliklərin baş verəcəyi, həyatın tamamilə fərqli olacağı barədə fikirlər səsləndirilir. Lakin bu kimi pafoslu proqnozlar məqbul deyil və elmi əsaslara söykənmir. Bəzi qruplar dünya əhalisinin azalmasına ehtiyac olduğu barədə danışırlar. Cəmi 120 il əvvəl, yəni XX əsrin əvvəlində əhali sayı iki milyard idi, indi bu rəqəm dörd dəfə artıb. Mövcud tendensiya davam edərsə, 100 il sonra dünya əhalisinin 31-32 milyarda çatacağı proqnozlaşdırılır, bu da çox böyük rəqəmdir. Artıq su qıtlığı, qida təminatı, iş yerləri kimi məsələlərlə bağlı gələcək risklər də gündəmdədir. Bu kontekstdə dünya əhalisinin artımının azaldılması üçün müxtəlif tədbirlərin görüldüyü iddia olunur. Təəssüf ki, bu tədbirlərdən biri kimi homoseksuallığın geniş təbliğini göstərmək olar. Məqsəd isə nikah və doğum göstəricilərinin azalmasıdır. Bu, faktdır”.

Mail Yaqub

Sosioloq bildirib ki, Rusiyada əhalinin sayı hər il təxminən 800 min nəfər azalır:

Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyətində də əhali artımı yoxdur və azalma tendensiyası müşahidə olunur. Əgər belə davam etsə, 100 ildən sonra əhalinin sayının sabit səviyyədə qala biləcəyi ehtimal olunur. Hindistanda və müəyyən qədər Çində artım mövcuddur. Lakin ümumilikdə dünya üzrə artım sanki nəzarət altındadır. Hətta ənənəvi və konservativ ölkələrdə belə əhali artımı prosesi artıq ciddi şəkildə dayandırılıb”.

Psixoloq Zeynəb Əyyubovanın sözlərinə görə, belə iddialar insanlarda narahatlıq yaradır:

“Müasir dövrdə informasiya çoxluğu, xüsusilə də dramatik başlıqlar insan beynində təhlükə siqnalını tez aktivləşdirir. Bu tip açıqlamalar isə adətən elmi faktlara yox, şəxsi düşüncələrə söykənir və buna görə də geniş auditoriyada panikaya səbəb ola bilir. Ayhan Çakmurun dedikləri elmi baxımdan əsaslandırılmış proqnoz deyil. Bu, bir fərdin şəxsi fikridir və içində həm fantastika, həm də katastrofik düşüncə elementləri var. Meşə yanğınlarının bilərəkdən qlobal şəkildə oksigeni azaltmaq üçün törədildiyi, insanların kütləvi şəkildə məhv ediləcəyi və planetin robotlara təhvil veriləcəyi kimi iddialar real elmi sübutlara əsaslanmır. Bu, daha çox konspirasiya düşüncə tərzidir”.

Zeynəb Əyyubova

Psixoloq qeyd edib ki, konspirasiya proqnozlarının son illər artmasının bir neçə psixoloji səbəbi var:

“Birincisi, insanlar qeyri-müəyyənlikdən qorxur və mürəkkəb proseslər üçün sadə, emosional izahlar axtarırlar. İkincisi, sosial şəbəkələr sensasiyalı fikirləri daha sürətlə yayır və beləliklə, həqiqətdən daha çox qorxu yaradan məlumat diqqət çəkir. Reallıq payına gəlincə, bəşəriyyətin qarşılaşdığı problemlər, yəni iqlim dəyişməsi, texnologiyanın sürətli inkişafı, sosial dəyişikliklər əlbəttə ki, mövcuddur. Amma bu problemlər elmi institutlar, dövlətlər və beynəlxalq qurumlar tərəfindən araşdırılan, idarə olunan, təhlil edilən məsələlərdir. Psixoloji olaraq belə xəbərlərə tənqidi yanaşmaq vacibdir. Hər sensasiyalı iddianı həqiqət kimi qəbul etmək insanların düşüncə tərzinə, emosional durumuna və gələcək ümidlərinə zərər verə bilər. Ona görə də məlumatın mənbəsini, elmi əsasını və məqsədini anlamaq lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri