5 körpəni öldürən tibb bacısına ömürlük həbs cəzası verildi
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Argentinada yeni doğulmuş 5 körpəni öldürməkdə ittiham olunan tibb bacısı ömürlük həbs cəzasına məhkum edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, cinayət 2022-ci ilin mart-iyun aylarında Kordova əyalət xəstəxanalarının birində baş verib.
Brenda Sesiliya Aquero adlı tibb bacısı ümumilikdə 13 yeni doğulmuş uşağa insulin iynəsi vurub. Körpələrdən 5-i dünyasını dəyişib, 8-i isə həkimlərin vaxtında müdaxiləsi nəticəsində sağ qalıb.
Brenda məhkəmədə etdiklərini boynuna almasa da, dəlillər onun əleyhinə olub.
Yeri gəlmişkən, Argentina qanunlarına görə, Aguero vaxtından əvvəl azadlığa çıxmaq üçün azı 35 il həbsdə olmalıdır. Bundan sonra əgər müraciət edərsə, onun istəyinə baxıla bilər.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 20 İyun 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















