Icma.az
close
up
RU
Bakıda tıxac problemi necə həll ediləcək?

Bakıda tıxac problemi necə həll ediləcək?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Biz Bakıda bir çox önəmli nəqliyyat layihələrini icra etdik. Bu, bizə imkan verdi ki, müəyyən mərhələdə özümüzü tıxaclardan sığortalayaq. Ancaq inkişaf göz qabağındadır, əhali artır, maşınların sayı artır. Hər il ölkəmizə onminlərlə yeni avtomobil gətirilir.
 

Onların istismar müddəti ilə bağlı indi müəyyən məhdudiyyətlər də qoyulur. Yerli avtomobil istehsalı artır. Ona görə mövcud yol infrastrukturu artıq bizə kifayət etmir", - bu fikirləri Prezident İlham Əliyev yerli telekanallara son müsahibəsində səsləndirib.


Dövlət başçısı bildirib ki, yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər.
"Hesab edirəm ki, növbəti beş il ərzində bu əsas problemlər öz həllini tapmalıdır", - Prezident qeyd edib.
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Şəhərin mərkəzinə avtomobillə giriş getdikcə mümkünsüz olacaq - Paytaxtın tıxac problemi necə həll edilə bilər?
"Avropa şəhərlərində avtomobil sayı Bakıdakından qat-qat çoxdur"
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də düşünür ki, Bakı yollarındakı sıxlığın kökü avtomobillərlə edilən gündəlik səfərlərin çoxluğundadır:
"Xüsusilə qısa məsafələrə şəxsi avtomobillə gedənlərin sayı çoxdur və bu səfərlərin mümkün qədər ictimai nəqliyyatla əvəzlənməsi üçün şərait yaradılmalıdır.
 

Avtomobillərin sayının çoxluğu həlledici faktor deyil. Orta statistik Avropa şəhərlərində avtomobil sayı Bakıdakından qat-qat çoxdur. Fərq ondadır ki, həmin şəhərlərdə gündəlik səfərlərin böyük hissəsi avtomobillə edilmir.


İnsanların məsafəyə görə hərəkəti üçün alternativlər yaradılmalıdır: qısa məsafələrdə piyada və ya mikromobillik vasitələri, orta və uzun məsafələrdə isə ictimai nəqliyyatın müxtəlif növləri prioritet olmalıdır. Zəruri hallarda avtomobildən istifadə mümkündür".
Şəhərin mərkəzinə avtomobillə giriş getdikcə mümkünsüz olacaq - Paytaxtın tıxac problemi necə həll edilə bilər?
R.Ağamirzəyevin sözlərinə görə, şəhərdə ümumi parklanmanın idarə olunması da vacib məsələlərdən biridir. Əgər bina tikilərkən parkinq nəzərə alınmayıbsa, sonradan müəyyən sahələrin parkinqə çevrilməsi mümkündür:
"Bir çox ölkələrdə yeraltı parkinqlər təşkil olunur və tələbat artdıqca yeni parkinqlərin yaradılması adi praktikadır. Hətta bəzi ölkələrdə avtomobil alınarkən vətəndaşdan onu harada saxlayacağı soruşulur və parkinqlə ən azı birillik müqavilə tələb edilir.
 

Torpaq ən bahalı resursdur və hər yeri parkinqə çevirmək kimi yanaşma səmərəli deyil. Ortaq məxrəc avtomobilin mövcudluğunu qəbul etmək ola bilər, lakin əsas məsələ onun yaşayış məkanını zəbt etmədən saxlanılmasıdır. Avtomobil elə təşkil olunmalıdır ki, şəhər sakinlərinə ziyan vurmasın.


Böyük şəhərlərdə torpağın baha olması səbəbindən mərkəzdə parkinqin yüksək qiymətləndirilməsi, avtomobil vergiləri, saxlanma və parkinq xərcləri isə çəkindirmə mexanizmi kimi çıxış edir".
Şəhərin mərkəzinə avtomobillə giriş getdikcə mümkünsüz olacaq - Paytaxtın tıxac problemi necə həll edilə bilər?
"Problem illərdir yığılan səhvlərin aradan qaldırılmamasıdır"
Memar, urbanist Səbinə Abbasovanın sözlərinə görə, Bakıda gündəlik və alternativsiz avtomobil istifadəsi tıxaclara, parkinq böhranına, vizual və ekoloji çirklənməyə səbəb olur:
"Həyətlərin, səkilərin və ictimai məkanların parkinq sahəsinə dönməsi şəhər həyatının keyfiyyətini ciddi şəkildə aşağı salır. İctimai nəqliyyatın yetərincə inkişaf etməməsi, piyada infrastrukturunun keyfiyyətsizliyi, zəif işıqlandırma və şəhər toxumasını parçalayan yol ayırıcıları avtomobilsiz hərəkəti çətin və təhlükəli edir. Bu isə insanları istər-istəməz şəxsi avtomobildən istifadəyə məcbur edir. Piyada mühitinə laqeyd münasibət, avtomobil hərəkətinə üstünlük verilməsi və şəhər küçələrinin tranzit magistrallara çevrilməsi vəziyyəti daha da ağırlaşdırır".
Şəhərin mərkəzinə avtomobillə giriş getdikcə mümkünsüz olacaq - Paytaxtın tıxac problemi necə həll edilə bilər?
S.Abbasova bildirib ki, şəhərdə avtomobil sayını qadağalarla azaltmaq da effektiv yol sayılmır. Dünyanın bir çox şəhərində tətbiq olunan sərt məhdudiyyətlər nəticə verməyib:
"Əsl çıxış yolu insanların gündəlik avtomobil istifadəsindən öz istəkləri ilə imtina etməsinə şərait yaratmaqdır. Bu isə yalnız rahat, etibarlı və şaxələndirilmiş ictimai nəqliyyat, təhlükəsiz və piyada üçün cəlbedici küçə mühiti ilə mümkündür".
Şəhərin mərkəzinə avtomobillə giriş getdikcə mümkünsüz olacaq - Paytaxtın tıxac problemi necə həll edilə bilər?
"Tramvay xətləri yolların yükünü azalda bilər"
"İnsanyönümlü şəhərlər" layihəsinin təsisçisi, urbanist Anar Əliyevin sözlərinə görə, Baş plana uyğun olaraq paytaxtın insanyönümlü şəhərə çevrilməsi nəzərdə tutulur və bu çərçivədə ictimai nəqliyyatın yaxşılaşdırılması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib:
 

"Artıq yeni metro stansiyalarının tikintisinə başlanılıb, lakin problemin həlli yalnız yolların genişləndirilməsi ilə mümkün deyil. İnsanlara real alternativlər təqdim olunmalıdır. Çıxış yolu iritutumlu nəqliyyat vasitələrinin inkişafındadır. Bu baxımdan tramvay xətlərinin Bakıya qaytarılması metronun və avtomobil yollarının yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Avropa şəhərlərinin təcrübəsi də bunu göstərir. Məsələn, Kopenhagen şəhərində 50 il əvvəl ləğv edilən tramvay sistemi ötən il yenidən bərpa olunub. Heç bir şəhər avtomobil mərkəzli inkişaf modeli ilə xoşbəxtlik tapmayıb".


"Şəhər mərkəzinə avtomobillə daxil olmaq getdikcə mümkünsüz olacaq"
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Bakı həm paytaxt, həm sənaye, həm də turizm şəhəridir. Əsas iqtisadi, təhsil və inzibati funksiyaların böyük hissəsi məhz burada cəmləşib. Bu da nəqliyyat vasitələrinə olan tələbatı qaçılmaz edir.
E.Cəfərov bildirib ki, Bakının avtomobil limiti artıq tükənib. Sovet dövrü planlamasına əsasən, şəhər 300-400 min avtomobil üçün nəzərdə tutulsa da, hazırda gündəlik hərəkətdə olan avtomobillərin sayı 700-800 minə çatır:
"Bu isə kritik həddin çoxdan keçildiyini göstərir. Hazırda Bakı artıq pik saat tıxac mərhələsini geridə qoyub. Səhər və axşamla yanaşı, gün ərzində də yollar dolu olur, alternativ küçələr və məhəllədaxili yollar belə hərəkətsiz olur. İctimai nəqliyyat da bu yük altında ilişib qalır, metro isə artan sərnişin axınından çətinlik çəkir.
Növbəti mərhələ isə nəqliyyat iflicidir. Əgər mövcud tendensiya dəyişməzsə, şəhər mərkəzinə avtomobillə daxil olmaq getdikcə mümkünsüz olacaq, parkinq uğrunda mübahisələr artacaq. İnsanlar bu gün tıxaclarda yarım saat itirirsə, gələcəkdə saatlarla tıxacda qalacaqlar".
Şəhərin mərkəzinə avtomobillə giriş getdikcə mümkünsüz olacaq - Paytaxtın tıxac problemi necə həll edilə bilər?
Ekspertin fikrincə, parklanma problemi də vəziyyəti ağırlaşdırır. Yeni tikilən obyektlərin layihələrində parkinq nəzərdə tutulsa da, real icrada bu tələblərə əməl olunmur.
"Bakının yükü azaldılmalıdır"
Mütəxəssis çıxış yolunu Bakının yükünün azaldılmasında görür:
"Variantlardan biri paytaxt funksiyalarının qismən başqa şəhərlərə ötürülməsidir. Digər yanaşma Bakının tarixi və turistik şəhər statusunun gücləndirilməsi, təhsil müəssisələrinin isə ayrıca akademik şəhərcikdə cəmləşdirilməsidir.
 

Bu, gündəlik hərəkət axınını əhəmiyyətli dərəcədə azalda bilər. Avtomobil sahibləri üçün yüksək vergi tətbiqi isə effektiv mexanizm hesab edilmir. Bunun əvəzinə pullu zonaların yaradılması və şəhər mərkəzinə girişin mərhələli şəkildə tənzimlənməsi daha real çıxış yolu kimi dəyərləndirilir.


Problemin əsas həlli ictimai nəqliyyatın şaxələndirilməsindən keçir. İritutumlu nəqliyyat vasitələrinin, o cümlədən tramvay xətlərinin yaradılması avtomobildən istifadə edənlərin sayını azalda və şəhərin nəqliyyat yükünü yüngülləşdirə bilər".
Bizim.Media
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Yanvar 2026 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see235

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see234

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see232

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see232

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see229

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see227

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see222

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see208

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see207

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see205

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see199

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see192

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see192

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see192

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see190

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see188

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see187

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see185

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see183

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri